Bahar Muradova: Dövlət qurumlarının məqsədi könüllük fəaliyyətinə dəstək verməkdir AZƏRTAC
Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Bakı, 18 dekabr, AZƏRTAC
Azərbaycanın könüllü gənclərinin COP29-dakı fəaliyyəti ilə yanaşı, onların digər sahələrdə də aktivliyi böyük işlərdə atdıqları doğru addımlardan xəbər verir.
AZƏRTAC xəbər verir ki, bu sözləri Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin və Azərbaycan Könüllü Təşkilatları İttifaqının birgə təşkilatçılığı ilə COP29 nəticələri üzrə Bakıda keçirilən "Yaşıl gələcəyə könül ver" adlı tədbirdə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyib. O qeyd edib ki, dövlət qurumlarının məqsədi könüllük fəaliyyətinə dəstək verərək bu prosesi davam etdirməkdir.
“Azərbaycanın Ailə, Qadın və Ușaq Problemləri üzrə Dövlət Komitəsi hazırda "Ailəm könüllüləri" proqramını davam etdirir. Lakin gələcək üçün fəaliyyətimizi genişləndirməyi düşünürük. Bu proqramın bir istiqaməti ekologiya, ətraf mühit olmalıdır", - deyə komitə sədri əlavə edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:69
Bu xəbər 18 Dekabr 2024 17:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















