Icma.az
close
up
RU
Bakı sakinlərini cana yığan su problemi: ADSEA ya ayrılan milyonlar vəziyyəti düzəltmədi...(VİDEO)

Bakı sakinlərini cana yığan su problemi: ADSEA ya ayrılan milyonlar vəziyyəti düzəltmədi...(VİDEO)

Icma.az, Sitat.info saytına istinadən bildirir.

Son vaxtlar Bakının müxtəlif qəsəbələrində mənzillərin su ilə təminatında fasilələrin yaranması, günlərlə suyun kəsilməsi adi hala çevrilib. Xüsusən də bir neçə il öncə yaşayış binalarında   mənzillərdən su çənlərinin götürülməsi problemi daha da dərinləşdirib. Yay aylarında suyun fasilələrlə verilməsi və suyun günlərlə kəsilməsi sosial şəbəkələrdə şikayətlərin artmasına səbəb olub. Görünən mənzərə odur ki, paytaxty Bakıda və Bakıətrafı qəsəbələrdə su təminatı müsbət yox, mənfi istiqamətdə inkişaf edib. 

Sitat.info xəbər verir ki, məsələ ilə bağlı iqtisadçı ekspert Natiq Cəfərli də münasibət bildirib. 

O qeyd edib ki, hazırda Bakı şəhərinin içməli su ilə təminatı həyata keçirilmir: "2018-ci ilin aprel ayında, Nazirlər Kabinetinin iclasında dedilər ki, Bakı şəhərinin 80%-i sutkada 24 saat su ilə təmin edilib, yaxın 2-3 ildə bu rəqəm 100% olacaq. 2025-ci ilin iyul ayıdır və  bu bəyanatdan 7 il keçib. Mətbuatda və sosial şəbəkələrdə yayılan məlumlara görə, Bakının bəzi rayonlarında və ətraf qəsəbələrdə günlərlə su gəlmir, ən yaxşı halda sutkada 2 saat su təminatı olur. O zamankı adı ilə "Azərsu"-ya tapşırıq verilmişdi ki, Bakının su təminatı 100%-ə çatsın, onlar da gedib özlərinə 250 mln. manata yeni bina tikdilər. Özü də, binaya heç köçə bilmirlər, yəqin binada su gəlmir, yoxsa köçərdilər. Tapşırıqları, qərarları yerinə yetirməyən məmurlar niyə cəza almırlar? İndi Bakıda 38-39 dərəcə isti olur, bu istidə camaat susuz nə etsin?!".

Qeyd edək ki, Bakıda ən ciddi su problemi Binə qəsəbəsindədir. Binənin bir çox ərazilərinə hətta su xətti belə çəkilməyib və insanlar su maşınları ilə su alırlar. Hər ailə aylıq 100-150 manatdan artıq vəsaiti içməli təminatını ödəmək üçün xərcləyir. İmkansız ailələr çıxış yolunu həyətyanı sahəsində quyu qazmaqda görür. Ərazidə quyu suları duzlu olduğundan istifadə üçün yararsızdır. Lakin çarəsizlikdən insanlar həmin şor sudan istifadə edirlər.

Qeyd edək ki, "Azərsu" ASC-yə Bakı şəhəri üzrə su təchizatı və kanalizasiya sisteminin bir hissəsinin yenidən qurulması üçün  51 milyon manat vəsait ayrılıb. 

Bu işlərin görülməsi üçün 51 505 076 manatlıq tenderin qalibi “Arko Təmir Tikinti Şirkəti” MMC olub. Lakin bu günə qədər su təchizatında irəliləyiş əvəzinə geriləmə olması ayrılan 51 milyonun taleyi ilə bağlı suallar yaradır. 

Nərgiz Liftiyeva,

Sitat.info                                                                            

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:58
embedMənbə:https://sitat.info
archiveBu xəbər 24 İyul 2025 15:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see277

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see260

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see245

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see241

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see226

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see221

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see216

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see203

4 4 lük gecədən geriyə qalanlar... Fotolar

22 Yanvar 2026 00:26see193

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see192

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see182

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see179

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see171

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see168

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see166

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see154

Təkcə işini görmürdü... Video

22 Yanvar 2026 04:08see154

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see149

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see148

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see148
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri