Icma.az
close
up
RU
Balaxanı neftçiləri peşə bayramlarını onların xeyir duası ilə qeyd etdi Fotolar

Balaxanı neftçiləri peşə bayramlarını onların xeyir duası ilə qeyd etdi Fotolar

Icma.az, Qafqazinfo portalına istinadən məlumatı açıqlayır.

Yoldaşlıq, şərəf, usanmaz əmək hekayəsi - “Neftçilər Günü”ndə Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən hasilat şirkətlərinin təqaüdə çıxan qocaman neftçiləri peşələrini belə təsvir etdilər.

Neft sənayesində 55 illik peşəkar yolunu başa vuran baş energetik Qurban Ağayev vurğuladı ki, bu gün o, həmkarlarına minnətdarlıq hissi ilə doludur: “Strateji sahə olduğuna görə, işimizdə məsuliyyət hissi bizi bir an tərk etmirdi. Gecə-gündüz fasiləsiz iş rejimində çalışırdıq. Məhz bunun üçün neftçilər arasında biri-birinə olan hörmət və dəstək hissi çox vacib idi. Hər birinə növbəti uğurlara addımlamaqda can sağlığı arzulayıram”.

Əmtəə operatoru, 45 illik neftçi stajını yekunlaşdıran Xalidə Abbasova isə hasilat ərazisinin bir küncündə saldığı gül bağını həmkarlarına yadigar və əmanət edib peşəkar yolunu yekunlaşdırır: “İstərdim ki, səylərimiz nəticəsində neftimiz həmişə bol olsun, həmkarlarımın işindən isə “gül” iyi gəlsin”.

“Balakhani Operating Company LTD”nin baş qərargahında keçirilən bayram tədbirində çıxış edən hasilat şirkətinin prezidenti Rövşən Rzayev xatırlatdı ki,

Ümummilli Lider Heydər Əliyevin sərəncamına əsasən ölkəmizdə “Neftçilər Günü” kimi qeyd edilən 20 sentyabr tarixi ötən ildən etibarən Prezident İlham Əliyevin qərarı ilə həm də Dövlət Suverenliyi Günü kimi qeyd olunur. Məhz həmin gün Xankəndi şəhərində cəmi 23 saat davam edən antiterror əməliyyatı 2ci Qarabağ Müharibəsinin parlaq yekunu kimi Azərbaycan Respublikasının bütün ərazisində suverenliyimizi bərpa etdi. Bu iki günün eyni tarixə təsadüf etməsi neftçilər üçün həm şərəf, həm də müəyyən mənada onların işinə iltifatdır. Çünki məhz “Əsrin Müqaviləsi” ilə başlayan iqtisadi güclənmə prosesi Azərbaycanın bütün sahələrini dirçəltdi, Ali Baş Komandanın ordu quruculuğunu sürətləndirdi və Vətənimizi tarixi Zəfərə apardı.

“Şirkətimizdə belə bir ənənə var ki, təqaüdə çıxan qocaman əməkdaşlarımızın yolunu davam etdirmək istəyən ailə üzvlərini məmnuniyyətlə işə qəbul edirik. Azərbaycanın neft hasilatı ənənələri sizin kimi peşəkarların gənc nəslə ötürdüyü təcrübəsi hesabına həmişə yaşayacaq”, deyərək Rövşən Rzayev bayram tədbirini yekunlaşdırıb.

Təqaüdə çıxan neftçilər neft sənayesinə verdiyi töhfələrə görə təşəkkürnamələrlə və xatirə hədiyyələri ilə təltif olunublar.







Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:44
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 19 Sentyabr 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see170

Çin Monqolustanla sərhəddə 100 dən çox nüvə raketi yerləşdirib

22 Dekabr 2025 20:02see163

Xarici İşlər Naziri Hakan Fidan Dəməşqdə...

22 Dekabr 2025 18:05see158

Dünyada yalnız bir ölkə özünü ərzaqla tam təmin edir

22 Dekabr 2025 07:19see156

“Ət bazarında qiymət təzyiqləri davam edəcək”

22 Dekabr 2025 09:53see156

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see150

60 yaşdan sonra hansı analizlər vacibdir? Geniş siyahı

22 Dekabr 2025 18:27see147

200 manatlıq yardım nə qədər ailəyə şamil olunacaq?

22 Dekabr 2025 14:02see142

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see138

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see134

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see133

SON DƏQİQƏ Siqaret satışı ilə bağlı QƏRAR VERİLDİ

22 Dekabr 2025 11:25see133

Bu dünyaya Seyid kimi gəlib Seyid olaraq yaşamaq

22 Dekabr 2025 15:08see133

Azərbaycan konsulluqları nə üçün vətəndaşların hərbi qeydiyyatını aparmır?

22 Dekabr 2025 11:59see133

Rus general evinin qarşısında partlayışla öldürüldü

22 Dekabr 2025 12:58see133

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see133

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see132

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see131

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see128

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri