Icma.az
close
up
RU
Bahəddin Həzinin yeni kitabı təqdim olunub “Biz həyatımızı iki kitab arasında yaşayırıq: Əlifba və Quran...”

Bahəddin Həzinin yeni kitabı təqdim olunub “Biz həyatımızı iki kitab arasında yaşayırıq: Əlifba və Quran...”

Azpolitika.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Bir neçə gün əvvəlyazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzinin "Göyün cazibə qüvvəsi" kitabının təqdimat və imza mərasimi baş tutub. Azərbaycan Milli Elmlər Akademiyasının Mərkəzi Elmi Kitabxanasında baş tutan tədbirdə millət vəkilləri, jurnalistlər, yazıçılar, ictimaiyyət münayəndələri və oxucular iştirak edib.

Tədbir Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsi və Vətən uğrunda canından keçən şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb.

Professor Qulu Məhərrəmli tədbiri açıq elan edib. Professor bildirib ki, köhnə nəslin gəliş-gediş yeri olan elmi kitabxanada dəyərli bir kitabın təqdimatı keçirilir: "Kitab bizim ruhumuzun qidasıdır. Yaxşı kitab böyük bir abidədir".

"Göyün cazibə qüvvəsi" kitabının ön söz müəllifi yazıçı Seyran Səxavət çıxışı zamanı kitabı yüksək dəyərləndirib: “Bu qədər adamın bu gün burada iştirakı kitaba verilən dəyərin bariz nümunəsidir. "Göyün cazibə qüvvəsi"ndə yazılan cümlələr, sözlər çox böyük yükə sahibdir. Bahəddin Həzi sözdən ən mükəmməl şəkildə istifadə etməyi bacarır”.

Yazıçı bildirib ki, müəllifə “irad” da tutub: “Müəllifə bildirmişəm ki, orada esse var və gərək əvvəlində epikraf yazardın ki, “əsəbi zəif adamların oxuması məsləhət deyil”. Əsərin dili ağırdır.

"Göyün cazibə qüvvəsi" kitabı nadir kitablardandır. Bir müğənni çıxır, "karifeydir, dahidir" deyirlər, jurnalist məqalə yazır, rəssam rəsm əsəri çəkir, "dahidir" deyirlər. Bu hesabla 10 milyon dahimiz mövcuddur. Qonşudan kimsə deməsə ki, “filankəs böyük adamdır” inanmırıq. Kompleksimiz var. Millət özü özünü tormozlayır. Biz özümüzü sevirik. Bir gün ayılırıq ki, sevənimiz yoxdur. Danışmaq lazım olan yerdə susuruq”.

Tədbirdə çıxış edən deputat Qüdrət Həsənquliyev qeyd edib ki, Bahəddin Həzi insanları düşünməyə vadar edən bir jurnalistdir: "Onun yazdığı hər sözün arxasında dərin bir məna var. Əminəm ki, bu kitab da gələcək nəslin formalaşmasında böyük rol oynayacaq".

Milli Məclisin deputatı Vüqar İskəndərov çıxış edərkən vurğulayıb ki, Bahəddin Həzinin yazılarını uzun müddətdir oxuyur.

Sabiq deputat Etibar Əliyev çıxışında bildirib ki, belə izdihamlı kitab təqdimatı görməyib.

“Kitab oxumaq mədəniyyətdir. Bahəddin Həzinin ilk kitabı ilə bu kitabın ərsəyə gəlməsi arasında vaxt qısadır. Lakin bu iki kitabı müqayisədə görürəm ki, bu kitabda Bahəddin Həzi daha da müdrikləşib. Bu, təkmilləşmə əlamətidir. Müəllif ölməyib, oxucu ölüb. Oxucunu diriltmək lazımdır. Bugünkü tədbir də yaddaşımızdan silinməyəcək. Həmişə deyirəm, kitab köməyimiz olsun", - deyə Etibar Əliyev vurğulayıb.

Tədbirdə çıxış edən hüquqşünas Aslan İsmayılov qeyd edib ki, Bahəddin Həzi Azərbaycan jurnalistikasında çox nadir abırlı insanlardandır: “25 ildə çox adam fikrini dəyişib. Amma Bahəddin müəllim əvvəldən elə düşüncədə olub ki, obyektivliyini qoruyub”.

Bahəddin Həzi çıxış edərək ürək sözlərini tədbirin qonaqlarına çatdırıb: "Mən istəyirəm ki, siz kitabla mənim sözlərim vasitəsilə tanış olmayasınız, özünüz oxuyaraq tanış olasınız. Biz həyatımızı iki kitab arasında yaşayırıq: Əlifba və Quran. Bu iki kitab arasında müxtəlif kitablar oxuyuruq. Mən ümid edirəm ki, mənim bu kitabım sizin həyatınızda əlifba və Quran kitabları arasına girə biləcək".

Tədbirin sonunda yazıçı-publisist, əməkdar jurnalist Bahəddin Həzi "Göyün cazibə qüvvəsi" kitabını tədbir iştirakçıları üçün imzalayıb. (Bizimyol.info)

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:63
embedMənbə:https://azpolitika.info
archiveBu xəbər 30 May 2025 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see300

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see238

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see216

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see206

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see194

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see187

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see186

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see183

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see171

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see170

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see164

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see154

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see154

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see152

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see151

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see151

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see151

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see151

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see147

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see146
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri