Bakıda COP29 çərçivəsində Ticarət və İnvestisiya Evi” stendləri yaradılıb
Sia Az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
İqtisadiyyat Nazirliyinin, İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) təşkilatçılığı, Ümumdünya Ticarət Təşkilatı, BMT-nin Ticarət və İnkişaf Təşkilatı, Beynəlxalq Ticarət Mərkəzi və Beynəlxalq Ticarət Palatasının tərəfdaşlığı ilə Bakıda “Ticarət və İnvestisiya Evi” stendləri yaradılıb. SİA nazirliyə istinadən xəbər verir ki, stendlər noyabrın 11-dən başlayaraq noyabrın 22-nə qədər Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində tədbirin Mavi və Yaşıl zonalarında təşkil olunub.
Stendlər olan məkanda İqtisadiyyat Nazirliyi və strukturuna daxil olan qurumların təşkilatçılığı ilə müxtəlif tədbir və görüşlər təşkil edilir, Azərbaycanın işgüzar mühiti, sərmayədarlara göstərilən dəstək mexanizmləri, investisiya layihələri və s. barədə məlumatlar verilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:76
Bu xəbər 13 Noyabr 2024 11:35 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















