Icma.az
close
up
RU
BakıBalakənBakı qatarının fəaliyyətə başlaması bölgə turizminə necə TƏSİR GÖSTƏRƏCƏK?

BakıBalakənBakı qatarının fəaliyyətə başlaması bölgə turizminə necə TƏSİR GÖSTƏRƏCƏK?

Bizim media saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Xəbər verdiyimiz kimi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyəti Bakı-Balakən-Bakı marşrutunun bərpası ilə gecə səfərlərinə start verir.
Yataq tipli qatarlar yanvarın 3-dən etibarən hər gün saat 23:50-də Bakıdan Balakənə, 4 yanvardan isə saat 22:10-da Balakəndən Bakıya hərəkət edəcək (Bakıdan Balakənə 8 saat 20 dəqiqəyə, Balakəndən Bakıya 8 saat 40 dəq).
Təbii ki, uzun fasilədən sonra Bakı-Balakən qatarının fəaliyyətinin bərpası müsbət haldır. Çünki qatarla səyahət etmək daha rahatdır. Bu, həm də iqtisadi cəhətdən sərfəlidir. Nəzərə alaq ki, Bakı-Balakən-Bakı istiqaməti üzrə qiymətlər standart sinif üzrə 18 manatdır. Lakin, standart+ üzrə qatarda qiymət 27, biznes sinif üzrə isə 72 manatdan başlayır.
Yəni istənilən şəxs cəmi 36 manat xərcləməklə Balakənə gedib qayıda bilər. Nəzərə alaq ki, standart sinif vaqonlarında sərnişinlərə pulsuz sevis göstərilir. Bu servisə səfər boyunca qazsız su, nəm və quru salfet, qulaq tıxacı, yataq dəsti və üstəgəl dəsmal daxildir. Üstəlik, bu reyslərə buraxılan qatarlar yeni nəsl qatarlardır. Və sərnişinlərə yüksək səviyyəli komfort vəd edilir.
Əslən Balakən rayonundan olan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz müsbət hadisə adlandırıb:
“İstənilən halda, xeyirli olsun. Hökumətin, ADY-nin ötən müddət ərzində ictimai çağırışları nəzərə alaraq bu marşrutun açılması istiqamətindəki səyləri təqdirə layiqdir. Qiymətlərə gəldikdə isə deyə bilərəm ki, “Vita”larla “evdən-evə” prinsipi ilə Balakənə 25 manata getmək olur. Bu mənada qatarla standart sinifi üzrə 18 manata getmək pis deyil”.
Mövzu ilə bağlı Bizim.Media-ya danışan turizm üzrə ekspert Ceyhun Aşurov deyib ki, nə qədər komfort, rahat şərait yaradılırsa, insanlar bir o qədər həvəslə səyahət edirlər:
“Turizminin əsas şərtlərindən biri də daşınmadır. Bu mənada dəmir yolunun işləməsi həm ölkə daxilində, həm də xaricdəki turistləri səyahətə daha çox həvəsləndirir. Çünki qatarla səyahət emək daha rahatdır. Gələcəkdə bu və digər bölgələrə sürtəli qatarların açılması daha yaxşı olardı. Bu ölkəmizin turizm infrastrukturunu xeyli zənginləşdirmiş olar. Əminəm ki, Bakı-Balakən qatarının yenidən fəaliyyətə başlaması pozitiv dəyişikliklərə səbəb olacaq”.
Nəzərə alaq ki, bu istiqamətdə qatarlar ancaq gecə saatlarında işləyəcək.
Müsahibimiz də bunu müsbət hal kimi dəyərləndirib:
“Bakı- Balakən qatarları əsasən gecələr işləyəcək. Sərnişinlər gecə yataraq, səhər rahatlıqla mənzil başına çatacaqlar. Bu da bütün hallarda müsbət hadisədir. Paytaxtdan uzaqda olan Balakən, Zaqatala kimi rayonlara turistlərin indiyə kimi az getməsinin bir səbəbi də nəqliyyat məsələsi idi. Bu mənada ucqar rayonlara sürətli və komfortlu qatarların işləməsi turizmin inkişafına böyük töhfə verəcək”.
Surxay Atakişiyev, Bizim.Media

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:94
embedMənbə:https://bizim.media
archiveBu xəbər 28 Dekabr 2024 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see258

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see248

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see234

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see189

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see188

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see188

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see183

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see179

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see178

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see176

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see161

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see157

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see155

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see152

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see151

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see147

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see146

Andrey Demçenko: İmişli də eyni şərtlərdə oynayırdı

23 Yanvar 2026 17:28see145

Donald Trampdan İlham Əliyevlə bağlı təşəkkür paylaşımı

24 Yanvar 2026 06:04see145

Azərbaycan Trampın yaratdığı Sülh Şurasında qərar verən qlobal aktora çevrilir

24 Yanvar 2026 02:53see142
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri