Bakıda kişi bank kartı oğurlayıb alış veriş etdi
Icma.az bildirir, Lent az portalına istinadən.
Bakının Sabunçu rayonu ərazisində bir nəfərin geyim əşyası, təmir alətləri və avtomobilindən bank kartının oğurlanması barədə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyindən Lent.az-a verilən xəbərə görə, Sabunçu rayon Polis İdarəsinin 15-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 40 yaşlı S.Əhmədov saxlanılıb.
Araşdırma zamanı onun oğurladığı bank kartı ilə alış-veriş etdiyi də müəyyən olunub.
Sabunçu RPİ 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində yerləşən evlərin birindən təmir-tikinti alətləri oğurlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş 46 yaşlı M.Məmmədov müəyyən olunaraq saxlanılıb. Ondan psixotrop maddə olan metamfetamin də aşkarlanaraq götürülüb.
Araşdırma aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:143
Bu xəbər 24 Yanvar 2025 14:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















