Icma.az
close
up
RU
“Rəsi və müavini oğluma həbsxanada işgəncə veriblər” BİNƏQƏDİ SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR

“Rəsi və müavini oğluma həbsxanada işgəncə veriblər” BİNƏQƏDİ SAKİNİ RƏSMİ QURUMLARDAN ŞİKAYƏTÇİDİR

Hurriyyet portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı şəhəri, Binəqədi rayonu, Ramazanov küçəsi, döngə 1, ev 20 A ünvanında yaşayan Nəsirova Röya Əlican qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, övladı Səttərov Ruhin Məmmədnağı oğlunun həbsxanada hüquqları tapdalanır:

“Mən, Nəsirova Röya Əlican qızı, yazaraq bildirirəm ki, oğlum Qaradağ rayonu, Umbakı Penitensiar Komleksində saxlanılır. Oğlum orada işgəncələrə məruz qalır. Türmə rəisi Rauf Nəbiyev orada bütün dustaqları alçaldaraq, təhqir edir. Oğlum səhhətində yaranmış ciddi problemlə əlaqədar xəstəxanada yatmaq üçün müraciət etsə də, onun gözünün qabağında ərizəsini açıb oxuyur, daha sonra çırıb atırlar. Əslində isə dustağın məktubunu oxumağa ordakıların haqqı yoxdur.

Həkim isə ağrıkəsicidən başqa, heç bir müalicə edə bilmir. Tək mənim oğlumun yox, oradakı bütün düstaqların haqqı tapdalanır. Rəis dustaqların hər birini qorxudur ki, qırağa xəbər çıxarsanız, sizi “Tubzon”a göndərəcəm. Ora da heç bir dustaq getmək istəmir. Çünki orada işgəncələr daha çox və növbənövdür. Bunu hətta Penitensiar Xidmətin rəisi Mirsaleh Seyidov da bilir. Ona məlumdur ki, orada olan alver, özbaşınalıq bəlkə də heç bir kalonda yoxdur.

Oğlum Ruhinə 7-ci kolonda  rəis və müavin Yaşar işgəncə vermişdilər. Uşağın halını özüm gözlərimlə görmüşəm. Halbuki, ordakılar “heç nəyinin olmadığını” deyərək, öz “paqon” yoldaşlarının tərəfini saxlayırlar. Bir sözlə, “paqon” “paqon”u ələ vermir.

Dəfələrlə Mirsaleh Seyidovun qəbuluna yazılsam da, heç vaxt məni qəbul etməyib. Onun yerinə məni 11-ci kolonun rəhbər şəxslərindən olan Vəli müəllim qəbul etdi. Şikayətim əsnasında Penitensiar Xidmətin Barak müəllim adlı əməkdaşı uşağın yanına göndərildi. O da öz gözləri ilə uşağın xəsarətlərini görsə də, oğluma boş kağıza imza çəkdirib. Qalanına da yazıblar ki, “dustaqda heç bir döyülmə xəsarəti yoxdur”. Halbuki, bizi tamamilə oyuna saldılar. Uşağın zədələrini özüm görmüşəm. Bütün dustaqlara deyilir ki, ağzını açıb kiməsə nəsə desəniz başınıza oyun açılacaq.

Oğlumun vəziyyəti ağırdır, xəstəlikləri artıb. 2 aydan çoxdur ki, daxili qanaxmadan əziyyət çəkir.  5 manatlıq dərmanı həbsxananın həkimi 20 manata satır. Pul verməsən, ölməlisən. İynə vurmaq lazımdı, o da onu kimi. Yəni orada olan bahaçılıq heç yerdə yoxdur.

Oğlumun səslərini yazmışam, maraqlanan, kömək etmək istəyən bütün qurumlara təqdim edə bilərəm. O, hazırda xəstəxanada yatmalıdır, amma qərəzli şəkildə qoymurlar. Dustaqların haqları, hüquqları tapdalanır. Hara şikayət edirəmsə, ört-basdır edirlər. Alverin, rüşvətin ən pik nöqtəsi oradadır. Şampun, dərman - hər bir şey baha qiymətə satılır. Artıq bir valideyn kimi bezmişəm, nə maddi, nə də mənəvi gücüm qalmayıb. Qaradağ Rayonu Umbakı Pentensiar Xidmətində  7-ci kalonda oğlumu ölümcül döysələr də, Barak müəllimin əli ilə təmizə çıxdılar.

Onuda qeyd edim ki, uşağın elə döyüldüyünü görəndən sonra türmənin rəisi Mehman müəllimin qəbuluna girərək, şikayətimi bildirmişəm. Oda mənə dediki heç yerə şikayət etmə oğlunu bu yaxınlarda karsdan çıxartdırıb zona göndərəcəm.

Ölən dustaqların biridə mənim oğlumun olmağını istəmirəm. Xahiş  edirəm mənə kömək edin.

Həbsxananın rəisi istəmir ki, oradakı bu çirkinlər ortaya çıxsın.

Jalə FAMİLQIZI

Redaksiyadan: Məsələ ilə bağlı aidiyyatı qurumların mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:113
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 06 Fevral 2025 16:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri