Icma.az
close
up
RU
Bakı Ürək Günləri Sovet dövründə Kardioloji İnstitut yaratmaq heç də asan deyildi, Heydər Əliyev bunu etdi

Bakı Ürək Günləri Sovet dövründə Kardioloji İnstitut yaratmaq heç də asan deyildi, Heydər Əliyev bunu etdi

Bizimyol saytına istinadən Icma.az xəbər verir.

Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyəti (AÜDCC) 16-18 may 2025-ci il tarixlərdə Ümummilli Lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresini təşkil edib.

Tədbirin rəsmi media tərəfdaşı Bizimyol.info xəbər verir ki, Konqresin keçirilməsində əsas məqsəd Azərbaycanda kardiologiyanın və ürək-damar cərrahiyyəsinin inkişafına töhfə vermək, əcnəbi mütəxəssislərlə birgə fikir mübadiləsi aparmaq və tibb elminin bu sahədəki son yeniliklərini müzakirə etməkdir.

3 gün davam edəcək tədbirdə 400-ə yaxın yerli və əcnəbi kardioloq və kardiocərrah iştirak edəcək. Konqresdə ürək-damar xəstəlikləri və onların müalicəsindəki ən aktual məsələlər müzakirə olunacaq.

Konqresin ikinci günü - 17 may tarixində Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov çıxış edib. Sədr tədbir iştirakçılarını salamlayıb və tədbirdə iştirakdan məmnun olduğunu bildirib.

“Səhiyyə sahəsində olan uğurlar barədə kifayət qədər bəhs edildi. “Bakı Ürək Günləri” 9-cu Beynəlxalq Konqresin Ulu öndərin xatirəsinə həsr edilməsi təsadüfi deyil. Sovet dövründə Kardioloji İnstitut yaratmaq heç də asan deyildi. Heydər Əliyev bunu edə bildi. Ulu öndər bu sahəyə xüsusi diqqət yetirirdi.

Ürək-damar xəstəlikləri, onkoloji xəstəliklərlə bərabər insanlar arasında ən yayğın xəstəliklərdir. Qardaş ölkədən gələn kardiocərrahlara da xüsusi təşəkkürümü bildirirəm. Onlar Azərbaycanda mütəxəssislərin yetişdirilməsində xüsusi rol oynayıblar. Əvvəllər Türkiyəyə 10 nəfər tələbə göndərə bilmişdik. İllər keçdikcə bu say getdikcə artdı.

Bu gün dünyanın bir çox tanınmış mütəxəssislərinin Bakıda keçirilən bu beynəlxalq konqresdə iştirakı azərbaycanlı mütəxəssislərin qlobal səviyyədə tanındığını bir daha sübut edir”,- deyə Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov qeyd edib.

Leyla Mirzə, Bizimyol.info

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 18 May 2025 14:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see220

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see181

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see172

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see170

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see169

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see156

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see145

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see141

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see140

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see140

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see139

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see131

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri