Bank of America : Qızılın kəskin bahalaşması dövrü sona çatır XƏBƏRDARLIQ
Marja.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Bank of America" (BofA ) qızıl bazarındakı kəskin qiymət artımının sonunun çatdığı barədə xəbərdarlıq edib.
Marja.az qurumun məlumatına istinadən xəbər verir ki, 1 unsiya qızılın qiymətinin 4000 ABŞ dolları səviyyəsinə yaxınlaşması fonunda yüksəliş (bahalaşma) tendensiyasında "yorulma" əlamətləri müşahidə olunur.
VTB-də yüksək depozit faizləri daha çox qazandırır
Qızılın qiyməti ilin əvvəlindən bu günə qədər təxminən 50% artıb. Bu bahalaşmada - ABŞ Prezidenti Donald Trampın tarifləri, ABŞ Federal Ehtiyat Sisteminin (FED) müstəqilliyi ilə bağlı narahatlıqlar, FED-in faizlərini aşağı salması, fərdi investorların və mərkəzi bankların intensiv alışları nəticəsində güclənən qlobal tələbat mühüm rol oynayıb.
BofA qeyd edib ki, qızılda "ralli" (qiymət artımı) artıq "yüksək qızma” siqnalları verir və rekord səviyyələrdən sonra dördüncü rübdə bazarda dayanma və ya korreksiya mərhələsi (qiymətin düşməsi) müşahidə oluna bilər.
Hazırda qızılı 3962 dollar səviyyələrində ticarət olunur.
“Ralli” termini həm həm də maliyyə bazarlarında istifadə olunur. Maliyyə bazarlarında “ralli” - əmtəə, səhm, indeks və ya istiqraz qiymətlərində qısa müddətdə baş verən sürətli və nəzərəçarpan artım dövrünə deyilir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 07 Oktyabr 2025 10:27 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















