Icma.az
close
up
RU
® “Baku Steel Company” ətraf mühitin mühafizəsinə töhfəsini gücləndirir: təxminən 3000 ağac əkilib

® “Baku Steel Company” ətraf mühitin mühafizəsinə töhfəsini gücləndirir: təxminən 3000 ağac əkilib

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

“Baku Steel Company” QSC (bundan sonra - BSC) ətraf mühitin mühafizəsi, yaşıllıqların artırılması və biomüxtəlifliyin qorunması istiqamətində ardıcıl proqram həyata keçirir.

Ekoloji təşəbbüsün növbəti mərhələsi çərçivəsində şirkət Qaradağ rayonunun Müşfiqabad qəsəbəsində yerləşən 5 hektar ərazidə təxminən 3000 ədəd zeytun ağacı və Azərbaycanın “Qırmızı Kitab”ına daxil edilmiş nadir növ olan Eldar şamı tingi əkib.

Ağacəkmə aksiyası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Azərbaycan Yaşıllaşdırma və Landşaft Quruluşu” ASC ilə birgə təşkil edilib.

Hesablamalara əsasən, bu ərazidə əkilən ağaclar hər il təxminən 48 ton karbon qazını (CO₂) atmosferdən udacaq və minlərlə kubmetr oksigen hasil edəcək. Bu, atmosferdəki karbon izinin azalmasına və havanın keyfiyyətinin yaxşılaşmasına mühüm töhfə verəcək.

Ağac növlərinə görə illik CO₂ udulması:

• Zeytun ağacları – 2500 ədəd → təxminən 38 ton CO₂

• Eldar şamı ağacları – 500 ədəd → təxminən 10 ton CO₂

Beləliklə, əkilən ağaclar iqlim dəyişikliyinin təsirlərinin azaldılmasına, havanın keyfiyyətinin yüksəldilməsinə və ekosistemin tarazlığının qorunmasına mühüm töhfə verir.

Ağaclar həm də günəş enerjisinin bir hissəsini udaraq ətraf mühitin soyumasına kömək edir – yetkin bir ağac 10 kondisionerin soyutma effektinə bərabər təsir göstərir. Eyni zamanda, onlar azot oksidi və kükürd dioksidi kimi zərərli qazları udaraq, atmosferdəki toz və çirkləndiricilərin miqdarını azaldır.

Son üç ildə 5050 ağac – 86 ton azaldılmış karbon emissiyası

Qeyd edək ki, BSC ötən il də COP29 ərəfəsində Müşfiqabad qəsəbəsində 2 hektar ərazidə 1250 ədəd zeytun və Eldar şamı ağacı, eləcə də Sumqayıt Kimya Sənaye Parkında 500 ədəd şəmşir ağacı, 2023-cü ildə isə Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Bakı və Sumqayıt şəhərlərində toplam 300 ədəd Eldar şamı ağacı əkmişdi.

Beləliklə, son üç il ərzində şirkət tərəfindən ümumilikdə təxminən 5050 ağac əkilib. Bu isə hər il təqribən 86 ton karbon qazının atmosferdən udulmasına imkan yaradır.

“Təmiz istehsalat” və ekoloji idarəetmə texnologiyalarına investisiyalar

“Ekoloji məsuliyyət istehsalatdan başlanır” prinsipi ilə fəaliyyət göstərən BSC sənaye tullantılarının azaldılmasına yönəlmiş iri miqyaslı texnoloji layihələr həyata keçirir.

İsveçrənin “AS Metals Technologies SA” şirkəti ilə əməkdaşlıq çərçivəsində Bakıda yerləşən istehsalat sahəsində yerləşən Qaz-Toz Tutucu Qurğusunu modernizasiya edib.

Yenilənmə sayəsində filtrasiyanın gücü 930.000 kubmetr/saatdan 1.700.000 kubmetr/saatadək artırılıb, nəticədə atmosferə atılan toz və bərk hissəciklərin miqdarı beynəlxalq ekoloji standartlara uyğun səviyyəyə endirilib.

Eyni zamanda, təmizləmə sistemi vasitəsilə toplanan tozun bir hissəsi beynəlxalq standartlara və yerli qanunveriliciyin tələblərinə uyğun olaraq təkrar emala yönləndirilir. Bu yanaşma tullantıların azaldılmasına, istehsalatda resurs səmərəliliyinin artırılmasına və ətraf mühitin daha yaxşı qorunmasına xidmət edir.

BSC bundan sonra da dayanıqlı inkişaf prinsiplərinə sadiq qalaraq, ətraf mühitin mühafizəsi və yaşıl gələcəyin qurulması istiqamətində ekoloji təşəbbüslərini davam etdirəcək.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Oktyabr 2025 11:26 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycan Dəmir Yolları nda növbəti təyinat olub

15 Yanvar 2026 12:06see273

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see234

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

ADY ötən il 400 ə yaxın blok qatar qəbul edib

15 Yanvar 2026 10:08see202

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see181

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see169

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see158

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see154

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see151

GUYA SİZİ SAYAN VAR Kİ?!

15 Yanvar 2026 13:53see150

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see148

Vyetnam şirkəti ilə elektrik avtomobillərinin birgə istehsalı imkanları müzakirə olunub

15 Yanvar 2026 15:18see146

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see142

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see138

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see131

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see131

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see131

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri