Icma.az
close
up
RU
Bakıda keçirilən beynəlxalq yarışmaya erməni tələbələr niyə qatılmadı? Deputatdan AÇIQLAMA

Bakıda keçirilən beynəlxalq yarışmaya erməni tələbələr niyə qatılmadı? Deputatdan AÇIQLAMA

Icma.az, Bizim media portalına istinadən məlumat verir.

Bakıda keçirilən 49-cu  Beynəlxalq Universitetlərarası Proqramlaşdırma üzrə Müsabiqənin (International Collegiate Programming Contest) finalına Ermənistandan olan komanda qatılmayıb. Halbuki finalçı olan İrəvan Dövlət Universitetinə (İDU) dəvət göndərilib, lakin onlar iştirakdan imtina ediblər.
Burdan belə bir nəticəyə gəlmək olar ki, Azərbaycan və Ermənistan sülh yolunda addımlasalar da, hələ ki qonşularımız ayaqlarının birini qaçaraq qoyublar.  Azərbaycanın daim göstərdiyi adekvat yanaşmaya, xüsusən gənclərə münasibətdə, üstəlik təhsildə böyük uğurlar qazanan tələbələrə qayğısını göz önünə gətirsək, bəs erməniləri narahat edən nədir? İrəvanın belə bir əhəmiyyətli yarışmadan imtina etməsinin arxasında nə dayanır?
Ermənistanda revanşist qüvvələr çoxdur
Məsələylə əlaqədar millət vəkili Azər Allahverənov Bizim.Media-ya bildirdi ki, əslində ermənilərdən belə bir addım gözləniləndir. Onlar adətən Azərbaycanda keçirilən müsabiqələrə, idman yarışlarına az qatılırlar:
“Əgər Ermənistanın yüksək dövlət məmurlarının da iştirak etdiyi hökümətlərarası bir tədbir olsa, iştirak edirlər, belə hallar olub. Amma indiki şəraitdə hələ ki sülh müqaviləsi bağlanmayıb. Erməni cəmiyyətində etimad quruculuğu ilə bağlı böyük işlər həyata keçirilməlidir. Maksimum çalışmaq lazımdır ki, gələcəkdə bu tipli hadisələr çoxluq təşkil etməsin. Yəni bunu Ermənistan hökuməti etməlidir. Əks təqdirdə, beynəlxalq tədbirlər Azərbaycanda keçirilən zaman erməni cəmiyyəti bunu mənfi qarşılaya bilər, hətta qatılmaq istəyənləri hədəfə də çevirə bilər”.
Millət vəkili diqqətə çatdırdı ki, Ermənistanda revanşist qüvvələr çoxdur.
Qondarma rejimə aid olan təsisatlar hələ də Ermənistanda fəsliyyət göstərirlər. Bundan başqa kilsə və müxalifətlə bağlı olanlar var ki, onlar da manipulyasiyaların qurbanı olaraq Paşinyana qarşı geniş vüsət alan hərəkatda təmsil olunurlar:
“Vaxtaşırı Paşinyana qarşı çağırışlara qoşulurlar və bu tipli təşəbbüsləri də boğmuş olurlar.  Belə baxanda, təhsil, proqramlaşdırma, yüksək səviyyədə təmsil olunma bir ölkənin milli maraqlarına xidmət edir və burada dövlətə qarşı narahatlıq yaradacaq hansısa bir element yoxdur. Amma görünən odur ki, burada belə Ermənistanın anti-Azərbaycan təşəbbüskarları öz nümayəndə heyətinin iştirakını mümkünsüz edib”.
“Ermənistan cəmiyyətinin inkişafı ancaq Azərbaycanla mehriban qonşuluq siyasətindən keçir”
A.Allahverənov
qeyd etdi ki, Azərbaycan prezidentinin “Əl Ərəbiyyə” kanalına verdiyi müsahibədə “bundan sonra Ermənistanla olan münasibətlərimiz sülh prosesidir. Bizim heç kimlə müharibə aparmaq niyyətimiz yoxdur” deməsi əslində Ermənistan cəmiyyətinə də yönəlik bir mesaj idi:
“Ən azından erməni cəmiyyəti başa düşməlidir ki, 30 ildən artıq bir müddətdə Azərbaycanı bir düşmən obrazında görüblərsə, avqustun 8-dən etibarən tamamilə başqa bir proses başlayıb. Burada dinamika sülh quruculuğu ilə bağlıdır. Şanxay Əməkdaşlıq Təşkilatında keçirilən görüşlər də, birgə çəkilən şəkillər, paylaşılan press-relizlər də ondan xəbər verir ki, bu dinamika sürətlə davam edir, sülh istiqamətində zəruri addımlar atılır.
Ermənistanda olan müəyyən qüvvələr bilməlidirlər ki, Ermənistan cəmiyyətinin inkişafı ancaq Azərbaycanla mehriban qonşuluq siyasətindən keçir. Belə qarşılıqlı tədbirlər də məhz bu amala xidmət edir”.
Xatırladaq ki, İDU komandası ötən il keçirilən regional yarımfinal yarışmasında, Northern Eurasia Regional Contest (NERC) mərhələsi üzrə Cənubi Qafqazın təmsilçisi olub.
Azərbaycanın 2 komandası, Bakı Ali Neft Məktəbi (BANM) və Azərbaycan Diplomatik Akademiyası (ADA) komandaları isə təşkilatçı ölkə olaraq yarışmada iştirak hüququ qazanıb.
Şəfiqə Şəfa, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:108
embedMənbə:https://bizim.media
archiveBu xəbər 02 Sentyabr 2025 16:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see237

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see183

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see167

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see159

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see156

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see153

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see144

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri