Icma.az
close
up
RU
Bakı kəndlərinin avtobus problemi nə vaxt həll ediləcək? AÇIQLAMA

Bakı kəndlərinin avtobus problemi nə vaxt həll ediləcək? AÇIQLAMA

Icma.az, News24 saytına istinadən bildirir.

Bakıda avtobus problemi son illər şəhər sakinləri üçün ciddi narahatlıq doğurur. Sərnişin sıxlığı, avtobusların vaxtında gəlməməsi və köhnə nəqliyyat vasitələrinin istifadəsi gündəlik həyatı çətinləşdirir. Pik saatlarında dayanacaqlarda uzun növbələr yaranır, bu da insanların işə və dərsə gecikməsinə səbəb olur. Bəzi marşrutlarda avtobus çatışmazlığı, digərlərində isə avtobusların sayının normadan artıq olması müşahidə edilir. Bu problemlə daha çox Bakı kəndlərində yaşayaş sakinlər qarşılaşır. Bəs bunun həlli üçün nələr etmək lazımdır? Hansı işlər görülür? 

Mövzu ilə bağlı Manset.az-a danışan nəqliyyat eksperti Elməddin Muradlı bildirib ki, Bakı kəndlərindəki avtobus problemi ilə bağlı həll yollarından biri paytaxtda avtobus sayının artırılmasıdır.

"Bu məsələni qısa müddətdə tam şəkildə həll etmək mümkün olmasa da, yaxın gələcək üçün müvafiq planlar mövcuddur və bu istiqamətdə tədbirlərin görülməsi nəzərdə tutulur.

Azərbaycan ötən il 161 ədəd elektrikli avtobus alıb və bu proses bu il də davam etdiriləcək. Eyni zamanda, ölkədə elektrikli avtobusların yığılmasına da artıq başlanılıb. Bu proses Çin şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilir. Ümid edirik ki, bu təşəbbüs nəticəsində daha səmərəli nəticələr əldə olunacaq, çünki avtobuslar Azərbaycanda istehsal olunacaq və birbaşa yerli bazarda satışa çıxarılacaq. İstehsal olunan avtobuslar marşrut xətlərinə buraxılacaq.

Ekspert qeyd edib ki, bu problem qısa müddətdə tam həllini tapa bilməz:

"Azərbaycanda avtobusların yığılması, məsələnin bir il ərzində həll ediləcəyi anlamına gəlmir. Mövcud istehsal planına əsasən, ildə təxminən 200 avtobus istehsal olunacaq. Yalnız Bakı şəhəri üçün hazırda əlavə 800 avtobusa ehtiyac var. Bundan əlavə, istismardan çıxarılması nəzərdə tutulan 100 avtobus da var. Beləliklə, ümumilikdə 1800 avtobusa ehtiyac duyulur. Əgər illik istehsal həcmi 200 avtobus təşkil edirsə, bu tələbatın tam qarşılanması üçün təxminən 9-10 il tələb olunur.

Təbii ki, bu müddət ərzində yalnız yerli istehsala etibar edilməyəcək. Eyni zamanda, xarici ölkələrdən də avtobuslar alınacaq. Özəl daşıyıcı şirkətlər tərəfindən bu nəqliyyat vasitələrinin ölkəyə gətirilməsi də planlaşdırılır. Bununla paralel olaraq, hazırda istifadə olunan avtobusların bir qismi sıradan çıxmaqdadır və onların da yenilənməsi zəruridir. Bu isə prosesi bir qədər uzadır.

Bütün bunlara baxmayaraq, yaxın perspektivdə Bakı kəndlərinə yeni avtobusların verilməsi ilə bağlı müsbət dəyişikliklər gözlənilir".

Məsələ ilə bağlı AYNA-dan bildirib ki, avtobus parkının yenilənməsi prioritet vəzifələrdən biridir:

"2024-cü ildə 11 marşrut üzrə 154 avtobus yenilənib. Bu marşrutların əksəriyyəti paytaxtın kənd və qəsəbələrini əhatə edir.

COP-29 ərəfəsində ölkəyə gətirilən 160 elektrik avtobusu paytaxtın müxtəlif marşrutlarında xətlərə buraxılıb. Özəl daşıyıcı şirkətlər də təmiz texnologiyalar əsasında işləyən 60 avtobus alıb və mərhələli şəkildə istifadəyə verir. Əlavə olaraq, 2025-ci ildə özəl daşıyıcılar tərəfindən 100-dən çox avtobusun gətirilməsi gözlənilir. Bundan əlavə, 200-dən çox avtobus təmir edilərək xidmətə qaytarılıb. Hazırda Bakıda avtobusların ümumi parkı 2200 ədəddir. Bu rəqəmin 2500-ə çatdırılması nəzərdə tutulur. Həmçinin yaxın zamanlara avtobusların yerli istehsalına başlanılacaq. 

Sərnişindaşıma sahəsində göstərilən xidmətin keyfiyyəti, təhlükəsizliyi və rahatlığının artırılması, həmçinin marşrutların təhkim edilməsində şəffaflığın təmin edilməsi məqsədilə marşrut xətləri müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq, mərhələli qaydada müsabiqəyə çıxarılır. Müsabiqənin şərtlərindən biri də avtobusların daha yeni olmasıdır. 

Yeri gəlmişkən, AYNA sərnişindaşınma sahəsində xidmət keyfiyyətinin yüksəldilməsi və vətəndaş məmnuniyyətinin artırılması məqsədilə bu gündən (mayın 1-dən) paytaxtda fəaliyyət göstərən 5 sayda müntəzəm marşrut üzrə xətlərə müasir və komfortlu avtobuslar cəlb edib. Bu marşrut xətləri Bakıətrafı qəsəbələri əhatə edir. Belə ki, 91, 105, 147, 158 və 216 nömrəli marşrutlar üzrə keçirilən müsabiqələrdə qalib gələn daşıyıcılar yeni avtobuslarla xətlərin istismarını həyata keçirirlər".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://news24.az
archiveBu xəbər 01 May 2025 14:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hicab məsələsi Bakıya qarşı siyasi alətə çevirilir So­sial şə­bə­kə­də ya­zı­lan­lar

09 Oktyabr 2026 07:02see396

Suverenlik təntənəsindən modern quruculuğa

09 Oktyabr 2026 01:11see363

Ertem Şener Qarabağ dan Sabah a transfer olundu

09 Oktyabr 2026 00:10see359

“Sabah” Çempionlar Liqasında ev oyunlarını keçirəcəyi stadionda ilk məşqinə çıxdı FOTO

09 Oktyabr 2026 00:11see325

Daha bir ölkə Ukraynadan yeni qaçqın axınına HAZIRLAŞIR

09 Oktyabr 2026 00:49see321

Yeni pulların “qəhrəmanları” onlar oldu Fotolar

09 Oktyabr 2026 06:38see313

Oktyabr ayı kimə pul və uğur gətirəcək? Beş şanslı BÜRC

09 Oktyabr 2026 00:14see245

Gürcüstanda xristianlığın 1700 illiyi mövzusunda konfrans

09 Oktyabr 2026 01:31see236

Ünvanları qovuşduran rabitə körpüsü

09 Oktyabr 2026 01:24see222

Bu dəhşətli hadisə... XİN daha çox beynəlxalq diqqət aırmağa çağırdı

08 Oktyabr 2026 21:35see220

İş adamının göydələnin damındakı “Ağ Ev”i diqqət çəkdi

09 Oktyabr 2026 04:12see212

Rummeniggedən Keyn və Olise ilə bağlı açıqlama

09 Oktyabr 2026 00:30see211

Azər Məmmədov: “Qazandığımız hər xal 6 xal dəyərindədir”

09 Oktyabr 2026 19:17see208

MLS rəhbəri Harri Keyni Messinin yolu ilə getməyə çağırdı

09 Oktyabr 2026 01:24see206

“Əzizim, bunu bu gün həll et” ABŞ səfirinin 100 minlik borc qalmaqalı Fotolar

09 Oktyabr 2026 03:42see204

Britaniyada hərbi bazaya qanunsuz daxil olanlar ələ keçirildilər

09 Oktyabr 2026 01:17see194

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

09 Oktyabr 2026 03:28see193

“Şeytana daş atanlar” mənəvi saflığa çağırır

09 Oktyabr 2026 01:31see189

Soyuqdəymənin dərmansız müalicəsi üçün təbii üsullar

09 Oktyabr 2026 12:11see187

AZAL ın Moskva reysləri təxirə salındı

09 Oktyabr 2026 20:17see175
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri