Icma.az
close
up
RU
Əhalinin böyük sosial qruplarının gəlirlərinin müəyyən həddə artması müşahidə olunur EKSPERT FİKRİ

Əhalinin böyük sosial qruplarının gəlirlərinin müəyyən həddə artması müşahidə olunur EKSPERT FİKRİ

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

"Əhalinin böyük sosial qruplarının gəlirlərinin müəyyən həddə artması müşahidə olunur". Bu sözləri SİA-ya açıqlamasında iqtisadçı ekspert Rəşad Həsənov deyib.

Onun sözlərinə görə, son açıqlamalara əsasən, minimum əməkhaqqının artırılması dövlət sektorunda təxminən 500 min, özəl sektorda isə 400 minə yaxın şəxsin əməkhaqqının birbaşa və ya dolayı şəkildə artmasına səbəb olmuşdur: "Təbii ki, bu qərarın tətbiqi zamanı büdcə təşkilatlarında çalışan şəxslərin vəzifə cədvəllərinə uyğun olaraq əməkhaqqının müəyyən olunması metodologiyası da nəzərə alınmışdır.

Başqa sözlə, bu addım əhalinin aşağı gəlirli təbəqələrinin gəlir səviyyəsinin yüksəlməsinə və xüsusilə zəruri tələbat malları, gündəlik istehlak məhsulları və qida məhsullarına olan tələbin artmasına gətirib çıxarır. Beləliklə, daxili tələbin artması iqtisadi aktivliyi stimullaşdırır və istehlak bazarında canlanmanı təmin etməklə, ümumilikdə iqtisadi inkişaf tendensiyalarını dəstəkləyən mühüm amillərdən birinə çevrilir".

Ekspert qeyd edib ki, qiymət artımları ilə bağlı müəyyən təzyiqlər formalaşsa da, hökumət bu istiqamətdə müvafiq alternativ alətlərdən istifadə etməklə bu təzyiqləri tam və ya qismən aradan qaldırmağa çalışır: "Əhalinin gəlir səviyyəsinin yüksəlməsi və əməkhaqqı fondunun artması istehsal və xidmət sektorunda məhsulun maya dəyərinə təsir göstərir. Bu isə öz növbəsində qiymətlərin müəyyən səviyyədə artmasına səbəb olan əlavə iqtisadi təzyiqlər yaradır.

Lakin hökumət iqtisadi proseslərə müdaxilə etməklə və konkret siyasət alətlərini tətbiq etməklə bu təzyiqlərin mənfi təsirini yumşaltmağa çalışır. Belə ki, iqtisadi mühitin liberallaşdırılması, bazara çıxış imkanlarının sadələşdirilməsi, sahibkarlığın təşviqi, rəqabət mühitinin gücləndirilməsi və iqtisadi təşviq mexanizmlərinin genişləndirilməsi vasitəsilə istehlak bazarında təklifin artırılması hədəflənir. Bu isə həm qiymətlərin süni şəkildə artmasının qarşısının alınması, həm də maya dəyərinin sabit saxlanması baxımından mühüm rol oynayır".

İqtisadçı həmçinin əlavə edib ki, minimum əməkhaqqının artırılması, eyni zamanda, ölkədə orta aylıq əməkhaqqının və ümumi əməkhaqqı fondunun artımı istiqamətində müəyyən çağırışlar yaradır: "Belə ki, minimum əməkhaqqının yüksəldilməsi əmək bazarında digər əməkhaqqı səviyyələrinin də tədricən artırılmasına dair iqtisadi əsaslar formalaşdırır. Bu isə orta və uzunmüddətli dövrdə əmək bazarında balansın saxlanılması və sosial bərabərliyin təmin edilməsi baxımından vacibdir.

Əlavə olaraq, minimum əməkhaqqı ilə bağlı qəbul edilən qərar əmək bazarında əməkhaqqı səviyyəsinin müəyyən olunması sahəsində məcburi xarakter daşıyan yeganə normativ qərardır. Xüsusilə, bu qərar yalnız dövlət sektorunu deyil, eyni zamanda özəl sektoru da əhatə edir. Beləliklə, minimum əməkhaqqının yüksəldilməsi nəticəsində özəl sektorda bu həddə maaş alan işçilərin də əməkhaqqılarının artırılması zərurəti yaranır. Bu proses həm də əmək bazarında ümumi əməkhaqqı dinamikasına təsir göstərərək, iqtisadi aktivliyin və sosial rifahın yüksəldilməsinə xidmət edir".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:106
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 İyun 2025 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see278

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see152

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see142

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see132

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri