Icma.az
close
up
RU
Bakıdakı “Rus Evi” yenidən açıla bilər?

Bakıdakı “Rus Evi” yenidən açıla bilər?

Icma.az, GlobalInfo portalına istinadən məlumat verir.

“Rusiya və Azərbaycan Bakıda “Rus Evi”nin fəaliyyətinin bərpa edilməsi imkanlarını müzakirə edirlər”.

Globalinfo.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Yevdokimov “LIVETVAZ” yutub kanalına müsahibəsində deyib.

“Azərbaycan tərəfinin tələbi ilə “Rus Evi” fəaliyyətini dayandırmışdı. Lakin düşünürəm ki, bu məsələ ilə bağlı aramızda müsbət dialoqumuz başlayıb. Bununla yanaşı, “Sputnik” agentliyinin işi ilə bağlı da müzakirələr aparılır”, – deyə rusiyalı səfir qeyd edib.

Onun sözlərinə görə, Moskva qarşılıqlı məqbul həll yolunun tapılmasına ümid edir.

Xatırladaq ki, Bakıdakı “Rus Evi” cari ilin fevralında fəaliyyətini dayandırıb. Belə ki, həmin dövrdə “Rossotrudniçestvo”nun Azərbaycandakı nümayəndəliyi olan Rusiya İnformasiya-Mədəniyyət Mərkəzi – “Rus Evi”nin hüquqi şəxs qismində qeydiyyatının mövcud olmadığı və təşkilatın Azərbaycan qanunvericiliyini ciddi şəkildə pozduğu barədə Rusiya tərəfinə məlumat verilib. Bunun ardınca, rəsmi Bakı fevralın 3-də “Rus Evi”nin fəaliyyətinə xitam verilməsi barədə Rusiya tərəfinə nota göndərib.

XİN-in məlumatında bildirilib ki, Azərbaycan ərazisində bu kimi təşkilatların fəaliyyəti milli qanunvericiliyə, ölkələr arasında qarşılıqlılıq prinsipinə və ikitərəfli əsasda əldə olunmuş razılıqların tələblərinə uyğun olaraq tənzimlənir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:194
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 05 May 2025 17:58 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xanımının ad günündə ürəyi dayanıb 3 ay əvvəl qəza keçiribmiş

08 Avqust 2026 10:57see283

Kişiləri maqnit kimi özlərinə cəlb edən BÜRCLƏRİN qadınları

08 Avqust 2026 09:10see268

Naxçıvanda avqust ayı üzrə pensiyalar ÖDƏNİLDİ

08 Avqust 2026 10:58see236

Fazil Mustafadan hadisə kimi MÜSAHİBƏ: “Onlar səadəti Mehdinin zühurunda axtarır”

08 Avqust 2026 09:24see230

“Barselona” gün ərzində keçirdiyi ikin yoldaşlıq oyunundan məğlub ayrılıb

09 Avqust 2026 01:33see223

Tez sıxılır, darıxır... Şənbə günü onlarlıq deyil

08 Avqust 2026 10:34see207

Abşeronda zəncirvari yol qəzası olub

09 Avqust 2026 00:22see189

Xameneinin videosu köhnədir?

09 Avqust 2026 15:56see189

Bu pozada yatmaq tromb riskini artırır Kardioloq

08 Avqust 2026 23:11see182

Ən tələbkar üç BÜRC Güzəştə getmirlər

09 Avqust 2026 21:56see180

Avropada təhlükəli virus yayılır 6 nəfər öldü

09 Avqust 2026 00:31see179

Koreya Futbol Assosiasiyası hakimlər üçün seks xidmətləri qalmaqalına görə üzr istəyib

09 Avqust 2026 04:11see179

Qəbul imtahanlarında yeni model: situasiya suallarının qiymətləndirilməsi nə qədər şəffafdır?

09 Avqust 2026 13:01see178

Bakıda qəza nəticəsində iki nəfər xəsarət alıb (Foto)

09 Avqust 2026 00:17see176

Məlumatsız informasiya mərkəzi

08 Avqust 2026 09:35see175

PAŞİNYAN KREMLDƏN İCAZƏ ALINA BİLMƏYİB Bunu təkcə biz yox, ABŞ da görür...

08 Avqust 2026 16:48see174

Plastik stəkanların üzərindəki xətlərin səbəbi budur

08 Avqust 2026 09:05see173

Heç kim torpağını atıb çıxıb gedən deyil Zelenski

09 Avqust 2026 00:17see169

Onlar alman cəmiyyətində qorxu yaratmağa çalışırlar Nazir

10 Avqust 2026 02:03see167

DİN dən vətəndaşlara ÇAĞIRIŞ: Uşaqları nəzarətsiz qoymayın FOTO

09 Avqust 2026 16:40see161
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri