Icma.az
close
up
RU
Bakıdakı evimi mənimsəyib, özümü isə çölə atıblar QUBA SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR

Bakıdakı evimi mənimsəyib, özümü isə çölə atıblar QUBA SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR

Hurriyyet saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Quba rayonu, Alpan kənd sakini Əliyev Qalib Süleyman oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, qonşusu onun evini zəbt edib: 

“Mən, Əliyev Qalib Süleyman oğlu, yazaraq bildirirəm ki, Qarabağ ermənilər tərəfindən işğal ediləndə daimi qeydiyyatda olduğum Bakı şəhəri, Yasamal rayonu, Mirzə Fətəli 81 ünvanında yerləşən sənədsiz evimi Mirzə Fətəli 79 saylı evin mülkiyyətçiləri sənədlə öz evlərinə birləşdiriblər. Hazırda ünvan Mirzə Fətəli 79/81-dir.

Mirzə Fətəli 81 ünvanı keçmişdə məhəllə məscidi olub, məhz bu səbəbdən də sənədi olmayıb.

Evimi mənimsəyən qonşudan ünvanımı geri almaq üçün məhkəməyə müraciət etməyimi bildirdim. Vəkil tutub, Yasamal Rayon Məhkəməsinə müraciət etdim. Məhkəmə müvafiq instansiyalara sorğu göndərdi. Sorğuya əsasən notarius dedi ki, bunlara 79 nömrəli ev vəsiyyət olunub. Vergidən isə bildirdilər ki, bunlar həmişə 79 nömrəli evə görə vergi veriblər. Şəhərsalma İdarəsi də qeyd etdi ki, 79 və 81 saylı ünvanlar fərqlidir, eyni deyil.

Beləliklə, bu birləşmə açıq-aydın dələduzluq faktı olduğunu sübut etdi. Lakın məhkəmə buna hüquqi qiymət vermədi. 3 ildən sonra 79 nömrəli evin mülkiyyətçiləri mənim ev pulu vermədiyimi əsas tutaraq, evdən çıxarılmağım haqda məhkəməyə müraciət etdilər. Məhkəmə də mənim hüquqlarımın itirilməsi haqqında qərar verdi.

Qərardan şikayət etdim. Ona görə də həmən qərar qanuni qüvvəyə minmədi. Buna baxmayaraq, 79 saylı evin mülkiyyətçiləri sahə müvəkkilinin iştirakı ilə 1 qrup şəxsi yığaraq, məni evdən zorla çıxartdılar. Sahə müvəkkili "ver pasportuna baxım", deyib pasportumu aldı. Səhəri Yasamal Rayon Polis şöbəsi rəisinin qəbuluna getdim ve əhvalatı ona danışdım. O da sahə müvəkkilini çağırıb, "bu kişinin pasportunu qaytar" dedi.

Sahə müvəkkili 1 aydan sonra qeydiyyat nişanını sildirib, pasportumu qaytardı. Bu zorakılıq faktına da hüquqi qiymət verən olmadı. Hara şikayət edirəm, axırı gəlib Yasamal Rayon Prokurorluğuna çıxır. Yasamal rayon prokuroru da "polis araşdırma aparıb", - deyə cavab verir, öz mövqeyini bildirmir.

Hüquqlarım pozulan ilk gündən indiyə kimi hər yerə müraciət edirəm, nəticəsi olmur. Bilmirəm artıq nə edim?! Evimi mənimsəyib, özümü isə çölə atıblar. Şahlar "qanun olub", qanunu saymırlar".

Jalə FAMİLQIZI

Redaksiyadan: Yazıda adları çəkilən şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 23 Oktyabr 2025 12:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see252

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see231

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see213

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see210

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see205

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see181

Bəhlul Mustafazadə tarixə düşdü KONKRET

22 Yanvar 2026 00:46see176

“Kapital Bank”ın İdarə Heyətinin sədri yeni strateji vəzifəyə təyin olunub

21 Yanvar 2026 18:22see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see166

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see165

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see156

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see151

Vəhşi heyvanlar kəndə hücum edir Sakinlər qorxu içindədir

21 Yanvar 2026 14:39see149

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see148

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see146

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see144

Tramp Makronun təklifini rədd etdi

21 Yanvar 2026 00:31see143

Qarabağ dan Ayntraxt a daha bir zərbə

22 Yanvar 2026 01:03see143
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri