Icma.az
close
up
RU
Bakı Moskva münasibətlərində yeni etimad mərhələsi

Bakı Moskva münasibətlərində yeni etimad mərhələsi

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

“Rusiya tərəfinin 2024-cü il 25 dekabr tarixində Aktau yaxınlığında baş vermiş AZAL təyyarə qəzası ilə bağlı Azərbaycana kompensasiya ödəməsi barədə əldə olunan razılaşma, təkcə bir aviasiya insidentinin hüquqi nəticəsi deyil, həm də müasir beynəlxalq münasibətlər sistemində dövlət məsuliyyəti, siyasi iradə və diplomatik peşəkarlığın mühüm nümunəsidir. Azərbaycan və Rusiya xarici işlər nazirliklərinin birgə bəyanatında bu addımın 2025-ci ilin oktyabrında Düşənbədə prezidentlər səviyyəsində əldə olunmuş anlaşmanın məntiqi davamı olduğu xüsusi vurğulanır. 

Bu razılaşma göstərdi ki, ən həssas və emosional xarakter daşıyan faciələr belə, siyasi məsuliyyət, beynəlxalq hüquqa hörmət və dövlətlərarası dialoq vasitəsilə ədalətli həllini tapa bilir”.

Bunu Ölkə.az-a açıqlamasında Milli Məclisin deputatı Kamran Bayramov deyib.

Deputat bildirib ki, müasir dövrdə mülki aviasiya təhlükəsizliyi beynəlxalq hüququn ən həssas və strateji istiqamətlərindən biridir: “Xüsusən də dövlətlərin hava məkanında baş verən insidentlər zamanı məsuliyyətin tanınması, kompensasiyanın ödənilməsi və hadisənin şəffaf araşdırılması yalnız ikitərəfli məsələ deyil, qlobal təhlükəsizlik arxitekturasının mühüm elementi sayılır.

AZAL təyyarəsinin Rusiyanın hava məkanında qəzaya uğraması faktının birgə bəyanatda təsbit olunması mühüm siyasi-hüquqi əhəmiyyət daşıyır. Bu, dövlət məsuliyyətinin faktiki qəbul edilməsi və gələcəkdə oxşar halların qarşısının alınması üçün yeni institusional mexanizmlərin formalaşdırılmasına zəmin yaradır. 

Burada əsas məsələ yalnız maliyyə kompensasiyası deyil. Əsas strateji hədəf hava məkanında təhlükəsizlik protokollarının yenilənməsi, koordinasiya mexanizmlərinin gücləndirilməsi və mülki uçuşların hərbi risklərdən qorunmasıdır”.

O əlavə edib ki, Azərbaycan dövləti faciənin ilk anlarından məsələyə son dərəcə prinsipial yanaşma nümayiş etdirdi: “Rəsmi Bakı prosesi sırf texniki qəza kimi deyil, həm də dövlətin öz vətəndaşlarının hüquqlarını qorumaq məsuliyyəti kimi dəyərləndirdi. Məhz bu ardıcıl siyasi xətt nəticəsində Azərbaycan beynəlxalq hüquqa əsaslanan sistemli diplomatik fəaliyyət həyata keçirdi, məsələni emosional ritorikadan uzaq, hüquqi və siyasi mexanizmlərlə idarə etdi.
Prezident Ilham Aliyev səviyyəsində məsələnin birbaşa nəzarətdə saxlanılması Azərbaycanın dövlət idarəçiliyində çeviklik və məsuliyyət modelini ortaya qoydu. Bu yanaşma nəticəsində təqsirli tərəfin məsuliyyəti hüquqi və siyasi müstəvidə qəbul edildi. 

Azərbaycan və Rusiya qonşu dövlətlərdir və hər iki tərəf üçün əməkdaşlığın dərinləşməsi milli maraqlara cavab verir. Bugünkü qlobal və regional geosiyasi proseslər — enerji təhlükəsizliyi, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri, Cənubi Qafqazın təhlükəsizlik gündəliyi, Xəzər hövzəsində əməkdaşlıq və Yaxın Şərqdə gərginlik- Bakı ilə Moskva arasında dialoqu daha da zəruri edir.

AZAL faciəsi üzrə razılığın əldə olunması da göstərdi ki, tərəflər ən mürəkkəb və emosional məsələləri belə strateji münasibətlərə zərbə vurmadan həll etməyə qadirdirlər.
Nəticə etibarı ilə ikitərəfli etimad mexanizmi qorunur, regional təhlükəsizlikdə koordinasiya güclənir, nəqliyyat və enerji layihələrinin siyasi zəmanəti artır, Cənubi Qafqazda sabitlik üçün əlavə diplomatik kanal möhkəmlənir. 

Azərbaycanın bütün qonşularla, xüsusən Rusiya ilə münasibətlərdə mehriban qonşuluq və qarşılıqlı hörmət siyasətinə sadiqliyi burada bir daha öz təsdiqini tapır.

Bu, həm də Azərbaycanın dövlətçilik modelinin, diplomatik çevikliyinin və milli maraqları müdafiə etmək bacarığının real göstəricisidir. Əldə olunan nəticə sübut edir ki, güclü siyasi iradə, beynəlxalq hüquqa sadiqlik, prinsipial diplomatiya, strateji qonşuluq siyasəti  bir araya gəldikdə ən mürəkkəb problemlər belə ədalətli və qarşılıqlı məqbul şəkildə həll olunur.
Bu razılaşma həm də onu göstərir ki, Azərbaycan regional siyasətdə emosional deyil, rasional və nəticəyönümlü yanaşma sərgiləyən güclü aktordur. Məhz bu xətt ölkənin beynəlxalq nüfuzunu daha da artırır və gələcəkdə oxşar mürəkkəb proseslərdə Bakının diplomatik mövqelərini gücləndirir”.

Mürtəza

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://olke.az
archiveBu xəbər 15 Aprel 2026 17:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see484

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see372

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see326

“Real” və “Barsa” oyunçularına “El Klasiko” üçün xüsusi butslar hazırlanıb FOTO

26 Oktyabr 2026 00:50see307

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see293

Bu ölkədə 21 günlük karantin elan edildi

26 Oktyabr 2026 01:51see270

Yeni arenada qolsuz siftə

26 Oktyabr 2026 11:15see261

Tramp: İranı məhv etmək və ya razılaşma əldə etmək arasında seçim etməliyəm

26 Oktyabr 2026 03:19see251

Fransada nüvə elementi oğurlandı

26 Oktyabr 2026 03:12see241

Tullantıdan ev tikdilər: Köhnə cins şalvarlar və 20 min diş fırçası istifadə olundu

26 Oktyabr 2026 00:32see235

Ermənistanın geosiyasi xaosu BAXIŞ BUCAĞI

26 Oktyabr 2026 16:11see231

Ebola virusunun Bundibuqyo ştammı diplomatın ailəsində aşkarlandı

26 Oktyabr 2026 02:41see227

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see222

Prezidentin Şeyxa Əl Nuveysi ilə görüşündən VİDEOÇARX

26 Oktyabr 2026 19:31see215

TƏBİB in Səhiyyə Nazirliyinə birləşməsi prosesi nə vaxt başa çatır?

26 Oktyabr 2026 14:31see213

Tibbi Xidmət İdarəsinin nümayəndəsi II HepatoGastro Beynəlxalq Forumunda moderator və məruzəçi qismində iştirak edib

26 Oktyabr 2026 11:30see206

Onkologiyada hipertermiya: Yeni metodun əhəmiyyəti nədir?

26 Oktyabr 2026 12:39see203

Vatican News un erməni dezinformasiyasına yer verməsi müzakirə edilib

26 Oktyabr 2026 21:17see200

Dövlət Su Ehtiyatları Agentliyinin 955 çağrı mərkəzinin adı var, özü yox!.. Yasamalda saatlardır su gəlmir!..

26 Oktyabr 2026 21:33see186

Qumralın ailəvi görüntüləri diqqət çəkdi (Video)

26 Oktyabr 2026 17:17see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri