Bakı Tbilisi Bakı marşrutu üzrə qatar reysləri fəaliyyətə başlaya bilər Kobaxidze TƏSDİQLƏDİ
Icma.az, Bizim media-ə istinadən məlumat verir Bakı Tbilisi Bakı marşrutu üzrə qatar reysləri fəaliyyətə başlaya bilər Kobaxidze TƏSDİQLƏDİ.
“Azərbaycan səfəri çərçivəsində biz bu mövzuda Prezident İlham Əliyevlə Bakı-Tbilisi-Bakı sərnişin qatarının fəaliyyətinin bərpası ilə bağlı müzakirə apardıq. Ölkəmizə göstərdiyi diqqətə görə ona şəxsən təşəkkür etmək istəyirəm. Təbii ki, ölkələrimiz arasında yüksək mobilliyin olması prinsipial əhəmiyyət daşıyır”.
Bizim.Media xəbər verir ki, bunu Dubayda jurnalistlərə açıqlamasında Gürcüstanın Baş naziri İrakli Kobaxidze deyib.
“Ölkələrimiz arasında daha çox insanın səyahət etməsi çox vacibdir, çünki bu, xalqlarımız arasında ənənəvi dostluğu daha da möhkəmləndirəcək” – deyə Kobaxidze bildirib.
Bizim.Media
![see](https://icma.az/template/assets/label.png)
![see](https://icma.az/template/assets/see.png)