Bakı dialoqu vacib bir platformadır
Icma.az bildirir, Xalq qazeti portalına istinadən.
Paytaxtda “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfransı keçirilir.
XQ-yə Milli Məclisin deputatı, İnsan hüquqları komitəsinin üzvü Azər Allahverənov bildirdi ki, Bakı dialoqu formatında keçirilən bu dördüncü konfrans faktiki olaraq kifayət qədər həssas və olduqca əhəmiyyətli, aktual bir mövzunun müzakirə olunmasına həsr edilib. Sözsüz ki, itkin düşmüş şəxslərin məsələsi, bu sadəcə humanitar xarakterli bir iş deyil. Bu əslində münaqişədən sonrakı dövrdə etimadın qurulması, insan talelərinə aydınlığın gətirilməsi və bu müstəvidə də beynəlxalq əməkdaşlıq mexanizmlərinin təkmilləşdirilməsi, hətta müəyyən mənada bir institusionallaşması baxımından olduqca vacib bir hadisə hesab olunur.
Bu mövzu ilə bağlı silsilə konfransların keçirilməsi qeyd etdiyim istiqamətlər üzrə müzakirələrin geniş şəkildə təşkil olunması üçün çox əlverişli bir platformadır. Şübhəsiz ki, eyni zamanda, ümumbəşəri mahiyyət daşısa da, Azərbaycan üçün aktual olan bir məsələnin gündəliyə gətirilməsi baxımından əlamətdardır. Humanitar məsələyə gəldikdə, hesab edirəm ki, elə postmünaqişə dövrünün əsas xüsusiyyətlərindən biri həm də münaqişə zamanı itkin düşmüş şəxslərlə bağlı məsələyə aydınlığın gətirilməsidir. Şübhəsiz, Ermənistan tərəfinin də üzərinə böyük bir mənəvi yük düşür. Çünki itkin düşmüş şəxslərlə, birincisi işğal dönəmində Ermənistan işğal etdiyi ərazilərdə yaşayan şəxslərlə, mülki əhali ilə, o cümlədən əsir düşmüş hərbçilərlə bağlı məsələlərə cavabdehdir. Və ən azından Cenevrə konvensiyasını, digər beynəlxalq sənədləri xatırlasaq, burada Ermənistan tərəfi birmənalı şəkildə həmin şəxslərin taleyinə aydınlıq gətirə biləcək bir münasibət sərgiləmiş olardı.
Deputat qeyd edir ki, indi münaqişə öz həllini tapıb. Azərbaycanın torpaqları işğaldan azad edilib və sırf bu humanitar hüququn tələblərindən irəli gələrək həmin şəxslərlə bağlı qeyri-müəyyənliyin aradan qaldırılmasında da bilavasitə Ermənistan tərəfi səy nümayiş etdirməli və bu məsələ ilə bağlı konkret addımlar atmalıdır. Prezident İlham Əliyev konfrans iştirakçılarına müraciətində münaqişələrin ağır nəticələrindən biri də məhz ümumbəşəri humanitar problem kimi təqdim etdiyi itkin düşmüş şəxslərin taleyinə toxunulur. Nəzərə alsaq ki, Azərbaycanda Ermənistanın bu təcavüzü nəticəsində 4010 nəfər azərbaycanlı itkin düşmüş şəxs kimi qeydə alınıb. Və Ermənistan həmin şəxslərin taleyinə aydınlıq gətirilməsi üçün birmənalı şəkildə siyasi iradəsini nümayiş etdirməlidir. Bu şübhəsiz ki, etimad quruculuğu tam bərqərar edildikdə, iki ölkə arasında etimad tam formalaşdıqdan sonra mümkün ola biləcək bir məsələdir. Xatırlasaq ki, Ermənistan tərəfi nədənsə bu etimad quruculuğu ilə bağlı məsələlərdə elə də güclü səy nümayiş etdirmir. Baxmayaraq ki, bu 2025-ci il 8 avqust Vaşinqton razılaşması da əldə olunduqdan sonra Prezident cənab İlham Əliyevin media təmsilçilərinin suallarını cavablandırarkən Paşinyanın ev tapşırıqları barədə də söyləmişdi. Bu tapşırıqlardan da biri bilavasitə elə konkret olaraq bu etimadla bağlı olan bir məsələdir. Çünki etimad olduğu halda itkin düşmüş şəxslərlə bağlı məlumatın toplanılması, arxiv sənədlərinin üzə çıxarılması, şahid ifadələrinin əldə və məlumatın təqdim olunması mümkün ola bilər ki, bu məsələdə də Ermənistan faktiki olaraq praktiki addımlar atmalıdır. Amma qeyd etdiyimiz kimi, etimad quruculuğu etimad formalaşdıqdan sonra bu mümkün ola bilər ki, Ermənistan heç də bu məsələdə elə də fəallıq nümayiş etdirmir.
Azər Allahverənov vurğuladı ki, Bakı dialoqunun şübhəsiz ki, çox vacib bir platforma olduğunu nəzərə alsaq, müxtəlif beynəlxalq təşkilatların, ekspert dairələrinin, qeyri-hökumət təşkilatlarının bu prosesdə fəallığını ön plana çəksək, görərik ki, burada əlverişli əməkdaşlıq müstəvisi formalaşır. Bu da bilavasitə bütün maraqlı tərəfləri bir araya gətirə biləcək vahid bir mövqeyin formalaşmasına səbəb olan bir yanaşmadır. Bu baxımdan Bakı dialoqunun əsas dəyəri də elə dialoqdan irəli gələrək fikir mübadiləsinin aparılması və bu əsasda da konkret mexanizmlərə çevrilməsini bir növ zəruri edir. Həmçinin müasir dövrdə bir çox imkanlar formalaşmış olur ki, rəqəmsal transformasiya, süni intellekt və digər məsələlər istər-istəməz bu sahədə də axtarışların belə effektiv şəkildə aparılması üçün əlverişli bir mühit yaratmış olur. Xüsusilə də arxivlərin rəqəmsallaşdırılması, vahid məlumat bazasının yaradılması, bir bazada bütün informasiyanın akkumulyasiya olunması və onun üzərindən növbəti addımların atılması üçün də çox əlverişlidir.
Nəzərə alsaq ki, bu günə qədər işğaldan azad olunmuş ərazilərdə 32 kütləvi məzarlıqlar və bu kütləvi məzarlıqda mülki şəxslərlə yanaşı eyni zamanda, Azərbaycan hərbçilərinin də qalıqları aşkarlanıb. Bu o deməkdir ki, Ermənistan tərəfi, xüsusilə də 30 il ərzində bu əraziləri işğal altında saxlayan hərbi dairələr həmin aşkarlanmayan digər məzarlıqlar barədə də müəyyən informasiya malikdirlər. Qeyd etdiyim həmin o humanitar hüququn tələblərindən irəli gələrək bu informasiyanı da Azərbaycan tərəfindən bölüşməkdən çəkinməməlidirlər. Düzdür, Azərbaycanın apardığı axtarış tədbirləri zamanı bu məzarlıqlar onsuz da tapılır, üzə çıxarılır və çox böyük səylər hesabına bu baş verir. Xüsusilə Ermənistan tərəfi bunu nəzərə almalıdır ki, Azərbaycan bərpa-quruculuq işlərinə, təhlükəsizlik, o cümlədən də həmin ərazilərdə aparılan dərinləşdirilmiş axtarış tədbirlərinin də daha intensiv şəkildə həyata keçirilməsinə nail olmaqdadır.
Müşfiq MİRZƏ
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:42
Bu xəbər 07 Oktyabr 2026 13:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















