Bank kartlarına aid məlumatları başqa şəxslərə verməyin, pulunuz oğurlanacaq DİQQƏT
Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
Vətəndaşların bank kartlarından oğurluqlar davam edir. Kartın üzərindəki CVV/CVC kodu, SMS vasitəsilə göndərilən OTP kodu, digər sizə məxsus sistemlərə giriş üçün lazım olan loqin və şifrələr, kartın PİN kodu məxfi məlumatlardır. Bu məlumatlar naməlum şəxslərə verildiyi halda hesabınızda olan pullar, yaxud pul yoxdursa, kredit formasında Sizə zərər vuracaqlar.
Məlumatı DİN Mətbuat Xidməti verib.
Mayın 5-də ayrı-ayrı vətəndaşların 2999, 1950, 1040, 1000, 1000, 1000, 999, 744, 713, 560, 498, 347, 43 manat və 90 avro pul vəsaitləri müxtəlif kiber üsulla bank kartlarından oğurlanıb.
Bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti şəkildə şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.
P.ƏMİRCANOV
XQ
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 06 May 2025 14:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















