Icma.az
close
up
RU
Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı Azərbaycanlılar üçün çətin vəziyyət

Bakı təklifi üç dəfə rədd etdi, Kreml prosesi başlatdı Azərbaycanlılar üçün çətin vəziyyət

GlobalInfo saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ukrayna müharibəsinin yaratdığı geosiyasi qeyri-müəyyənlik fonunda Azərbaycan-Rusiya münasibətlərində yeni soyuqluq əlamətləri müşahidə edilir. Rəsmi Bakının bu il Moskvada keçirilən 9 May – Faşizm üzərində Qələbənin 80 illik yubileyinə həsr olunan paradda dövlət başçısı səviyyəsində təmsil olunmaması Kremldə narazılıq doğurub.

Hələlik rəsmi səviyyədə sərt reaksiya verilməsə də, rusiyalı aparıcılar, sosial media fenomenləri və bəzi politoloqlar Azərbaycan əleyhinə kampaniyaya başlayıblar. Bəzi ekspertlərin fikrincə, Moskva bu istiqamətdə ənənəvi təzyiq alətlərindən – informasiya hücumları, regiondakı separatçı təsirlər və ya iqtisadi rıçaqlardan istifadə edə bilər.

Diqqəti Ukrayna cəbhəsində olan Kremlin Bakıya qarşı daha genişmiqyaslı təzyiqlərə əl atması gözləniləndirmi? Moskva bunun üçün hansı resurslara malikdir?

Globalinfo.az-a danışan siyasi şərhçi Mütəllim Rəhimli bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyev Moskvada keçirilən parada üç dəfə təkidli şəkildə dəvət olunub:

“Sonuncu dəfə Rus Pravoslav Kilsəsinin Patriarxı II Kirill Bakıya gələrək Prezident İlham Əliyevin paradda iştirakını şəxsən xahiş etdi. Bu dəvət Moskva üçün həm siyasi, həm də mənəvi-psixoloji əhəmiyyət daşıyırdı. Dövlət başçısının paradı boykot etməsi Moskvada ciddi narahatlıq doğurub. Əgər belə olmasaydı, Rusiya mediası Azərbaycan əleyhinə bu qədər kəskin kampaniya aparmazdı. Bu faktın özü göstərir ki, Prezident İlham Əliyev doğru və prinsipial qərar verib. Çünki Moskva ölkəmizə qarşı həqiqətən səmimi münasibət bəsləmir. Bakını “strateji tərəfdaş” adlandırsa da, əməldə münasibətlərdə yuxarıdan aşağı yanaşmanı hər addımda hiss etdirir.

Rusiya ötən il dekabrın 25-də Qroznı yaxınlığında AZAL-a məxsus təyyarənin vurulmasına görə bu günə kimi rəsmi səviyyədə üzr isyəməyib. Son zamanlar o ölkədə yaşayan azərbaycanlılara qarşı da radikal davranışlar sərgilənir. Azərbaycan öz müstəqil mövqeyini ortaya qoyduqda isə Rusiya bütün informasiya resurslarını səfərbər edərək qarayaxma kampaniyasına start verir. Moskva anlamalıdır ki, Azərbaycan keçmiş SSRİ-nin müttəfiq respublikası deyil, tam müstəqil dövlətdir və öz yolunu özü müəyyən edir”.


Mütəllim Rəhimli

Ekspert vurğulayıb ki, Rusiya tarixən onunla hesablaşmaq istəməyən ölkələrə qarşı təxribatlar, sui-qəsdlər və terror aktları təşkil etməklə tanınır:

“Lakin indiki mərhələdə bu cür addımlar Azərbaycan üçün keçərli deyil. Bakının rəsmi mövqeyi bəllidir: çətinlik qarşısında geri çəkilmir, əksinə adekvat cavab verir. Rusiya bunu yaxşı anlayır. Ukrayna müharibəsinin davam etdiyi bir vaxtda Moskvanın cənub sərhəddində – Cənubi Qafqazda yeni bir gərginliyi idarə etməyə nə hərbi, nə də siyasi resursu qalıb. Əgər Rusiya daha sərt addımlar atarsa, bunun nəticəsində Azərbaycanı tamamilə itirə bilər. Ona görə də, təzyiqlər daha çox informasiya sahəsində və Rusiyada yaşayan azərbaycanlılara qarşı ayrı-seçkilik formasında özünü göstərəcək. Ancaq Moskva daha irəli getmək fikrinə düşərsə, bu, onun üçün qazancdan çox itkiyə səbəb olacaq.”

Turan Rzayev
Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:191
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 13 May 2025 03:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see320

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see279

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see273

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see260

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see255

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see253

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see244

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see244

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see240

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see222

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see219

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see217

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see213

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see208

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see208

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see202

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see202

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see195

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see184

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri