Bakıda idman gimnastikası üzrə ölkə çempionatı və birinciliyinə start verilib
Yeniazerbaycan saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Bakıda kişi idman gimnastikası üzrə 29-cu, qadın idman gimnastikası üzrə 8-ci ölkə çempionatı və birinciliyinə start verilib.
AZƏRTAC xəbər verir ki, Milli Gimnastika Arenasında təşkil olunan yarışların ilk günündə balacalar (2015-2016), kiçiklər (2017-ci il), uşaqlar (2013-2014), yeniyetmələr (2011-2012), gənclər (2007-2010) və böyüklər (2006-cı il və daha böyük) yaş kateqoriyaları üzrə gimnastlar mübarizə aparıblar.
İdmançılar çoxnövçülük proqramında bacarıqlarını nümayiş etdiriblər. Qalib gələn gimnastlara medallarla yanaşı, diplom və hədiyyələr təqdim edilib.
Qeyd edək ki, ölkə çempionatına noyabrın 26-da yekun vurulacaq. Son yarış günündə idmançılar gimnastika atı, sərbəst hərəkətlər, dayaqlı tullanma, halqalar, paralel qollar və turnik üzrə proqramlarda qüvvələrini sınayacaqlar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:105
Bu xəbər 25 Noyabr 2024 19:37 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















