Icma.az
close
up
RU
Bakı 4 böyük mərkəzlə bir arada Yeni planın detalları

Bakı 4 böyük mərkəzlə bir arada Yeni planın detalları

GlobalInfo saytına istinadən Icma.az xəbər verir.

Son aylarda Azərbaycanın xarici siyasətində Asiya ölkələri ilə münasibətlərin inkişaf dinamikası diqqət çəkir. Çin, Vyetnam, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və digər region ölkələri ilə qarşılıqlı səfərlər, iqtisadi-ticari razılaşmalar və siyasi dialoqlar Bakının xarici siyasətində yeni bir istiqamətin formalaşdığını göstərir.

Müşahidə olunan dinamikanın arxa planında yalnız iqtisadi maraqlar deyil, həm də dəyişən qlobal nizamda Azərbaycanın öz yerini daha dayanıqlı və balanslı şəkildə müəyyən etmək cəhdi dayanır. Ekspertlərin fikrincə, bu, daha genişmiqyaslı geosiyasi düzənin – post-Qərb dövrünün başlanğıcına adaptasiya kimi dəyərləndirilə bilər.

Bakı Asiya-Sakit Okean regionu ilə əməkdaşlığı, “Qlobal Cənub” anlayışı çərçivəsində yeni strateji xəttə çevirir. Bu, həm enerji təhlükəsizliyi, həm də nəqliyyat-logistika mərkəzi kimi Azərbaycanın rolunun gücləndirilməsi baxımından vacib hesab olunur.

Globalinfo.az-a danışan deputat Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev ölkəmizi “Qlobal Cənub”un tərkib hissəsi kimi təqdim edib:

“Qlobal Cənub” beynəlxalq münasibətlər sistemində tamamilə yeni statusda və yeni keyfiyyətdə təzahür edəcək coğrafiya olacaq. Ona görə də Azərbaycan Çin ağırlıqlı bu coğrafiyada bütün müstəvilərdə iştirak etməyə hazırdır.


Hikmət Babaoğlu

Bakı Pekin-London vektorunda çox mühüm layihələr həyata keçirir. Əlbəttə, bu, Azərbaycanın yalnız Çinlə əməkdaşlıq etdiyi mənasına gəlmir. Sözügedən müstəvidə açar ölkələrlə təmaslar qurulur, əməkdaşlıqlar inkişaf etdirilir. Pakistan və Çindən sonra Vyetnamla da əlaqələr güclənib. Azərbaycan yeni dünya nizamında özünə məxsus yer qazanaraq, iqtisadi və siyasi faktor kimi güc mərkəzinə çevrilmək istəyir.”

Politoloq Orxan Amaşov isə qeyd edib ki, Azərbaycanın Asiya ölkələri ilə əməkdaşlığı intensivləşdirməsi təbiidir:

“Bu, Bakının əvvəldən həyata keçirdiyi siyasi xəttin davamıdır. Sadəcə, hazırda dünyada geosiyasi nisbət dəyişir. Azərbaycanın Qarabağ müharibəsindəki qələbəsindən sonra bu məsələlər daha qabarıq nəzərə çarpır.

Azərbaycan üçün xarici siyasətdə kontr-balans yaratmaq, geosiyasi tarazlığı qorumaq həmişə prioritet olub. Bu siyasətin mahiyyəti Rusiya, ABŞ, Avropa İttifaqı (Aİ) və Çin ilə tarazlı münasibətlərin qurulması nəticəsində heç bir xarici gücün Cənubi Qafqazda hegemonluq qura bilməməsinə hesablanıb”.


Orxan Amaşov

Politoloq qeyd edib ki, son zamanlar Pekinin əhəmiyyətinin artmasının real səbəbi var:

“Birincisi, Çin günü-gündən güclənir. Lakin rəsmi Bakı Pekinin Cənubi Qafqazdakı maraqlarını öz maraqları ilə uyğunlaşdıraraq siyasətini formalaşdırır.

2024-cü ildə Çinlə strateji tərəfdaşlıq razılaşması imzalanıb. Ötən gün isə Vyetnam nümayəndə heyətinin ölkəmizə səfəri çərçivəsində də bənzər bir saziş imzalandı. Azərbaycan Qərbdən uzaqlaşmır, əksinə, Şərqdən gələn imkanları dəyərləndirərək, birinci tərəf üçün öz dəyərini artırmağa çalışır.

Bakının əlaqələri gücləndikdə, Orta Dəhlizin əhəmiyyəti daha da artır. Rəsmi Bakının geosiyasi balansda Asiyaya verdiyi dəyər artıb”.

Turan Rzayev
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:235
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 08 May 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see526

Rostropoviçlərin ev muzeyində anım tədbiri “Dostluğun və musiqinin harmoniyası”

07 Noyabr 2026 14:15see304

Təbrizdəki Baş Konsulluğumuzda Zəfər Gününə həsr olunmuş tədbir...

07 Noyabr 2026 19:14see295

Röya bu gün açıq havada konsert verəcək Foto

07 Noyabr 2026 13:04see294

Mədəniyyət ictimaiyyətinin nümayəndələri Zəfər Günü münasibətilə Prezident İlham Əliyevi təbrik ediblər

07 Noyabr 2026 18:05see286

Emin Ağalarov ona yüksək vəzifə verdi Foto

07 Noyabr 2026 12:25see269

Üç nəslin musiqi varisliyi: Bakıda “Müəllim və tələbələr” proqramı təqdim olunub (Foto)

07 Noyabr 2026 16:35see267

Azərbaycanda investisiya xərcləri ikiqat artırılır: 5,3 milyard manat hara xərclənəcək?

07 Noyabr 2026 20:47see264

Xruşşovka ların sökülməsinə hazırlıq gedir?

07 Noyabr 2026 18:40see251

Plastik qabların tərkibindəki maddənin körpələrin çəkisini azaltdığı aşkarlanıb

07 Noyabr 2026 18:23see248

Blez Paskal: 39 illik ömrə sığmayan dahinin axtarışları

07 Noyabr 2026 16:17see238

İllər sonra yenidən görüşdülər (Foto)

07 Noyabr 2026 21:22see234

Onların çoxu günə dua ilə başlayırdılar...

07 Noyabr 2026 20:52see233

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

07 Noyabr 2026 09:37see233

Uşaqlıq xatirələri həyatımıza yön verir

07 Noyabr 2026 14:10see231

NYMEX əmtəə birjasında təbii qazın qiyməti artıb

07 Noyabr 2026 09:07see230

Foreign Affairs: Çin özünü çıxılmaz vəziyyətə salır...

07 Noyabr 2026 20:05see226

Aİ 92 və dizel bahalaşacaq?

08 Noyabr 2026 01:45see219

“Çıraq” platformasından indiyədək hasil edilən neft və qazın həcmi açıqlanıb

07 Noyabr 2026 10:27see218

Türkiyəli məşhur müğənni Bakıya gəlir

08 Noyabr 2026 01:01see218
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri