Bakı Metropoliteni qatar maşinisti axtarır
Icma.az xəbər verir, Modern.az saytına əsaslanaraq.
“Bakı Metropoliteni” QSC qatar maşinisti peşəsi üzrə kişi və qadın namizədlərin növbəti seçimini elan edib
Bu barədə Modern.az-a Bakı Metropoliteninin Mətbuat xidmətindən bildirilib.
Namizədə dair tələblər sırasına 22-30 arası yaş, ali texniki, orta texniki və ilk peşə ixtisaslı olmaq, hərbi bilet (kişilər üçün) daxildir.
İlkin seçim müsahibə və psixoloji testlər vasitəsilə aparılacaq.
Uyğun namizədlər zəruri tibbi yoxlamalardan keçiriləcək.
Bütün tələblərə cavab verən namizədlər 6-7 ay davam edən nəzəri və praktik tədris prosesinə cəlb olunacaqlar.
Qeydiyyat üçün Bakı metropoliteninin “metro.gov.az”- rəsmi internet saytının “Karyera” bölməsinə daxil olaraq, “Elektron ərizə” yarımbölməsindəki anket formasını doldurmaq lazımdır.
Ərizə formasında “işləmək istədiyiniz işin adı” xanasına “maşinist” qeydinin yazılması mütləqdir.
Müraciətlərin qəbulu 15 - 30 aprel 2025-ci il aralığında aparılacaq.
Baxış sayı:133
Bu xəbər 15 Aprel 2025 13:54 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















