Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

YAP 33 il Xalqın inam və etimad ünvanı

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

Ukraynalı deputat Trampın sülh planını açıqladı

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

Forbes: Azərbaycan ABŞ ın strateji tərəfdaşına çevrilir

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

“Bu gün məktəblərdə müəllimin oturmağa yeri yoxdur” VİDEO

Latviya Respublikasının elan olunmasının 107 ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul keçirilib

Bakı Moskva arasında mühüm dinamika 7 ayda...

Bakı Moskva arasında mühüm dinamika 7 ayda...

Icma.az xəbər verir, Olke.az saytına əsaslanaraq.

Azərbaycan-Rusiya münasibətlərinin gərginləşməsinə baxmayaraq, şimal qonşumuz ticarət dövriyyəmizdə 4-cü yerdən 3-cü yerə qalxıb; Natiq Cəfərli: “Qarşı tərəf günahın özündə olduğunu anlayır”

2025-ci ilin yanvar-iyul aylarında Azərbaycanın ticarət dövriyyəsində Rusiya üçüncü olub. 2024-cü ilin eyni dövründə isə Rusiya dördüncü yerdə idi. Bu barədə Azərbaycan Dövlət Gömrük Komitəsinin (DGK) məlumatında deyilir.
Belə ki, 2025-ci ilin yeddi ayı ərzində Rusiya Federasiyası ilə ticarət dövriyyəsi nominal olaraq 3,07 milyard ABŞ dolları (2024-cü ilin yanvar-iyul aylarında 2,57 milyard ABŞ dolları) təşkil edib. DGK Azərbaycanın Rusiya Federasiyasından aldığı mallar barədə ayrıca məlumat verməyib, lakin aydın təsəvvür var ki, hansı Azərbaycan məhsulları Rusiyaya tədarükdə lider olub. Bunlar qeyri-neft sektorun aid məhsullar, yəni meyvə-tərəvəzdir. Bildirilir ki, 7 ay ərzində Rusiya Federasiyasına qeyri-neft məhsullarının ixracı 2024-cü ilin eyni dövründəki 641,09 milyon dollara qarşı 716,63 milyon dollar olub. Komitənin məlumatına görə, 2025-ci ilin yanvar-iyul aylarında Azərbaycan müxtəlif ölkələrə ümumilikdə 506,406 milyon ABŞ dolları (qeyri-neft məhsullarının ümumi ixracının 24,25%-i) dəyərində 490,61 min ton meyvə-tərəvəz ixrac edib.
Hazırda ümumi ticarət dövriyyəsində 1-ci yerdə Azərbaycan neftini və qazını alan İtaliyadır. Türkiyə ikinci yerdədir: Ankara Azərbaycandan karbohidrogenlər və gübrələr də alır. Ona görə də xarici ticarət dövriyyəsi balansında ikinci yerdədir.
Məlumdur ki, ötən 6 aylıq dövr bəlli səbəbdən Bakı-Moskva münasibətlərinin kəskin pisləşməsi ilə yadda qalıb. Amma Rusiya xarici ticarət dövriyyəmizdə 4-cü yerdən 3-cü yerə qalxıb. O zaman müsbət dinamikanı necə izah etmək olar? Gözləntilər nədir?
Rusiya baş nazirinin müavini Aleksey Overçuk bu ilin iyul ayında “Rossiya-1" telekanalına bildirib ki, Rusiya və Azərbaycan iqtisadi əlaqələri inkişaf etdirir və dəstəkləyir, heç kim onları pozmaqda maraqlı deyil: ”Ümumiyyətlə, Azərbaycanla iqtisadi əlaqələrimiz inkişaf edir və bu əlaqələr dəstəklənir, heç kim onları pozmaqda maraqlı deyil", - o qeyd edib.
Yeri gəlmişkən, avqustun 22-də Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə hökumətlərarası Dövlət Komissiyasının iclası keçiriləcək. İclas Həştərxanda baş tutacaq. Komissiyanın iclasında iqtisadi sahədə bir sıra sənədlərin imzalanması gözlənilir.
Qeyd etmək yerinə düşər ki, Azərbaycanın iqtisadiyyatında xarici ticarət mühüm yer tutur. Son illərdə ölkənin həm neft-qaz, həm də qeyri-neft sektorları üzrə ticarət əlaqələri genişlənib. 2023-cü ildə Azərbaycanın ümumi xarici ticarət dövriyyəsi 51,1 milyard ABŞ dolları təşkil edib. Bu rəqəm əvvəlki illə müqayisədə bir qədər azalsa da, müsbət ticarət saldosu qorunub - 16,6 milyard dollar ixracın üstünlüyünü göstərib. 2024-cü ilin ilk səkkiz ayında isə ticarət dövriyyəsi 30,2 milyard dollar olub. Bu dövrdə ixrac 17,45 milyard dollar, idxal isə 12,76 milyard dollar təşkil edib. Nəticədə, müsbət ticarət saldosu 4,68 milyard dollara çatıb.

Natiq Cəfərli 
Ölkə.Az xəbər verir ki, iqtisadçı Natiq Cəfərli “Yeni Müsavat”a deyib ki, ticarət və iqtisadi əlaqələr hər zaman siyasi konyunkturadan kənarda qalır. “Görünən odur ki, Rusiya münasibətlərin pisləşməsinin özündən qaynaqlandığını anlayır və bunu qəbul edir. Onsuz da bu gərginlik Azərbaycanın deyil, Rusiyanın yaratdığı problemlərdən irəli gəlir. Bu səbəbdən, Rusiya ticarət əlaqələrinin zəifləməsində maraqlı deyil. Çünki Rusiya üçün xarici bazarlar onsuz da məhduddur. Mövcud sanksiyalar səbəbindən mallarını satmaqda çətinlik çəkir. Azərbaycan isə Rusiya üçün bir növ ‘premium’ bazardır - yəni burada məhsullarını daha baha qiymətə sata bilir.
Əgər Rusiya Azərbaycandan kənd təsərrüfatı məhsulları almasaydı, öz daxili bazarında boşluq yaranardı. Məhz bu səbəbdən, son dövrlərdə iki ölkə arasında gərginlik olsa da, Azərbaycandan gələn kənd təsərrüfatı məhsullarında əvvəllər olduğu kimi kütləvi şəkildə qurd, xəstəlik aşkarlanmadı. Sadəcə cüzi miqdarda - məsələn, 40 ton kartof, bir neçə ton pomidor məhsulunda oldu. Amma ümumilikdə digər məhsulların Rusiya bazarına daxil olmasına ciddi maneə yaradılmadı. Bu da onu göstərir ki, Rusiya kənd təsərrüfatı məhsullarına görə Azərbaycandan asılıdır.
Üstəlik, Rusiya sanksiyalar altındadır və mövcud ticarət əlaqələri onun üçün böyük əhəmiyyət daşıyır. Əgər Rusiya ötən il Azərbaycana 3 milyard dollardan artıq mal satıbsa, bu, Azərbaycanın Rusiya üçün əhəmiyyətli - yəni “premium” bazar olduğunu göstərir. Bu bazarı itirmək istəməz. Mənə elə gəlir ki, Rusiya ilə Azərbaycan arasında münasibətlərə ticarət prizmasından baxdıqda görünən odur: vəziyyətin normallaşması üçün hər iki tərəfin müəyyən addımlar atması ehtimalı yüksəkdir".


Mövzu ilə bağlı iqtisadçı Eldəniz Əmirovun də fikirləri diqqət çəkir: “Biz ötən il Rusiyaya cəmi 1,2 milyard dollarlıq məhsul ixrac edib, qarşılığında Rusiyadan 3,6 milyard dollarlıq məhsul idxal etmişik. Nəticədə Azərbaycan üçün Rusiya ilə ticarətdə 2,4 milyard dollarlıq mənfi saldo yaranıb. Yəni Rusiya bu münasibətlərdən 2,4 milyard dollarlıq müsbət saldo əldə edib.
2025-ci ilin ilk 6 ayının rəqəmləri də göstərir ki, vəziyyət dəyişmir. İxracımız cəmi 6,1% artaraq 590 milyon dollara çatdığı halda, Rusiyadan idxalımız təxminən 20% artıb və 2 milyard dollara yaxınlaşıb. Yəni hər il, hər hesabat dövründə mənzərə eynidir. Azərbaycanla ticarət dövriyyəsindən daha çox qazanan tərəf daim Rusiya olur.
Niyə Donald Trump ticarət dövriyyəsində müsbət saldo əldə etdiyi ölkələrə sevgi göstərir, mənfi saldosu olan ölkələrə tarif tətbiq edir? Çünki, o bilir ki, müsbət ticarət saldosu olan ölkələr “çörək verən” ölkədir. Bəli, Azərbaycan Rusiya üçün “çörək verən” ölkədir. Yəni ümumi ticarətin 80%-i Rusiyanın xeyrinə işləyir.
Zamanla bu təhdidlərin artmaması və risklərin minimumlaşdırılması üçün prosesə baxışın ciddi dəyişməsinə ehtiyac vardır. Asan proses olmasa da, amma alternativ bazarların və yeni istiqamətlərin təhlili, yeni mexanizmlərin tətbiqi, pilot ixrac layihələrin icrası mümkündür. Bu yolla Azərbaycan özünü daha dayanıqlı və müstəqil iqtisadi modelə aparacaq. Onsuz da əsl inkişaf və tərəqqi problem və çətinlikdən doğur. Bundan qorxmaq lazım deyil".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:110
embedMənbə:https://olke.az
archiveBu xəbər 23 Avqust 2025 21:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see232

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see224

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see218

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see198

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see188

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see170

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see147

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see140

YAP 33 il Xalqın inam və etimad ünvanı

20 Noyabr 2025 21:04see129

“Müəllimimizin oturmağa yeri belə yoxdur”

21 Noyabr 2025 03:12see129

Ukraynalı deputat Trampın sülh planını açıqladı

21 Noyabr 2025 01:17see127

Tramp: Ukrayna ABŞ ın sülh planını noyabrın 27 nə qədər qəbul etməlidir

21 Noyabr 2025 20:29see126

“Miss Universe 2025” qalmaqallarla yadda qaldı

21 Noyabr 2025 13:15see126

Azərbaycan futbolunda kuryoz hadisə Futbolçu meydandan çıxmadı FOTO/VİDEO

21 Noyabr 2025 15:13see125

Evində işlətdiyi şəhid xanımın adına texnika alıbmış SOCAR AQS İŞİNDƏ ADI KEÇƏN RAFİQ İSAYEV MƏSULİYYƏTDƏN NECƏ YAYINIB?

21 Noyabr 2025 15:07see125

Ramiz Mehdiyevlə Rəqsanəni birləşdirən məqam Axtarılan cavab gəldi

21 Noyabr 2025 16:16see124

Forbes: Azərbaycan ABŞ ın strateji tərəfdaşına çevrilir

20 Noyabr 2025 21:34see123

Sığınacaqda dünyasını dəyişən uşaq: Məsuliyyəti kim daşıyır? Hüquqi MÜZAKİRƏ

21 Noyabr 2025 23:40see123

“Bu gün məktəblərdə müəllimin oturmağa yeri yoxdur” VİDEO

21 Noyabr 2025 00:55see122

Latviya Respublikasının elan olunmasının 107 ci ildönümü münasibətilə Bakıda rəsmi qəbul keçirilib

20 Noyabr 2025 21:47see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri