Bakıda qadın onunla tanış olmaq istəyən kişiyə rədd cavabı verdiyinə görə DÖYÜLDÜ
Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Bakı Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Sabir Qafarovun (soyadı şərti) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Bizim.Media pravda.az-a istinadən xəbər verir ki, hakim Zamin İbrahimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, apellyasiya şikayəti qismən təmin edilib, Nəsimi Rayon Məhkəməsinin hökmü dəyişdirilib. Təqsirləndirilən şəxsə təyin edilmiş 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası onun qazancının 10 faizi dövlət nəfinə tutulmaqla bir il müddətə islah işləri cəzası ilə əvəz olunub.
İttihama görə, hadisə bu il metronun "Memar Əcəmi" stansiyasının çıxışında qeydə alınıb. Belə ki, Sabir Qafarov tanış olmaq üçün yaxınlaşdığı zərərçəkmiş Maya Quliyevadan (şərti) rədd cavabı alıb. Bu zaman o, qadını nalayiq ifadələrlə təhqir edib, zərərçəkmiş şəxsin baş və bədən nahiyələrinə qəsdən zərbələr vurub.
Qeyd edək ki, Sabir Qafarov Bakıda MTK-ların birində mühafizəçi işləyir.
Bizim.Media
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:124
Bu xəbər 28 Dekabr 2024 23:40 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















