Icma.az
close
up
RU
Bakı səmasında Orionid meteor yağışı nədən yaranır? VİDEO

Bakı səmasında Orionid meteor yağışı nədən yaranır? VİDEO

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Ötən gecə Bakı sakinləri nadir və heyrətamiz bir astronomik hadisənin – Orionid meteor yağışının şahidi olublar.

Globalinfo.az oxu.az-a istinadən xəbər verir ki, sosial şəbəkələrdə yayılan videogörüntülərdə gecə saatlarında paytaxt səmasında onlarla meteorun yaratdığı möhtəşəm mənzərə əks olunub.

Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, professor Nəriman İsmayılov bildirib ki, meteor yağışları kosmik qəlpələrin atmosferə daxil olaraq alışıb-yanması nəticəsində baş verən təbii hadisədir.

“İl ərzində səmada hansı bürcün görünməsindən asılı olaraq, müəyyən istiqamətlərdə meteor selləri müşahidə olunur. Kənd yerlərində, hündür dağların başında adi gözlə də bu prosesi aydın müşahidə etmək mümkündür.

Ötən gün müşahidə olunan meteor seli Orionidlər ailəsinə aiddir. Orionidlər Orion bürcündən gələn və mənşəyi, əsasən, Halley kometinin qalıqları olan meteorlardır.

Kometdən qopub ayrılan müxtəlif daş qəlpələri, buz qəlpələri sürətlə, hətta mən deyərdim ki, meteorlar içərisində ən böyük sürətlə, saniyədə 66 km-ə qədər çatır onların sürəti, gəlir və gecə səmasında Yer atmosferinə daxil olur. Nəticədə atmosferdə alışır və məhv olur. Bəzi iri daşlar isə Yerə gəlib çata bilir. Bunlar Yer səthində balaca kraterlər yaradır və hətta yerin çox dərin qatlarına doğru bata bilər.

İl ərzində, bundan başqa, müxtəlif bürclərdən gələn perseidlər, drakonidlər kimi meteor selləri var ki, onların hamısının təbiəti eynidir.

Sürətləri böyük olduğu üçün onları bəzən görməmək də mümkündür”, – deyə professor vurğulayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:187
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 11 Noyabr 2024 14:14 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri