Icma.az
close
up
RU
Bakıda bu bina sökülür: sakinlərə pul verilir, lakin... FOTO

Bakıda bu bina sökülür: sakinlərə pul verilir, lakin... FOTO

Icma.az xəbər verir, GlobalInfo saytına əsaslanaraq.

Bakı şəhəri, Bayıl qəsəbəsi, Dağlıq küçəsi, 24 ünvanında yerləşən və 1882-ci ildə Nobel qardaşları tərəfindən inşa edilmiş tarixi bina plana düşüb.

Globalinfo.az xəbər verir ki, Lent.az-ın müxbiri əraziyə gedərək araşdırma aparıb.

Sakinlərin sözlərinə görə, rəsmi qurumlar binanın qəzalı vəziyyətdə olduğunu əsas gətirir, bildirirlər ki, divarları çat-çatdır və təhlükə yaradır. Artıq binanın bir hissəsi çökərək qonşu evin damına ciddi ziyan vurub. Ev sakinləri təxliyə ediliblər. Binanın pilləkənləri dağılıb və təhlükəli vəziyyətdədir. Çatlamış beton parçaları binanın həyətindən keçənlər üçün təhlükə yaradır. Sakinlər narazıdırlar ki, hər an beton parçaları qopub özlərinin, uşaqlarının başına düşə bilər.

Hazırda sakinlərin bir qismi evlərindən köçürülüb, lakin digərləri onlara təklif olunan məbləğ – hər kvadratmetr üçün 1550 manat – ilə razılaşmırlar. Sakinlər bu qiymətin onların yeni ev almaq imkanlarını təmin etmədiyini deyirlər. Onlar bildirirlər ki, bura şəhərin mərkəzinə çox yaxındır və ödənilən kompensasiya ilə ancaq Bakı kəndlərindən ev almaq mümkündür.

Sözügedən küçədə yaşayan Vasif Ələkbərov da vəziyyətdən narazılığını bildirir. Onun evi tarixi binadan cəmi iki metr məsafədə yerləşir və söküntü zamanı evinə zərər dəyməsindən ehtiyat edir. Vasif Ələkbərovun sözlərinə görə, evinin plana daxil edilmədiyi bildirilib, lakin faktiki olaraq çox yaxın məsafədə yerləşdiyi üçün təhlükə altındadır.

Sakinlər aidiyyəti qurumlardan məsələ ilə bağlı daha şəffaf yanaşma, qiymətləndirmələrin yenidən aparılması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsini tələb edirlər. Hazırda ərazidə narahatlıq hökm sürür.

Məsələ ilə bağlı Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə müraciət ünvanlanıb. Hələlik müraciətə cavab verilməyib.

Qeyd edək ki, Nobel qardaşları 1870-ci illərdə Bakıya gələrək “Branobel” (Nobel Brothers Petroleum Company) adlı şirkəti qurublar. Bu şirkət qısa zamanda Qafqazın ən böyük neft şirkətlərindən birinə çevrilib.

Neftin çıxarılması, emal və ixrac üçün müasir və dayanıqlı infrastruktur lazım idi. Nobel qardaşları yalnız neft quyuları deyil, zavodlar, anbarlar, ofis binaları, dəmir yolları və yaşayış kompleksləri də inşa ediblər.

Onlar işçilər üçün yaşayış evləri, məktəblər, xəstəxanalar və istirahət mərkəzləri də tikiblər.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:139
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 14 May 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see207

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see180

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see179

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see179

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see168

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see167

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see159

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see154

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see154

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see152

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see148

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see145

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see143

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see138

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see135

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see134

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri