Icma.az
close
up
RU
Bakıda bir sıra ərazilərində köçürülmə və abadlıq işləri aparılacaq Prosesə xarici mütəxəssislər də cəlb ediləcək

Bakıda bir sıra ərazilərində köçürülmə və abadlıq işləri aparılacaq Prosesə xarici mütəxəssislər də cəlb ediləcək

Icma.az, Mia.az portalına istinadən məlumatı açıqlayır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə aparılan genişmiqyaslı quruculuq işləri çərçivəsində paytaxt Bakının şəhərsalma landşaftının müasir səviyyədə  qurulması, şəhər sakinləri və qonaqlar üçün rahat, təhlükəsiz, ekoloji cəhətdən təmiz, mobil, turizm mərkəzli bir şəhərə çevrilməsi daim diqqət mərkəzində olmuş və bu gündə ön planda dayanır.

Mia.az-ın məlumatına görə, ötən illər ərzində sovet dövründə inşa edilmiş və istismar müddəti başa çatmış, ekspotensialı tükənmiş, eyni zamanda şəhərin görkəminə xələl gətirən tikililər sökülərək yerində milli memarlığımızın zəngin ənənələrinə və müasir şəhərsalma üslubuna uyğun yeni binalar, xidmət və sosial obyektləri inşa edilir, gözəl parklar və  xiyabanlar, istirahət mərkəzləri salınır.

Hazırda beynəlxalq nəqliyyat-logistika marşrutlarının mərkəzlərindən birinə çevrilən ölkəmizin dəniz limanı, avtomobil, hava və dəmir yolu şəbəkələrinin paytaxtla ayrılmaz vahid qovşaqda birləşməsi Bakının iqtisadi-tranzit və geo-siyasi əhəmiyyətini daha da yüksəldir.

Bununla yanaşı qeyd olunmalıdır ki, paytaxtda bir sıra köhnə tikililər, istismar müddəti başa çatan kommunikasiya və mühəndis qovşaqları, qəzalı vəziyyətdə olan su və kanalizasiya  xətləri şəhər təsərrüfatında ciddi çətinliklər yaradır. Habelə vaxtı ilə dar və plansız şəkildə tikilmiş yollar və küçələr yanğın hadisəsi və digər fövqəladə hallar zamanı kritik hadisələrin qarşısını almağa mane olur.

Bakı şəhərinin yeni Baş Planı, Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramına uyğun olaraq 10 yeni metro stansiyasının tikintisi, şəhərətrafı Bakı kənd və qəsəbələrinə gedən dəmiryol şəbəkəsinin bərpası ilə əlaqədar olaraq paytaxtda mühəndis-kommunikasiya qurğularının yenilənməsini, nəqliyyat və sosial infrastrukturların, kommunal sistemlərin əsaslı şəkildə bərpasını, “yaşıl və təmiz şəhər” prinsiplərindən irəli gələn ətraf mühitin təmizlənməsi və ərazilərin abadlaşdırılması və s. tədbirlərinin həyata keçirilməsini zəruri edir.

Bu tələbatlar nəzərə alınmaqla Bakı şəhərinin bəzi ərazilərində köhnə tikililərin, yaşayış və qeyri - yaşayış  obyektlərin köçürülməsi, söküntü və abadlıq işlərinin həyata keçirilməsi nəzərdə tutulur. Söküntü işləri istismar müddəti başa çatan və tarixi əhəmiyyət daşımayan əsasən qəzalı vəziyyətdə və aşınma dərəcəsi olduqca yüksək olan bina və tikililəri əhatə edir.

Aparılacaq söküntü işləri ilə əlaqədar Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi, Əmlak Məsələləri Dövlət Xidməti və müvafiq Rayon İcra Hakimiyyətləri ilə birlikdə əraziyə baxış keçirilir, ölçü işləri aparılır. Köçürmə işləri Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanununa Nazirlər Kabinetinin müvafiq qərarlarına əsasən həyata keçirəcək, müvafiq kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi təmin ediləcəkdir.

Bakının yeni Baş Planına uyğun olaraq köçürmə  ərazilərində müasir park, istirahət məkanları, yeni metro xətləri və stansiyaları inşa olunacaq, həmin ərazilərdə yerləşən tarixi binalarda söküntü işləri aparılmayacaq, müasir standartlara cavab verəcək abadlıq işləri həyata keçiriləcəkdir. Bu işlərə yerli mütəxəssislərlə yanaşı, xarici mütəxəssislər də cəlb ediləcək.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:118
embedMənbə:https://mia.az
archiveBu xəbər 04 Aprel 2025 13:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Naməlum obyekt Saturna çırpılır...

12 İyul 2025 21:16see210

JLonun konsert üçün tələbləri məlum olub

13 İyul 2025 08:17see129

Kəpəz yenə sponsorsuz qaldı Namiq Qədirov klubu tərk etdi, maliyyə problemi yarandı

12 İyul 2025 16:20see125

Deputat: Əbu Dabi görüşü birbaşa təmasların sülhə aparan ən real yol olduğunu göstərdi

13 İyul 2025 04:14see123

Keçmiş sevgilisini unutmaq üçün dağlara çıxan çinli...

12 İyul 2025 22:14see121

Rusiya qonşu ölkələrdə gərginlik yaratmağa çalışır

12 İyul 2025 16:44see117

Zaxarova Departamentin bu qərarını lağa qoydu

14 İyul 2025 03:42see117

Daha bir ölkədə azərbaycanlılara basqın: Kimi axtarırlar?

13 İyul 2025 01:19see117

“Mənim dövrümdə yaxşı pul verilirdi” Zülfüqarovun konserv açıqlamasına Məmmədyarovdan cavab

12 İyul 2025 22:07see116

İtaliya hökuməti ABŞ ilə tarif razılaşmasına ümid edir

12 İyul 2025 23:08see116

Bələdiyyə sədrindən gözlənilməz addım FOTO

13 İyul 2025 23:42see115

Yamal 18 yaşını harada qeyd edəcək?

12 İyul 2025 16:57see114

Milli Çinə rəqib oldu

13 İyul 2025 01:24see114

KİV: Putin İranın uran zənginləşdirməsini tamamilə qadağan edən razılaşmanı dəstəkləyir

12 İyul 2025 15:46see113

Süni intellektin köməyi ilə hamilə qaldı

12 İyul 2025 17:02see112

Yaddaşları oyadan kitablar

13 İyul 2025 08:18see112

Faciəvi şəkildə ölən kişilər sahədə işləməyə gedirmiş Video

13 İyul 2025 20:23see112

Dünyada yeni dövlət yaranır

12 İyul 2025 16:28see112

Mahir qol vurdu, komandası darmadağına sevindi

12 İyul 2025 22:54see112

Gah sarışın, gah əsmər…

13 İyul 2025 02:41see109
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri