Icma.az
close
up
RU
“Bakıya uçuş...” festivalı silsilə sərgilərlə davam edəcək

“Bakıya uçuş...” festivalı silsilə sərgilərlə davam edəcək

Xalq qazeti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə oktyabrın 31-dən noyabrın 2-dək incəsənət, mədəniyyət və ekologiyanı bir araya gətirəcək “Bakıya Uçuş. İncəsənət Həftəsonu: Gələcəyi İNDİ Duy” incəsənət festivalı zamanı şəhərin müxtəlif qalereyalarında 10-dan çox sərgi açılacaq.

XX və XXI əsrin ən məşhur sənətkarlarından biri, ikonik üslubu ilə insan bədənini, görmə tərzini dəyişdirən kolumbiyalı modern rəssam, heykəltaraş Fernando Boteronun, BMT və IDEA-nın birgə təqdimatı ilə Azərbaycanın qabaqcıl rəssamlarının ekoloji məsuliyyət və davamlılıq mövzusunda əsərlərini əhatə edən “Mənim dənizlərim, Mənim okeanlarım” adlı sərgilərinin oktyabrın 31-də Heydər Əliyev Mərkəzində rəsmi açılışı olacaq və noyabrın 1-2-də sənətsevərlərin ixtiyarına veriləcək.

Digər sərgilərdən 6-sı İçərişəhərdə açılacaq. Oktyabrın 31-dən noyabrın 2-dək Yeraltı Hamamda təşkil olunacaq “Axar yaddaş” sərgisi Azərbaycanda hamam mədəniyyətinin çoxqatlı semantikasını - su, yaddaş və təmizlik anlayışları kontekstində araşdırır.

Şirvanşahlar Sarayı Kompleksində “Şeh. Heç vaxt olmayan səhər” adlı sərgidə (31 oktyabr - 2 noyabr) rəssam Vüsalə Ağarəziyeva Şirvanşahlar Sarayını gecə ilə sübh arasındakı o incə, düşüncəli məqama çevrilən kontemplativ bir məkana bənzədir.

“Əcdadlar” sərgisi bizdən əvvəl yaşayanlarla aramızdakı qırılmaz bağı araşdırır. Sərgi oktyabrın 31-dən noyabrın 2-dək İçərişəhərdəki “QGallery Baku”da baş tutacaq.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzindəki (noyabrın 1-2-də) “Fıstıq ağacı: Yaddaşın kökləri” ədəbiyyat, sənətkarlıq və ekologiyanı birləşdirən çoxşaxəli bir layihədir.

İçərişəhərdəki Bakı Fotoqrafiya Evində (2-3 noyabr) “Bakıya uçuş: Axın halı” layihəsi çərçivəsində 8 rəssam tərəfindən şəhər mərkəzində yerləşən fəvvarələrdən ilhamlanaraq ictimai sənət əsərləri yaradılmışdır.

Ramina Səadətxanın “Od, su və öpüşlər” adlı yeni silsilə əsərləri “Nine Senses Art Center”də oktyabrın 31-dən noyabrın 2-dək təqdim olunacaq. Zəhra Məmmədovanın idarə etdiyi “Bir zamanlar Xəzər” həm bədii səyahət, həm də suyu və özümüzü yenidən görməyə çağıran bir layihədir. Sərgi YARAT Müasir İncəsənət Mərkəzində noyabrın 2-3-də nümayiş ediləcək.

“Tofiq Cavadovun 100 illiyi” sərgisi Azərbaycan Milli İncəsənət Muzeyində (31 oktyabr - 2 noyabr), “Baku Steel Art” Beynəlxalq Metal Simpoziumunun iştirakçılarının əsərləri isə eyni tarixlərdə Dənizkənarı Milli Parkında sərgilənəcək. Elvin Nəbizadənin “Sonuncu dalğa” kinetik instalyasiyası isə iki gün ərzində Daş Salnamə Muzeyində nümayiş olunacaq.

Sərgilərlə yanaşı, festival proqramına ustad dərsləri, ictimai incəsənət və şəhər turları da daxildir.

3 günlük festivalın zəngin proqramından faydalanmaq, tədbirlərdə iştirak etmək və incəsənət bayramının bir hissəsinə çevrilmək üçün www.bakuartweekend.az saytından qeydiyyatdan keçmək lazımdır.

XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:275
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 24 Oktyabr 2025 11:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bank tətbiqlərində texniki problemlər: Müştəriləri nə narazı salır?

04 Noyabr 2026 14:45see447

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see389

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see348

Baş Katib: Azərbaycanın əsas üstünlüyü müxtəlif mədəniyyətləri bir masa ətrafında birləşdirmək bacarığıdır

03 Noyabr 2026 17:45see301

“Arka Sokaklar” yayımlanacaq? Mesut komiser açıqladı (Video)

03 Noyabr 2026 17:04see298

Biznes kreditlərində rekord artım

03 Noyabr 2026 17:29see289

Ruslar benzin üçün növbəyə qayıdacaqlar...

03 Noyabr 2026 19:25see267

Onun şəhid olması xəbərini almaq çox ağır idi...

03 Noyabr 2026 16:25see265

Bakıda avtomobillərin qiyməti ucuzlaşacaq? VACİB AÇIQLAMA

03 Noyabr 2026 20:20see259

Berdan Mardini 24 yaş kiçik həyat yoldaşından boşandı

03 Noyabr 2026 16:57see251

Bundan sonra subay adam qalmayacaq Elçiliyi ChatGPT edir

03 Noyabr 2026 20:02see248

İsrailin kruiz gəmisində bomba təhlükəsi YOXLAMA APARILDI

03 Noyabr 2026 23:49see244

Bu gün Naxçıvanda 18 kənd işıqsız qalacaq

04 Noyabr 2026 00:25see236

Binance dən yeddi milyard dolların necə oğurlandığı açıqlandı

04 Noyabr 2026 00:15see227

Səhiyyə Nazirliyində böyük kadr dəyişikliyi:Üç müavin gedir, biri qalır…

04 Noyabr 2026 08:28see220

Yeni nazir onları yola salacaq Səhiyyədə BÖYÜK DƏYİŞİKLİK

04 Noyabr 2026 10:27see215

“Qərbi Azərbaycanın tarixi abidələri məktəblilərin gözü ilə” layihə müsabiqəsi keçirilir

04 Noyabr 2026 23:35see206

“Dahilik və dəlilik geni”: rəssamlar və elm adamları arasında fərq tapılıb...

04 Noyabr 2026 19:27see202

Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir

04 Noyabr 2026 20:27see195

Bunları hər kəs bilməlidir!

04 Noyabr 2026 13:30see186
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri