Icma.az
close
up
RU
Menu

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

Payızda bu 2 qida mütləq yeyilməlidir

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

AzMİU nun professoru Prezidentin fərdi təqaüdünə layiq görülüb

AzMİU nun professoru Prezidentin fərdi təqaüdünə layiq görülüb

Unikal.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan memarlıq elminin inkişafında misilsiz xidmətləri olan, fundamental tədqiqatları ilə tanınan Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Memarlıq konstruksiyaları və abidələrin bərpası kafedrasının professoru Rayihə Əmənzadə elmi və pedaqoji fəaliyyətinə görə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünə layiq görülüb.

"Unikal" xəbər verir ki, daha əvvəl o, Prezidentin Sərəncamı ilə 18 dekabr 2017-ci ildə “Tərəqqi” medalı ilə təltif olunaraq ölkənin elmi-mədəni həyatına verdiyi töhfələrə görə yüksək qiymətləndirilib.

1948-ci ildə Bakı şəhərində hərbçi ailəsində dünyaya gələn Rayihə Əmənzadə memarlığa olan marağını gənc yaşlarından formalaşdırmış, 1966–1972-ci illərdə Azərbaycan Politeknik İnstitutunda (indiki AzMİU) memarlıq ixtisası üzrə təhsil almışdır. Təhsilini başa vurduqdan sonra elmi fəaliyyətə başlamış, 1973-cü ildən etibarən AMEA Memarlıq və İncəsənət İnstitutunda çalışmış, 1975–1978-ci illərdə institutun aspiranturasında təhsil alaraq elmi karyerasını davam etdirmişdir.

Onun elmi fəaliyyətində ilk mühüm mərhələ 1983-cü ildə “Azərbaycan memarlığında portal kompozisiyaları” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə etməsi ilə başlanmışdır. Bu tədqiqatda o, portal arxitekturasının bədii-forma xüsusiyyətlərini və funksional mahiyyətini elmi cəhətdən izah etmişdir. 2009-cu ildə isə “XI–XVII əsr Azərbaycan memarlığında kompozisiya qanunauyğunluqları” adlı doktorluq dissertasiyası ilə Azərbaycan orta əsrlər memarlığının nəzəri əsaslarının sistemli şəkildə tədqiqinə mühüm töhfə vermişdir. Bu mövzu əsasında nəşr olunmuş “Azərbaycan memarlığında monumental tikililərin kompozisiya qanunauyğunluqları XI-XVII əsrlər”(2025) və “Композиционные закономерности монументальных сооружений Азербайджана XI-XVII веков” (2007)  memarlıq elminin əsas tədqiqat nümunələrindən sayılır.

Professor Əmənzadənin fəaliyyətində Azərbaycan memarlıq irsinin sistemləşdirilməsi və elmi əsaslarla təsnifatı xüsusi yer tutur. Onun müəllifi olduğu və 2016-cı ildə çap olunan “Azərbaycan memarlıq abidələrinin tipologiyası (XI–XVII əsrlər)” adlı fundamental əsəri dini, xatirə, mülki, ticarət və müdafiə xarakterli tikililərin tarixi inkişafını və funksional xüsusiyyətlərini əhatə etməklə memarlıq irsinə yanaşmada yeni mərhələnin əsasını qoymuşdur. Bu əsər zəngin vizual materiallarla – memarlıq planları, şəkillər və cizgilərlə müşayiət olunur, Şərq, Avropa və rus tədqiqatçıların mənbələrinə istinad edilməklə beynəlxalq elmi standartlara cavab verir.

Rayihə Əmənzadənin digər əhəmiyyətli tədqiqatlarına “Azərbaycan memarlığında baştağlar”(1995) “Azərbaycan memarlığı XV–XIX əsrin əvəllərində”, “Azərbaycan memarlığı XV–XIX əsrin əvvəllərində. Cild III”(2013), “Gəncənin memarlıq salnaməsi (XII–XIX əsrlər)(2021)”, “Ganja Architectural Chrcnicle 12-19 centuries” (2023) kimi əsərlər daxildir. Bu nəşrlər Azərbaycanın müxtəlif bölgələrinin memarlıq xüsusiyyətlərini araşdıraraq regional memarlıq irsinin elmi baxımdan öyrənilməsinə xidmət edir.

Hazırda professor Rayihə Əmənzadə AMEA Memarlıq və İncəsənət İnstitutunda şöbə müdiri, eyni zamanda AzMİU-nun “Memarlıq konstruksiyaları və abidələrin bərpası “ kafedrasında professor kimi fəaliyyət göstərir. O, bu sahədə həm tədris, həm də metodoloji rəhbərlik baxımından önəmli rol oynayır.

Alimin müəllifi olduğu 250-dən çox elmi məqalə, 8 fundamental kitab və 3 həmmüəllifli əsər memarlıq elminin müxtəlif istiqamətlərini əhatə etməklə yanaşı, bu sahənin inkişafına güclü təkan verib. O, Beynəlxalq Memarlar Akademiyasının akademiki, Şərq Ölkələrinin Beynəlxalq Memarlıq Akademiyasının müxbir üzvü, Azərbaycan Memarlar İttifaqının isə 1981-ci ildən üzvüdür, bir sıra yerli və beynəlxalq toplularının redaktə heyətinə salınıb. 

Rayihə Əmənzadənin tədqiqat fəaliyyəti yalnız memarlıq tarixi ilə məhdudlaşmır – o, tarixi-mədəni irsin qorunması və müasir şəhərsalma siyasətində bu irsin inteqrasiyası məsələlərinə də xüsusi diqqət yetirir. Onun elmi yanaşmasında keçmişlə gələcək arasında körpü qurmaq, tarixi abidələrin yalnız muzey eksponatı kimi deyil, canlı mədəniyyət nümunəsi kimi yaşadılması ideyası mühüm yer tutur.

Tədqiqatçı alimin rəhbərliyi altında hazırlanmış bir sıra tədqiqat layihələri Azərbaycan abidələrinin pasportlaşdırılması, onların bərpa metodikalarının işlənməsi və regionlar üzrə memarlıq inventarizasiyası sahəsində ciddi nəticələr vermişdir.

Professor Rayihə Əmənzadə elmi səriştəsi, pedaqoji bacarığı və milli irsə sadiqliyi ilə Azərbaycan memarlıq elminin aparıcı simalarından biridir. Onun apardığı tədqiqatlar memarlıq tariximizin elmə əsaslanmış sistemli təsnifatını təqdim edir və bu sahədə gələcək nəsillər üçün möhkəm elmi baza yaradır. Əmənzadə həm də qadın tədqiqatçı kimi Azərbaycan elminin ön cəbhəsində yer alaraq, milli-mədəni irsin qorunması və inkişaf etdirilməsi istiqamətində fəal mövqe nümayiş etdirir.


Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:176
embedMənbə:https://unikal.az
archiveBu xəbər 16 May 2025 15:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see322

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see313

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see305

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see303

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see295

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see293

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see292

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see263

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see244

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see239

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see238

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see235

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see229

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see227

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see225

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see206

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see205

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see197

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri