Icma.az
close
up
RU
Bakı və İrəvan arasında sülh prosesi: sammitdən verilən mesajlar

Bakı və İrəvan arasında sülh prosesi: sammitdən verilən mesajlar

Icma.az, Gununsesi portalına istinadən məlumat verir.

Xəbər verdiyimiz kimi, “Gələcəyin qurulması: Avropada birlik və sabitlik” şüarı ilə Avropa Siyasi Birliyi-nin VIII zirvə görüşü Yerevanda başlayıb.

Gununsesi.info xəbər verir ki, İlham Əliyev sammitə videoformatda qoşulub.

Prezident çıxışında bildirib ki, sammitdə iştirakı Antonio Koşta ilə müzakirə olunub və onun videoformatda qatılması razılaşdırılıb. Dövlət başçısı qeyd edib ki, daha əvvəl Ursula fon der Leyen və Koşta ilə görüşdə 2026-cı il sammitinin Ermənistanda keçirilməsi təşəbbüsünü dəstəkləyib.

Eyni zamanda, balansın qorunması üçün növbəti sammitlərdən birinin Azərbaycanda keçirilməsini təklif edib. Bu təklif qəbul olunub və 2028-ci ildə zirvə görüşünün Azərbaycanda təşkil ediləcəyi açıqlanıb.

Nikol Paşinyan isə çıxışında Azərbaycan Prezidentinin ilk dəfə Ermənistanda keçirilən tədbirə (onlayn formatda) qatıldığını vurğulayıb.

O bildirib ki, son iki ildə tərəflər arasında atəşkəs sabit qalır və bu dövr müstəqillik tarixində ən sakit mərhələlərdən biridir.

Siyasi şərhçi Turan Rzayevin saytımıza açıqlamasında dediyi sözlərə görə, Prezidentin sammitə qoşulması sülh prosesi və qarşılıqlı etimad baxımından müsbət addımdır.

Onun fikrincə, tərəflər arasında danışıqlar davam edir və ilkin iqtisadi təmaslar artıq müşahidə olunur.

Ekspert qeyd edir ki, kənar müdaxilələr olmadığı halda Azərbaycan və Ermənistanın ortaq məxrəcə gəlməsi mümkündür. Bununla belə, Avropa Parlamentinin 30 aprel tarixli qətnaməsi sülh prosesinə mənfi təsir göstərə biləcək addım kimi qiymətləndirilir.

Rzayev əlavə edib ki, 2028-ci ildə sammitin Azərbaycanda keçirilməsi regionda normallaşma prosesinin davamı kimi qiymətləndirilə bilər.

Onun sözlərinə görə, həmin vaxta qədər sülh sazişi imzalanarsa, Paşinyanın Bakıya səfəri də real görünür.

Orxan

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:144
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 04 May 2026 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see309

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see304

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see288

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see284

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see282

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see281

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see276

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see270

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see267

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see259

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see249

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see244

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see240

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see237

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see231

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see226

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see225

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see225

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see213

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri