Icma.az
close
up
RU
Bakıda binaların zirzəmisində gizlənən təhlükə

Bakıda binaların zirzəmisində gizlənən təhlükə

Cebheinfo portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakıda çoxmərtəbəli binaların zirzəmilərində və binaların aşağı hissələrində nəmişlik, su izləri, kif və kəskin qoxu ilə qarşılaşmaq mümkündür.

Bəzən bu problem yalnız köhnə binalarla əlaqələndirilsə də, yeni tikililərdə də müxtəlif səbəblərdən rütubət və su sızması yarana bilər. Bəs binanın altında yaranan nəmişliyin mənbəyi nədir? Nəmişliyin mənbəyi isə hər zaman eyni olmur.

“Cebheinfo.az”-ın araşdırmasına görə, əsas səbəblərdən biri yeraltı suların binanın fundamentinə və zirzəmisinə doğru hərəkət etməsidir. Xüsusilə suyun səviyyəsinin yüksəldiyi ərazilərdə hidroizolyasiya və drenaj sistemi kifayət qədər effektiv olmadıqda nəmlik torpaqdan binanın aşağı hissələrinə keçə bilər. Digər səbəb yağış sularının binanın ətrafında toplanmasıdır.

Həyət və ya binanın ətrafındakı səthlərdə suyun düzgün istiqamətləndirilməməsi nəticəsində yağıntılar fundamentə doğru axa və zamanla zirzəmiyə nüfuz edə bilər. Dam örtüyündən və yağış novlarından gələn suların düzgün axıdılmaması da problemi daha da ağırlaşdıra bilər. Su və kanalizasiya xətlərində yaranan sızmalar da zirzəmilərdə nəmişliyin əsas səbəblərindən biridir. Boruların köhnəlməsi, birləşmələrin sıradan çıxması və ya qəza nəticəsində su torpağa və daha sonra binanın aşağı hissəsinə yayıla bilər.

Bu halda nəmişlik yalnız yağışlı havalarda deyil, ilin digər dövrlərində də davam edə bilər. Bəzi hallarda isə zirzəmidə görünən su kənardan gəlmir. İsti və rütubətli hava soyuq beton divar və döşəmə ilə təmas etdikdə kondensasiya yaranır. Nəticədə divarlarda su damcıları, rütubət və kif əmələ gələ bilər. Bu səbəbdən problemin aradan qaldırılması üçün əvvəlcə nəmişliyin mənbəyinin düzgün müəyyənləşdirilməsi vacibdir. Uzun müddət davam edən nəmişlik yalnız estetik və qoxu problemi yaratmır.

Rütubətli mühitdə kif və göbələk əmələ gələ, divar və döşəmə örtükləri zədələnə, taxta və digər materiallar çürüyə bilər. Metal konstruksiyalarda korroziya, beton və hörgü elementlərində isə zamanla müxtəlif aşınmalar yarana bilər. Bundan başqa, zirzəmidə suyun uzun müddət qalması elektrik və digər kommunikasiya xətləri üçün də təhlükə yarada bilər. Xüsusilə elektrik kabellərinin və avadanlıqların su ilə təmas etməsi insan həyatı üçün ciddi risk yaradır.

Bu səbəbdən sakinlərin belə hallara laqeyd yanaşmaması vacibdir. Zirzəmidə davamlı su, divarlarda genişlənən çatlar, güclü nəmlik, kif, kəskin qoxu və ya elektrik xətlərinin su ilə təması müşahidə olunarsa, problemin mənbəyi müəyyənləşdirilməli və aidiyyəti mütəxəssislərə müraciət edilməlidir. Sakinlər xüsusilə su ilə təmasda olan elektrik avadanlıqlarına özləri müdaxilə etməməli, təhlükəli əraziyə daxil olmamalıdırlar.

Aişə
“Cebheinfo.az”

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 07 Oktyabr 2026 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see363

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see303

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see301

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see301

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see296

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see277

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see277

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see277

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see262

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see258

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see256

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see255

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see251

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see250

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see249

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see244

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see242

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see232

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see228

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see201
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri