Icma.az
close
up
RU
Bakıda Şaxta Baba kimi gəzən ekofəal: Mən Santa Klaus deyiləm, sadəcə...

Bakıda Şaxta Baba kimi gəzən ekofəal: Mən Santa Klaus deyiləm, sadəcə...

Icma.az, Modern.az saytına istinadən bildirir.

Kanadalı ekofəal və "Planetary Guardian" hərəkatının təsisçisi Philip McMaster COP29 sammitində qeyri-adi tərzdə olan geyimi ilə diqqət çəkib.

Modern.az xəbər verir ki, o, tədbirə şaxta baba paltarı ilə qoşulub.

Philip McMaster geyimi barədə danışıb və fərqli görkəmlə insanların iqlim mövzularına daha həssas yanaşma hədəflədiyini vurğulayıb: "Mən Santa Klaus deyiləm. Geyimimlə planetin nəsli kəsilməkdə olan pandalarına və iqlim dəyişikliklərinə diqqət çəkmək istəyirəm.McMaster Azərbaycanın potensial iqlim tədbirləri üçün mühüm bir platforma olduğunu qeyd edib: "Azərbaycana gəlmək, bu ölkənin təbii gözəlliklərini və unikal mədəniyyətini görmək təkcə zərurət deyil, həm də ilham mənbəyidir. İnsanların COP29 konfransı üçün Azərbaycana gəlməsini təşviq edirəm, çünki bu, həm də ölkənin iqlimlə bağlı qlobal müzakirələrdə rolunu möhkəmləndirəcək bir fürsətdir".

Ekofəal əlavə edib ki, onun iqlim tədbirlərinə xüsusi vurğusu yalnız ekosistemin qorunmasına deyil, həm də insanların təbiətlə harmoniyada yaşamasına yönəlib. "İqlim dəyişmələri mövzusu sadəcə hava ilə bağlı deyil, bəşəriyyətin gələcəyinə və ümumi rifaha təsir edən bir məsələdir. Bakı və Azərbaycan təbii sərvətləri ilə bu mübarizənin ön sıralarında yer alaraq dünya ictimaiyyətinə nümunə ola bilər", - o, dövlət qəzetinə müsahibəsində bildirib.

Kanadalı ekofəal Azərbaycan gənclərini iqlim tədbirlərində fəal iştirak etməyə çağırıb: "Gənclər bu planetin gələcəyidir və onların dəstəyinə ehtiyacımız var. Bu ölkədə gənclərin enerji və potensialı məni valeh edir. Onlar yerli ekoloji problemlərin həllində fəal iştirak edərək, həm Azərbaycanı, həm də dünyanı dəyişə bilərlər. İqlim dəyişmələrinə qarşı mübarizə təkcə elmi bir məsələ deyil, həm də hər kəsin iştirakı ilə kollektiv hərəkət tələb edir. Azərbaycan müxtəlif iqlim zonalarına malik olduğu üçün burada baş verən dəyişikliklər bütün planetə təsir edir. Bu ölkədə böyük potensial var - həm iqlim tədbirləri, həm də turizm baxımından. COP29 çərçivəsində belə möhtəşəm bir ölkənin təqdim olunması təkcə iqlim müzakirələri üçün deyil, həm də ekoturizmin inkişafı baxımından böyük addımdır".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:264
embedMənbə:https://modern.az
archiveBu xəbər 13 Noyabr 2024 09:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see343

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see340

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see332

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see331

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see314

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see311

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see297

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see297

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see296

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see293

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see285

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see279

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see276

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see267

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see265

Qan qrupu immunitetə nə dərəcədə təsir edir?

20 Noyabr 2026 13:53see259

Ağdamda yaradıcı master klas təşkil olundu FOTO

20 Noyabr 2026 21:05see257

Cennifer Lopesdən ETİRAF: “Altı ay dayanmadan ağladım”

20 Noyabr 2026 19:20see251

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see237

3 Tesla MRT SAF Hospitalda Nə zaman həyat əhəmiyyətlidir? (VİDEO)

20 Noyabr 2026 15:57see232
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri