Icma.az
close
up
RU
Bakıda bir adamın 3 4 maşını var Parkinqlərdə yer tapılmır (VİDEO)

Bakıda bir adamın 3 4 maşını var Parkinqlərdə yer tapılmır (VİDEO)

Icma.az xəbər verir, Demokrat.az saytına əsaslanaraq.

Sosial şəbəkələrdə yayılan videoların birində Bakı sakinlərindən biri çoxmərtəbəli binadakı parkinq şəraitini göstərib. Videodakı sakin bildirir ki, o bir dəfə boş yer tapanda 3-5 gün ərzində evdən çıxmır. Görüntülərdən parkinqin çox səliqəsiz olduğu və avtomobillərin hər kəsin öz qaydasına görə saxlandığı açıq-aydın görünür. Bu, ölkəmizdə ciddi və aktual problem olaraq qalır.
Nəqliyyat eksperti Yasin Mustafayev məsələ ilə bağlı Demokrat.az-a açıqlamasında bildirib ki, böyük şəhərlərdə yaşamaq həm imkanlar, həm də çətinliklərlə yaradır:
“Xüsusilə tıxac və parkinq məsələsi gündəlik həyatın əsas problemlərindəndir. Avtomobil alan hər bir şəxs bilməlidir ki, dövlət ona mütləq park yeri təmin etmir və bu məsələ daha çox fərdin öz məsuliyyətidir, yəni avtomobilin saxlanması əvvəlcədən planlaşdırılmalıdır. Son illərdə binalarda məskunlaşma kəskin artıb, bir çox ailələrin iki, hətta üç avtomobili var, lakin tikinti zamanı nəzərdə tutulmuş qaraj və parkinq yerləri bu say üçün kifayət etmir, nəticədə həyətlərdə və küçə kənarlarında xaotik vəziyyət yaranır. Ev alarkən və ya yeni ünvana köçərkən avtomobilin harada saxlanacağı mütləq nəzərə alınmalı, seçilən ərazidə parkinq imkanlarının olub-olmaması əvvəlcədən araşdırılmalıdır”.
O deyib ki, iş yerinə və övladların məktəbinə yaxınlıq da məkan seçimində vacibdir, həmçinin parkinq imkanları həyat keyfiyyətinə birbaşa təsir göstərir:
“Şəhərin sıx və iç-içə tikilmiş hissələrindən mənzil alıb, sonra parkinq çatışmazlığından şikayət etmək düzgün deyil, çünki bu tip ərazilərdə yer məhdudiyyəti qaçılmazdır. Ona görə də seçim edərkən mövcud reallıq nəzərə alınmalı, qərarlar emosional deyil, planlı və düşünülmüş şəkildə verilməlidir. Parkinq problemi təkcə infrastruktur məsələsi deyil, həm də fərdi məsuliyyət məsələsidir və hər kəs avtomobilinin saxlanması ilə bağlı mövcud reallığı nəzərə almalıdır”.
Leyla Turan
Demokrat.az

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:134
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 18 Fevral 2026 17:34 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see384

Eşref Tek də yeni aktyor

10 Noyabr 2026 04:28see353

Saatlarla oturanların diqqətinə

10 Noyabr 2026 04:05see344

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see292

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see260

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see257

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see242

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see235

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see219

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see210

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see210

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see207

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see202

Təzyiqi aşağı salan 5 əsas qida

10 Noyabr 2026 03:03see200

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see200

İrandan dünyaya nüvə mesajı: Buna hazırıq

10 Noyabr 2026 04:18see198

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see193

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see187

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see177

Flik “Barselona”da gücləndirmək istədiyi iki mövqeni müəyyənləşdirib

10 Noyabr 2026 04:12see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri