Icma.az
close
up
RU
Bakı Metropoliteninin qiyməti əhalinin sosial imkanları nəzərə alınaraq formalaşdırılır EKSPERT FİKRİ

Bakı Metropoliteninin qiyməti əhalinin sosial imkanları nəzərə alınaraq formalaşdırılır EKSPERT FİKRİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"İctimai nəqliyyat, o cümlədən Bakı Metropoliteni fəaliyyətini daimi olaraq dotasiyalar hesabına davam etdirir. Başqa sözlə desək, metropoliten öz gəlirləri ilə tam maliyyələşməni təmin etmək imkanına malik deyil və fəaliyyətinin davamlılığı üçün dövlət dəstəyinə ehtiyac duyur. Bu, əsasən nəqliyyat xidmətlərinin tariflərinin aşağı səviyyədə saxlanılması ilə bağlıdır". Bu sözləri SİA-ya açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Yasin Mustafayev deyib.

Onun sözlərinə görə, qeyd etmək lazımdır ki, bir çox inkişaf etmiş ölkələrin böyük şəhərlərində metro sistemlərinin gediş haqları daha yüksəkdir: "Bu isə həmin sistemlərin maliyyə dayanıqlığını təmin etməyə və xidmət keyfiyyətini yüksəltməyə imkan yaradır. Bakı Metropoliteninin qiymət siyasəti isə əhalinin sosial imkanları nəzərə alınaraq formalaşdırıldığı üçün kommersiya baxımından sərfəli deyil və nəticə etibarilə büdcə vəsaitləri ilə dəstəklənməsini zəruri edir.

Qiymət artımına dair yanaşmamız ondan ibarətdir ki, bu addım sosial cəhətdən həssas əhali qrupları – xüsusilə az təminatlı ailələr və aşağı məvacib alan şəxslər üçün mənfi təsirlər doğura bilər. Bu səbəbdən, tariflərin artırılması prinsip etibarilə məqsədəuyğun hesab edilməsə də, belə bir artımın məhdud həcmdə tətbiqi Bakı Metropoliteninin fəaliyyətinin maliyyə sabitliyinə müəyyən müsbət təsir göstərə bilər. Artım nəticəsində yaranan əlavə vəsait, infrastrukturun saxlanılması, təhlükəsizlik və xidmət keyfiyyətinin yaxşılaşdırılması üçün istifadə oluna bilər.

Tarif artımının ümumi ictimai nəqliyyat sisteminə təsiri isə məhdud olacaq. Mövcud artım ciddi səviyyədə olmadığı üçün sərnişin davranışında əhəmiyyətli dəyişikliklər gözlənilmir. Yəni, sərnişinlərin metronu tərk edərək avtobus və ya fərdi avtomobil kimi digər nəqliyyat vasitələrinə keçməsi ehtimalı aşağıdır"- deyə ekspert bildirib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://sia.az
archiveBu xəbər 13 İyun 2025 16:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri