Bakı avtovağzalından bu istiqamətlərə reyslər təxirə salındı
Icma.az, Olke.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Ölkə ərazisində müşahidə edilən qeyri-sabit hava şəraiti ilə əlaqədar sərnişindaşımanı həyata keçirən bütün daşıyıcılar, avtovağzal və avtostansiyalar gücləndirilmiş iş rejimində fəaliyyətini davam etdirir.
“Ölkə.az” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Bildirilib ki, səhər saatlarından bütün marşrutlar üzrə xətlərə avtobuslar buraxılıb. AYNA-nın Monitorinq Mərkəzi tərəfindən yollarda avtobusların hərəkətinə nəzarət olunur. Aidiyyəti qurumlarla birgə yollar buzdan təmizləndikcə xətlərə cəlb edilən avtobusların sayı artırılır.
Bəzi istiqamətlərdə, xüsusən də paytaxtın şəhərətrafı və qəsəbələrarası yollarının buzlaşması ilə əlaqədar avtobusların hərəkətində çətinliklər yaranıb. Sürət həddi mövcud şəraitə uyğun tənzimləndiyi üçün avtobuslararası intervallarda artım müşahidə edilə bilər.
Sərnişinlərdən müvəqqəti çətinlikləri anlayışla qəbul etmələri, təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur.
Bölgələrdə də şəhərlərarası, şəhərdaxili və rayondaxili sərnişindaşıma adi rejimdə davam etdirilir.
Təhlükəsizlik səbəbilə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən Gədəbəy, Qusar, Qəbələ və İsmayıllı istiqamətlərində reyslər təxirə salınıb. Bu istiqamətlərdə reyslərin bərpası haqqında ictimaiyyətə əlavə məlumat veriləcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:131
Bu xəbər 01 Mart 2025 12:30 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















