Icma.az
close
up
RU
Bahalı məzar daşı cənnətə aparmır!

Bahalı məzar daşı cənnətə aparmır!

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Bu dünyada hər kəsin bir axirət günü var. İnsan doğulduğu kimi, Allahın ona bəxş etdiyi ömrü yaşayıb başa vurub bu dünyadan köçür. Ən maraqlısı odur ki, insanın dünyadan köçməsi, torpağa tapşırılması və ona qoyulan baş daşları məsələsində bütün dünya bir yana, bizim məmləkət bir yana durur. Bu məsələdə də heç kim bizə bənzəyə bilmir. Ağızları açıq qalıb izləyirlər bizi. Son illər Azərbaycanın sosial şəbəkə seqmentində ən çox reklam olunan, insanların gözünə “mazol” edilən mövzulardan biri də bahalı məzarlıqlar, onların reklam edilməsidir: Bəli, artıq neçə əsrlərdir ki, bizim ölkəmizdə İslam dininin qaydalarına tam zidd olaraq bahalı ehsan məclisləri, bahalı, gözəgəlimli məzar daşlarının hazırlanması ifrat həddə çatdırılıb.
Bu, ilk növbədə ölkəmizdə İslam dini ilə bağlı maariflənmə səviyyəsinin olduqca aşağı olması, cəmiyyətin əsrlər boyu kiflənmiş stereotiplərin təsirindən çıxa bilməməsi və ən əsası da “qonşudan dala qalmamaq” kimi cəfəng ictimai adətlə bağlıdır. Bu insanlar heç cür anlamırlar ki, rəhmətə gedən şəxs üçün bahalı məzar daşları hazırlamaqla onların cənnətə getməsi üçün əsas yaratmırlar. Heç bir bahalı məzar daşı heç kimi cənnətə aparmır.
Son vaxtlar hətta bir sıra tanınmış şəxslər üçün 25-30 min manatlıq məzar daşlarının sosial şəbəkələrdə reklam edilməsi əcaib və biabırçı vəziyyətin kritik həddə olduğunu göstərir: “Bir müddət bundan öncə rəhmətə gedən bir neçə keçmiş məmur üçün bu cür məzarlıqlar hazırlandı. Hətta ortabab bir müğənni də rəhmətə gedən atası üçün 40 min manatlıq məzar daşı hazırlatması ilə özünü bir müddət eninə-boyuna reklam etdi. İllərdir Azərbaycan cəmiyyətində ölüsü düşən ailələr bir ictimai təzyiq altındadırlar. Kim ölüsü üçün gen-bol ehsan verməsə, ölüsünə bahalı məzar daşı hazırlamasa stereotip adətlər üzündən qınaq obyekti olur. Ölü yiyəsi də o üzdən, imkanı olmadığı halda kreditə, borca düşüb həm dəbdəbəli ehsan verir, həm də bahalı məzar daşı hazırlatdırır. Niyə? – Bu iyrənc, oturuşmuş zərərli ictimai baxış üzündən. Bu vəziyyətdə rəhmətə gedən qalır bir kənarda, yazıq ölü yiyəsi borc-xərci ödəmək üçün illərlə çalışıb əziyyət çəkməli olur. Belə islam qaydalarımı var, bu cür biabırçılıqla kimin atası-anası cənnətə “viza” alır? Məncə, cəmiyyətin üfunət iyi verən bu stereotiplərdən qurtulması vacibdən vacibdir. Standart, sadə məzar daşlarının hazırlanması həm dəyərlərimizə hörmət, həm də gələcək nəsillərimizə buraxacağımız ən yaxşı nümunə ola bilər.

İnternet əsrində cənnətə getmək üçün fırıldaqçılara 7 min manat ənam verənləri, ölüsünə 25-30 min manatlıq başdaşı qoyduranları, məzarlıq başında şəhərcik yaradıb ora internet çəkdirənləri, məzar başında bahalı çılçıraqlar və son dəb oturacaqlar quraşdıranları, “dini toy” adı ilə cibini pullarla dolduranları, tort kəsib ətrafında dövrə vurub mahnı oxuyanları görəndən sonra cəmiyyətimizin dini maariflənmədən çox-çox geri qaldığını görmək ürək ağrıdan mənzərədir. Bilirsiniz ən dəhşətlisi hansıdır? Hətta bunu səviyyəsiz efirlərdə milyonarla insanın qarşısında deməkdən utanmırlar. Sanki fəxr ediləsi, rəhmətə gedən atası üçün əsl övladlıq edirmiş kimi qürrəlinəsi iş görüblər. Ay düşüncəsiz insan, axı sağlığında qara qəpik qiymət qoymadığın atana ən bahalı mərmərdən baş daşı qoymaqla ölmüş dədənimi “qiymətə mindirirsən”, yoxsa sadəcə özünə reklam qazanırsan? Axı bu cahil və gerizəkalı imic sənin nəyinə gərəkdir? Bu savadsız gədə-güdə yığını trilyard dollar cah-cəlal sahibi olan Səudiyyə şahzadəsinin yarım metrlik sadə ağ daşdan olan məzarını heç görüblərmi? Türkiyəli məşhur milyarderlərin, böyük sənət adamlarının məzarlarını necə, görüb seyr ediblərmi? Əlbəttə, bəzilərinin rüşvətlə, onun-bunun haqqını yeməklə milyonlar yığmaqdan,bir çoxlarının da sosial şəbəkələrdə macəra axtarmaqdan başları ayılarsa, dünyada olub- keçənlərdən xəbərdar olarlar.

Məncə, standart məzarlıq daşlarının qanun halına salınması uzun illərdir ki, cəmiyyətdə kök salan xoşagəlməz streotiplərin tarixə qovuşmasına, israfçı ehsanlıqların yığışdırılmasına və ən əsas da insanların sosial bərabərsizlikdən çəkdikləri əziyyətlərin sona çatmasına kömək edə bilər. Gerçək reallıq odur ki, rəhmətə gedən şəxs o dünyaya öz əməllərinin hesabatını aparır, bahalı məzar daşlarının hesabını deyil...

Mətləb Salahov

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:163
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Avqust 2025 13:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu qurum vətəndaşa qanunsuz borc yazdı ŞİKAYƏT

24 Sentyabr 2026 09:41see330

Ceyhun Bayramov kiprli həmkarı ilə Cənubi Qafqazda sülh prosesini müzakirə etdi

24 Sentyabr 2026 02:52see280

Bu heyətlə çempionluq Ay qədər uzaqdır “Yunayted”in əfsanəsi

24 Sentyabr 2026 00:33see240

Psixoloqlara görə, birinin sizi qısqandığını göstərən 2 kəlməlik cümlə

24 Sentyabr 2026 03:04see235

Sensasion kəşf: Qalaktikamızın ən təhlükəli yerində su tapıldı

24 Sentyabr 2026 00:23see231

Ceyhun Bayramov: TRIPP regionda yeni imkanlar yaradacaq

24 Sentyabr 2026 03:00see228

Ərdoğan: BTC və TANAP etibarlı dəhlizlərdir

24 Sentyabr 2026 03:03see225

Beş il sonra nə baş verəcək? Süni intellektlə bağlı ciddi XƏBƏRDARLIQ

24 Sentyabr 2026 03:36see223

BBC: Britaniya hərbi məqsədlərlə digər ölkələrin peyklərinin fəaliyyətinə mane olur

24 Sentyabr 2026 03:56see222

Türkiyədə autizm diaqnozu qoyuldu, müayinələr fərqli həqiqəti üzə çıxardı VİDEO

24 Sentyabr 2026 07:01see218

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see211

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see208

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see201

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see201

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see192

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see188

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see187

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see187

Sumqayıtda ağır qəza: Chevrolet ağaca çırpıldı

24 Sentyabr 2026 00:33see170

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri