Icma.az
close
up
RU
Menu

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

Pensiyalar yanvarda bu qədər artacaq

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

5 ilə nələr dəyişdi? Fotolar

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

Mərhum Xalq artistinin yaxın qohumu imiş

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

Balanslı inkişaf: Regionlarda da iqtisadi və sosial tarazlıq qorunur

Balanslı inkişaf: Regionlarda da iqtisadi və sosial tarazlıq qorunur

Bakivaxti saytına istinadən Icma.az xəbər verir.

6.3.11. regionların sosial-iqtisadi inkişafının təşviq edilməsi;

Regionların sosial-iqtisadi inkişafı hər bir ölkənin dayanıqlı və balanslı inkişafının əsas şərtlərindən biridir.

Bu, təkcə mərkəzləşmiş iqtisadi modelin qarşısının alınması deyil, həm də bölgələrdə yaşayan əhalinin rifahının yüksəldilməsi, yeni iş yerlərinin yaradılması, infrastrukturun genişləndirilməsi və investisiya mühitinin formalaşdırılması baxımından böyük əhəmiyyət daşıyır. Azərbaycanda da bu istiqamətdə müxtəlif dövlət proqramları və təşəbbüslər həyata keçirilir ki, onların məqsədi regionlar arasında sosial-iqtisadi fərqlərin azaldılması və hərtərəfli inkişafın təmin olunmasıdır.

Vüqar Bayramov: Sosial-iqtisadi siyasət nəticəsində bir çox bölgədə əsas infrastruktur tam şəkildə yenilənib

Mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlama verən iqtisadçı millət vəkili Vüqar Bayramov bildirib ki, regionların sosial-iqtisadi inkişafı Azərbaycan üçün prioritet məsələlərdən biridir. Onun sözlərinə görə, çünki bu, balanslı iqtisadi inkişafın təmin olunması baxımından vacibdir. Deputat bildirib ki, təkcə paytaxtın deyil, bütün regionların eyni tempdə və paralel şəkildə inkişaf etməsi iqtisadi və sosial tarazlığın qorunması üçün əsas şərtdir:

“Bu, həm də ölkənin ümumi inkişaf səviyyəsinin yüksəldilməsinə, bütün əhalinin rifahının artırılmasına xidmət edir. Ümumilikdə, regionların sosial-iqtisadi inkişafı ilə bağlı dövlət proqramlarının icrası rayonlarda infrastrukturun formalaşmasına, eləcə də kommunal xidmətlərlə bağlı ümumi şəbəkənin qurulmasına gətirib çıxarır. Bu da əhalinin gündəlik həyat şəraitinin yaxşılaşmasına səbəb olur. Eyni zamanda, bu, həm də regionlara sərmayənin cəlb edilməsi, sahibkarlığın inkişafı və yeni iş yerlərinin yaradılması baxımından əhəmiyyətlidir".

Vüqar Bayramov əlavə edib ki, ölkədə həyata keçirilən sosial-iqtisadi siyasət nəticəsində artıq bir çox bölgədə əsas infrastruktur tam şəkildə yenilənib:

"Son 20 ildə regionlarda infrastrukturun inkişafını, nəqliyyat və logistika sahəsində də irəliləyişləri müşahidə etdik. Yolların çəkilməsi, yeni elektrik və qaz xətlərinin qurulması, su təchizatının yaxşılaşdırılması bu sahədə əsas addımlardandır. Bu da yerli və xarici sərmayələrin cəlb olunması ilə nəticələnir. Çünki müasir və tam təmin olunmuş infrastruktur sahibkarlar üçün əlverişli mühit yaradır”.

Müsahibimiz vurğulayıb ki, gələcəkdə bu inkişafın daha da sürətlənəcəyinin şahidi olacağıq:

“Xüsusilə kənd təsərrüfatı, turizm və sənaye sahəsindəki potensialın düzgün qiymətləndirilməsi regionların iqtisadi gücünü daha da artıracaq".

Ceyhun Məmmədov: İllər öncəki Azərbaycanla bugünkü Azərbaycan arasında çox böyük irəliləyiş və inkişaf var

Deputat Ceyhun Məmmədov da mövzu ilə bağlı Bakıvaxtı.az-a açıqlamasında bildirib ki, bu gün biz deyə bilərik ki, regionlar sürətli şəkildə inkişaf edir. Quruculuq və abadlıq işləri geniş miqyasda həyata keçirilir.

"Əhalinin yaşayış şəraitinin yaxşılaşdırılması, infrastrukturun yenilənməsi və sosial layihələrin icrası regionlarda yeni mərhələnin başlanğıcını qoyub. Şəhər və kəndlərdə yolların təmiri, yeni binaların tikilməsi və ictimai məkanların abadlaşdırılması bu inkişafın bariz nümunəsidir".

"İllər öncəki Azərbaycanla bugünkü Azərbaycan arasında çox böyük irəliləyiş və inkişaf var. Bu gün Azərbaycan sürətli formada inkişafını daha da təmin edir", - deyə C.Məmmədov qeyd edib.

Onun sözlərinə görə, bu fərq təkcə paytaxtda deyil, ölkənin bütün bölgələrində hiss olunur. Həm iqtisadi göstəricilər, həm də sosial rifah səviyyəsi baxımından ciddi nəticələr əldə edilib. C.Məmmədov bildirib ki, bu gün bütün regionlarımız ən yüksək səviyyədə inkişaf edir və bunun təzahürlərini də biz davamlı olaraq görürük. Deputat qeyd edib ki, regionların potensialı daha da genişlənir, yeni layihələr işə salınır və bu proses dayanmadan davam edir. Əhalinin məmnunluğu və sosial təminat sahəsində irəliləyişlər dövlət siyasətinin əsas hədəflərindən biridir.

O vurğulayıb ki, bu gün bu proses Qarabağda da çox sürətli şəkildə davam edir:

"İşğaldan azad olunmuş ərazilərdə bərpa-quruculuq işlərinin geniş vüsət alması, infrastrukturun sıfırdan qurulması və əhalinin mərhələli şəkildə geri qayıdışı bu inkişafın ən önəmli mərhələsidir. Qarabağın dirçəlişi bütövlükdə ölkənin inkişafına yeni impuls verir".

Xaliq Kərimli: Əsas məsələlərdən biri təhsildir və bu istiqamətdə də dövlət mühüm addımlar atıb

Məsələ ilə bağlı iqtisadçı Xalid Kərimli Bakıvaxtı.az-a danışıb. Dediyinə görə, regionların inkişaf etdirilməsi proqramlarına təbii ki, əhalinin ehtiyaclarını ödəmək prosesi ilə başlanılıb:

“Qaz, işıq, su xətləri çəkilib. Bununla yanaşı, yollar tikilib, müxtəlif cür parklar salınıb, məscidlər inşa edilib. Bütün bunlar əhalinin daha rahat, təhlükəsiz və layiqli şəraitdə yaşaması üçün atılan addımlardır. Dövlət bu sahədə bütün imkanlarını səfərbər edərək regionlarda həyat keyfiyyətinin yüksəldilməsinə çalışıb".

X.Kərimli vurğulayıb ki, əsas məsələlərdən biri təhsildir və bu istiqamətdə də dövlət mühüm addımlar atıb:

"Məktəblərin təmir və yenidənqurma işləri həyata keçirilib, yeni təhsil müəssisələri inşa olunub, müəllim heyətinin gücləndirilməsi istiqamətində layihələr reallaşdırılıb. Məqsəd - regionlarda yaşayan uşaqların da paytaxt səviyyəsində keyfiyyətli təhsil almasını təmin etməkdir".

"Təəssüflənəsi bir məqam var, o da özəl sektorun inkişafının regionlarda hiss olunmamasıdır. Özəl sektorun inkişaf etdirilməsi yolunda hələ çox addımlar atılmalıdır", - deyə iqtisadçı ekspert qeyd edib.

Onun sözlərinə görə, dövlət infrastruktur və sosial sahələrdə ciddi işlər görsə də, davamlı iqtisadi inkişaf üçün regionlarda sahibkarlığın təşviqinə, kiçik və orta biznesin dəstəklənməsinə daha çox ehtiyac var. Bu isə yeni iş yerlərinin açılması və yerli iqtisadiyyatın gücləndirilməsi deməkdir.

Nuriyyə Musayeva

Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə hazırlanıb

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:118
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 22 May 2025 12:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Gələn ilin büdcəsi ölkəmizin inkişaf prioritetlərini tam şəkildə əks etdirir”

19 Noyabr 2025 15:50see423

Pensiyalar yanvarda bu qədər artacaq

19 Noyabr 2025 18:19see293

Araz Paşayev Mərkəzi Aran bölgəsində həmkarlar ittifaqı ilk təşkilat sədrləri ilə görüş keçirib FOTOLAR

19 Noyabr 2025 18:29see274

Barlaslı Tarağayın oğlu Əmir Teymurun son sözləri...

19 Noyabr 2025 07:01see181

YAP 33 il dövlətçilik və gələcəyə inam yolu MƏQALƏ

18 Noyabr 2025 19:43see156

15 yaşlı yeniyetmənin qətlinin təfərrüatı VİDEO

18 Noyabr 2025 20:09see154

Dollarlaşma tarixi minimuma düşdü AMB sədri

19 Noyabr 2025 12:49see153

3 milyard ildən qədim qayalarda həyat izləri tapıldı

18 Noyabr 2025 21:37see143

Qazaxıstan və Özbəkistan sərhəddə gözləyən 8 min vaqonun boşaldılması üçün tədbirlər barədə razılığa gəlib

19 Noyabr 2025 06:44see143

Sosial şəbəkələrdə paylaşılan bu videolar insanda “indi bunu mən yeməliyəm” hissi yaradır XƏBƏRDARLIQ

19 Noyabr 2025 13:24see142

Tramp: Səudiyyə Ərəbistanı ilə müdafiə paktı barədə razılığa gəldik

18 Noyabr 2025 22:48see134

“Beşiktaş”dan Barselona nın futbolçusuna 8 milyon avroluq təklif

19 Noyabr 2025 22:19see132

Sabalenka “Vogue Arabia” üçün fotosessiyada çəkilib FOTO

19 Noyabr 2025 04:16see132

İspaniya Ukraynaya 615 milyon avro dəyərində yeni hərbi yardım paketini elan edib

18 Noyabr 2025 22:44see132

5 ilə nələr dəyişdi? Fotolar

18 Noyabr 2025 21:22see131

Kiloqramı 25 manatdır: Xərçəng yaradırmış 33 illik araşdırma

19 Noyabr 2025 16:03see126

Mərhum Xalq artistinin yaxın qohumu imiş

19 Noyabr 2025 11:22see125

KİV: ABŞ ın sülh planı Ukraynada rus dilinin dövlət dili kimi tanınmasını, Kiyevə yardımın azaldılmasını ehtiva edir

19 Noyabr 2025 22:26see125

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see124

Uşaqların hüquqlarının qorunması onların rifahı və normal inkişafı üçün mühüm amildir

19 Noyabr 2025 23:28see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri