İslam və vətəndaş cəmiyyəti
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
Mövzu olaraq “ İslam və vətəndaş cəmiyyəti ” çox geniş müzakirə olunan məsələdir.
Bununla əlaqədar olaraq səsləndirilən əsas fikirlərə qısa da olsa nəzər salaq.
İslam dinində vətəndaş cəmiyyətindən və insan haqlarından danışarkən əsasən ədalət hissinə diqqət yetirmək lazımdır. Ədalət hissi insan təfəkküründə insana xas olan haqların əsasını təşkil edir və bu hiss haqqın bərqərar olmasında mühüm şərt kimi qəbul olunur. İslam dininin müqəddəs kitabı olan Quranda (Əl-Ənam, ayə 152) təkcə ədalətdən bəhs etmir, həm də onun yerinə yetirilməsinə təkid edir. Ədalət hissinin təkcə əməllə deyil, həm də insan ruhu ilə bağlı olduğu da göstərir: “Əgər hər hansı bir məsələ barəsində fikir yürüdülürsə, hətta qohum-əqrabanız olsa belə, ədalətli qərar çıxarın”. Bu insana xas olan azadlığı və digər haqları önə çəkir. Eləcə də, İslam dini insan haqlarının hədəfini təkcə ədalətlə məhdudlaşdırmır, insanın ruh və cismdən ibarət olduğunu göstərir və ictimai rəyin mahiyyətindən irəli gələn məsələləri də qəbul edir və onu qoruyur. Əlbəttə, burada ictimai hüquqi normalar mühüm amildir. İctimai hüquq fərdin hüququ qarşısında ümumi mənafeyi və dövlət hüququnu əsas hədəflədən biri kimi hesab edir.
Bir çox islamşünas alimlər bilavasitə Məhəmməd Peyğəmbərin rəhbərliyi ilə yazılmış və imzalanmış “Mədinə sazişi”ni tarixdə ilk vətəndaş cəmiyyətinin yaradıldığını və Mədinə şəhərində yaşayan əhali arasında fikir müxtəlifliyini birgəyaşayış norması kimi qəbul edildiyini qeyd edirlər. Bu müqavilə müxtəlif dini və etnik qrupların : müsəlmanların, yəhudilərin və bütpərəstlərin bərabərhüquqlu birgəyaşayışını tənzimləyirdi. Saziş sosial ədalət və həmrəyliyin İslam prinsiplərində yer alan anlayışları cəmiyyətdə dövlətdən asılı olmayan sosial yardımlaşmanı formalaşdırır ki, bu da vətəndaş cəmiyyətinin əsas funksiyalarına daxildir. Bu baxımdan alimlərin bir çoxu dövrün tələblərinə cavab verən “Mədinə sazişi”nin əhəmiyyətini xüsusi qeyd edirlər. İslam dəyərləri ilə qərbyönlü vətəndaş cəmiyyətlərin prinsiplərinin (insan hüquqları, ifadə azadlığı, hüququn aliliyi) bir-birinə inteqrasiyası və ya ziddiyyətləri barədə müxtəlif fikirlər, nəzəriyyələr irəli sürürlər. Antiislam mövqedə dayananlar isə “İslam fundamentalizmi”, “İslam ekstremizmi” adı altında müxtəlif dinlərə, hətta məzhəblərə mənsub olan sadə insanları üz-üzə qoyaraq, öz siyasətlərinə haqq qazandırmağa çalışırlar. Bu populyar siyasətin bu gün də davam etdirilməsi aşkar reallıqdır.
Bir çox mütərəqqi alimlər isə İslamın cəmiyyət daxilində yaratdığı prinsiplərin demokratiya və vətəndaş cəmiyyətlərinin prinsipləri ilə üst-üstə düşdüyünü yazırlar.
Bu baxımdan, hicrətin ikinci ilində İslam Peyğəmbəri “Mədinə sazişi”ni tərtib edərkən dinindən, inancından asılı olmayaraq, bütün insanlara aid edilən haqlara (normalara) hörmətlə yanaşmaqla yanaşı, bu məsələlərə nəzarət mexanizmini də müəyyənləşdirmişdir.
Çağdaş dövrdə mövzunun mühüm əhəmiyyət kəsb etdiyini nəzərə alsaq, İnsani dəyərləri özündə birləşdirən “Mədinə sazişi” ində əks olunan müddəaları tanımaq və tanıtdırmaq bu günümüz, eləcə də gələcəyimiz üçün vacib şərtdir. Odur ki, demokratiyanın tarixi və mədəniyyəti anlayışından uzaq olan bəzi dairələrə İslam Peyğəmbərinin bəşəriyyətə nələr bəxş etdiyini anlatmağa xeyli ehtiyac vardır.
Danimarkalı şərqşünas alim Marqolioyt yazır ki, Məhəmməd Peyğəmbər hicrətin ikinci ilində Mədinə şəhərinin özündə və ətrafında yaşayan yəhudi və xristian dininə mənsub olan icma rəhbərlərini bir araya gətirdi. Tarixdə ilk dəfə olaraq sivilizasiyalar arsında Böyük Andlaşma- “Mədinə sazişi” imzalandı. Andlaşmada göstərilir ki, bütün insanlar Allahın yaratdığı bəndədir. Bir bəndənin digərinə zülm etməyə, onun haqqını əlindən almağa və ya onun canına qəsd etməyə ixtiyarı yoxdur. İslam Peyğəmbərinin yazdırdığı və imzaladığı sazişlə o zamanın siyasi və mədəni həyatında həm də tolerantlığın əsasını qoymuş oldu. Sənəddə əsas hökmlər belə sıralanır:
Bir ümmət olaraq birləşənlər bir-birinə ictimai yardımlar etməsi zəruridir. Hər cür fitnə-fəsada birlikdə mane olacaqlar. Adam öldürmək qadağandır və qan bahası qüvvədədir. Yəhudilər və xristianlar müstəqil din azadlığına malikdirlər. Onların dininə müdaxilə etmək olmaz. Yəhudilər və xristianlar müsəlmanlarla müttəfiqdirlər və onların dostanə münasibətləri daimidir. Tərəflərdən biri 3-cü bir tərəflə müharibə edərsə, o biriləri ona yardım edəcəkdir. Heç bir tətəf müşriklərə kömək etməyəcəkdir. Mədinə içərisində hərb qadağandır. Mədinəyə hücum olarsa, bütün tərəflər onu qorumalıdır. Bir tərəf düşmənlə sülhü qəbul edərsə, o biri tərəflər də qəbul etməlidir. İstər Mədinə əhli, istərsə də kənarında yaşayanlar təhlükəsizlik içərisində yaşamalıdır.On beş əsr əvvəl yazılmış “Mədinə sazişi” din azadlığını, onun birgəyaşayış normalarını, bəndənin yaşamaq haqqını, mal və can təhlükəsizliyini müdafiə edən Böyük Andlaşma insan haqlarını qorumaq baxımından iyirmi birinci əsrdə yaşayan bəşər övladına daha nələr deməlidir…?! Utanmalı, haqqı dərk etməli, bir daha özümüzə qayıtmalıyıq…
Ayiq Səmədov
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Masallı üzrə şöbəsinin məsul işçisi
Post navigation
Baxış sayı:62
Bu xəbər 22 Noyabr 2026 15:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















