Icma.az
close
up
RU
Bakı Ağ Evin təhlükəli regional planını pozdu: ABŞ Qafqaz sülh masasına buraxılmadı

Bakı Ağ Evin təhlükəli regional planını pozdu: ABŞ Qafqaz sülh masasına buraxılmadı

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Azərbaycan Cənubi Qafqazı qarışdırmaq planları olan ABŞ, Avropa Birliyi və Fransanın regional sülh prosesindən mümkün qədər uzaq tutulmasında israrlıdır, rəsmi Bakı ikitərəfli təmaslar formatından geri çəkilmək niyyətində deyil... Çünki bu önəmli formatın yeganə “alternativ”inin məhz sülh prosesini bloklamağa can atan kənar güclərin manipulyativ vasitəçiliyi ilə onilliklər boyu davam edə biləcək nəticəsiz danışıqların olduğu da inkaredilməz reallıqdır…
Cənubi Qafqazda sülh prosesi ətrafında durğunluq müşahidə edilməkdədir. Belə ki, son vaxtlar bu prosesin pozitiv irəliləyişə malik olduğunu iddia etmək çox çətindir. Çünki hazırda müəyyən ikitərəfli təmaslar mövcud olsa da, Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin yaxın vaxtlarda imzalanma ehtimalı o qədər də inandırıcı təsir bağışlamır. Və bu baxımdan, sülh prosesinin böhranlı situasiya ilə üzləşdiyi indiki mərhələdə regional sabitlik də istər-istəməz təhdid altında qalmış kimi görünür.

Onu da qeyd etmək lazımdır ki, rəsmi İrəvan sülh prosesində yaşanan durğunluğu daha çox Bakıda keçirilmiş COP29 tədbiri ilə izah etməyə çalışır. Halbuki, Paşinyan hakimiyyəti dəfələrlə bəyan etmişdi ki, COP29 ərəfəsində sülh sazişini imzalamağa hazırdır. Ancaq buna baxmayaraq, rəsmi İrəvan bir tərəfdən sazişin müddəaları ilə bağlı rəsmi Bakının göndərdiyi təklliflərə cavabı gecikdirirdi. Digər tərəfdənsə, hələ tam razılaşdırılmamış “yarımçıq sülh sazişi”nin imzalanmasında israr edirdi. Və bu, Paşinyan hakimiyyətinin sülh prosesi üzərində siyasi manipulyasiyalarla məşğul olduğunu təsdiqləyirdi.

Ölkə.az "Yeni Müsavat"a istinadən xəbər verir ki, məsələ ondadır ki, rəsmi İrəvan COP29 ərəfəsində dünyaya özünü “sülhpərvər” göstərərək, Azərbaycana qarşı beynəlxalq təzyiq kampaniyasının başladılmasına cəhd göstərirdi. Əslindəsə, rəsmi İrəvan bütün bunlara parallel olaraq, sülh prosesindən böyük sürətlə uzaqlaşmaqdadır. Paşinyan hakimiyyətinin “yarımçıq süıh sazişi”nin imzalanmasında israr etməsi isə birtmənalı şəkildə sülh prosesinin bloklanmasına yönəlmişdi. Çünki rəsmi İrəvan beynəlxalq hüquq normaları çərçivəsində fəaliyyət göstərən Azərbaycanın “yarımçıq sülh sazişi”ni imzalamayacağını elə əvvəlcədən bilməmiş deyildi. Və Paşinyan hakimiyyətinin əsas siyasi manipulyasiyaları da məhz bu faktor üzərində qurulmuşdu.

Nəhayət, rəsmi İrəvanın sülh sazişini imzalamağa hazır olduğuna yönəlik növbətçi bəyanatlarına Ermənistanın sürətlə silahlanaraq, yeni müharibəyə hazırlaşması paralellik təşkil edir. Üstəlik, onu da nəzərə almaq lazımdır ki, hətta yekun sülh sazişinin mətni tam şəkildə razılaşdırılsa belə, rəsmi İrəvanın həmin sənədi imzalayacağı qətiyyən inandırıcı görünmür.

Çünki Ermənistan hazırda ABŞ, Avropa Birliyi və Fransanın “geopolitik müstəmləkə”si durumuna düşüb. Ona görə də, rəsmi İrəvan geopolitik maraqları Cənubi Qafqazda sülhə deyil, yeni savaşa ehtiyac duyan, hazırda Ermənistanı növbəti müharibəyə hazırlaşdıran ABŞ, Avropa Birliyi və Fransanın birbaşa icazəsi olmadan, yekun sülh sazişini imzalamağa qətiyyən cəsarət etməz. Və təbii ki, rəsmi Bakı da bu inkaredilməz reallığı bilməmiş deyil.

Maraqlıdır ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in Maltada keçirilən zirvə toplantısında yenidən siyasi manipulyasiya cəhdləri göstərib. Erməni nazir bildirib ki, yekun sülh sazişi 90 faiz, yəni, 17 müddəadan 15-i artıq razılaşdırılıb və bu sənədi tezliklə imzalamaq mümkün ola bilər. Bununla da erməni nazir sülh prosesinin sona yaxınlaşdığı barədə rəy yaradaraq, öz beynəlxalq himayədarlarına müdaxilə məkanı açmağa cəhd göstərib. Və ABŞ-ın dövlət katibi Entoni Blinkenin Maltada erməni nazirin ardınca dərhal hərəkətə keçməyə çalışması da bunu təsdiqləyir.

Məsələ ondadır ki, ABŞ-ın dövlət katibi Entoni Blinken Maltada Azərbaycan və Ermənistan xarici işlər nazirlərini görüşdürməyə cəhd göstərib.  Ancaq qısa müddətdə məlum olub ki, ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Maltada keçirilən 31-ci iclasında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Ceyhun Bayramov və Ararat Mirzoyan arasında görüşün keçirilməsi nəzərdə tutulmayıb. Və bunu Ermənistan Xarici İşlər Nazirliyi də təsdiqləyib.

Onu da qeyd etmək lazımdır ki, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün baş tutmamasının bəzi detalları da artıq məlum olmağa başlayıb. Belə ki, diplomatik mənbələrdən sızan məlumatlara görə, ABŞ-ın dövlət katibi Entoni Blinken ATƏT Xarici İşlər Nazirləri Şurasının iclası çərçivəsində Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin görüşünün keçirilməsi təşəbbüsü ilə çıxış edib. Hətta E.Blinken bu görüşün mütləq baş tutması üçün israrla vasitəçilik etmək də istəyib.

Ancaq onəmli bir məqamı da nəzərə almaq lazımdır ki, ABŞ hazırda Azərbaycanla Ermənistan arasında sülh danışıqları prosesində iştirak etmir. Ona görə də, dövlət katibi Entoni Blinkenin bu israrlı təşəbbüsünün ABŞ-ı yenidən sülh prosesinə daxil etmək niyyəti daşımış ola biləcəyi qətiyyən istisna deyil. Çünki regional sülh prosesində iştirak hüququ ABŞ-a Cənubi Qafqazda yeni və önəmli geopolitik mexanizm qazandıra bilər. Və Ağ Evin yaxın gələcəkdə bu regionda cərəyan edən geopolitik proseslərə müdaxilə üçün belə stabil təsir mexaizminə ehtiyac duyduğu qətiyyən şübhə doğurmur.

Təbii ki, rəsmi Bakı ABŞ və Qərbin regional sülh prosesinə müdaxilə mexanizmi qazanmasının olduqca ciddi təhlükə mənbəyinə çevrilə biləcəyini mütləq nəzərə almaq məcburiyyətindədir. Çünki Bayden administrasiyası Azərbaycana qarşı ədalətsiz və qərəzli siyasət yürütməsiylə diqqəti çəkir. Hazırda Ağ Ev tam ermənipərəst mövqe tutur, ABŞ Ermənistanı növbəti savaşa hazırlamaq üçün Avropa Birliyi və Fransa ilə ortaq şəkildə sürətlə silahlandırma prosesinə start verib.

Digər tərəfdən, Ağ Evin son davranışları ABŞ-ın regional sülh prosesinin bloklayaraq, pozmağa cəhd göstərdiyini biruzə verir. Üstəlik, ABŞ 30 ilə yaxın bir müddətdə Minsk Qrupunun həmsədri kimi ermənipərəst mövqe tutaraq, problemin həllinin qəlizləşdirilməsinə yönəlik siyasət yürüdüb. İndi Cənubi Qafqazda sülhün və sabirliyin yaradılmasında qətiyyən maraqlı olmayan ABŞ-a vasitəçilik missyasını ələ keçirtmək şansı tanınması strateji səhv olardı. Və bu baxımdan, Ağ Evə hər hansı variantda sülh prosesinə müdaxilə mexaizmi qazandırılması yolverilməzdir.

Bütün bunları nəzərə aldıqda, Azərbaycan tərəfinin ABŞ-ın dövlət katibi Entoni Blinkenin görüş təklifini və ona özünün vasitəçilik etmək istəyini qətiiyyətlə geri çevirməsinin əsas səbəbləri tamamilə başadüşüləndir. Yəni, rəsmi Bakının dövlət katibi Entoni Blinkinə Azərbaycanın ABŞ-ın, ümumiyyətlə, sülh prosesində iştirakını istəmədiyi və bunu qətiyyən məqsədəuyğun hesab etmədiyinin siyasi-diplomatik mesajını verməsi olduqca önəmli addımdır. Və bu, o deməkdir ki, rəsmi Bakı yenidən “Minsk Qrupu dönəmi”nə qayıtmaq, sülh prosesinin ABŞ-ın geopolitik maraqlarının girovuna çevrilməsinə imkan vermək niyyətində deyil.

Belə anlaşılır ki, Azərbaycan Cənubi Qafqazı qarışdırmaq planları olan ABŞ, Avropa Birliyi və Fransanın regional sülh prosesindən mümkün qədər uzaq tutulmasında israrlıdır. Azərbaycan tərəfi hazırda Ermənistanla birbaşa, ikitərəfli təmaslara üstünlük verir. Rəsmi Bakı hesab edir ki, sülh prosesinin məhz bu regiondan kənar güclərin geopolitik maraqlarından qorunması iki ölkə arasında anlaşma imkanlarını artıra bilər. Və hazırda bu formatın alternativinin yalnız sülh prosesini bloklamağa can atan kənar güclərin manipulyativ vasitəçiliyi ilə onilliklər boyu davam edə biləcək nəticəsiz danışıqlar olduğu da inkaredilməz reallıqdır.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://olke.az
archiveBu xəbər 06 Dekabr 2024 20:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

TƏCİLİ: Metroya giriş bağlandı Nə baş verir?

19 Oktyabr 2025 04:03see228

Ramiz Mehdiyev İlham Əliyevə qarşı sui qəsd PLANLAŞDIRIB Sensasion iddia

17 Oktyabr 2025 22:34see217

Pezeşkian bu türk ölkəsinə səfər edəcək

19 Oktyabr 2025 02:00see217

Stəndapçı: “Uill Smit bacarmasa, Yannik Sinner rolunu oynamağa hazıram” FOTO

18 Oktyabr 2025 03:13see211

Trampdan sonra Vens də İsrailə gedir

18 Oktyabr 2025 16:58see170

Gürcüstandan çıxarılan Azərbaycan vətəndaşlarının sayı açıqlanıb

18 Oktyabr 2025 20:59see157

Pəncərələri qış rejiminə necə keçirtmək olar?

18 Oktyabr 2025 04:47see156

ChatGPT yə verilməsi qadağan edilən 8 sual SİYAHI

18 Oktyabr 2025 02:52see156

“Xocalı Balı” ilk dəfə bal yarmarkasında alıcılara təqdim olunub REPORTAJ

18 Oktyabr 2025 14:09see145

İlham Əliyevdən Xəzəryanı ölkələrə ÇAĞIRIŞ

18 Oktyabr 2025 10:48see144

Bakı metrosunda mübahisəli durum: gediş haqqı yenə dəyişəcək?

18 Oktyabr 2025 07:33see137

Çin polisinin ağıllı köməkçiləri: Təhlükəsizliyi robot itlər qoruyacaqlar

18 Oktyabr 2025 06:32see136

“Borussiya” yenə uduzdu

18 Oktyabr 2025 03:34see135

Tanınmış logistika şirkəti iflas etdi

18 Oktyabr 2025 03:04see134

Neftinin qiyməti 1 dollar ucuzlaşdı

18 Oktyabr 2025 10:51see133

Prezident ailəsi Vatikan bağlarında Fotolar Video

18 Oktyabr 2025 04:14see132

Dabaq xəstəliyi Qaxda da təsərrüfat sahiblərini çıxılmaz vəziyyətə saldı

18 Oktyabr 2025 01:37see131

Abakar Abakarov İstanbulda ölü tapıldı

18 Oktyabr 2025 19:41see128

Qızıl altı min dollara qədər bahalaşa bilər

18 Oktyabr 2025 15:58see124

Almaniya XİN rəhbəri: “Eurofighter”lərin Türkiyəyə göndərilməsinə müsbət baxırıq

18 Oktyabr 2025 06:28see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri