Icma.az
close
up
RU
“Bank of Baku” dünyasını dəyişən müharibə iştirakçısının ailəsini məhkəməyə verib ETİRAZ

“Bank of Baku” dünyasını dəyişən müharibə iştirakçısının ailəsini məhkəməyə verib ETİRAZ

GlobalInfo saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Vətən müharibəsi iştirakçısı, mərhum Səbuhi Məmmədovun ölümündən 2 il keçməsinə baxmayaraq, Bank of Baku onun kredit borcunu anasından tələb edir və məsələ artıq məhkəməyə çıxarılıb.

Globalinfo.az xəbər verir ki, bu barədə jurnalist Tural İbadlı sosial şəbəkə hesabında paylaşım edib:

“Vətən müharibəsi veteranı Səbuhi 2 il öncə dəm qazından boğularaq vəfat edib. Onun vəfatından bir müddət sonra bilmişik ki, “Bank of Baku”dan kredit götürüb və təxminən 1000-1200 manat borcu qalıb.

Üstündən 2 ilə yaxın vaxt keçib, Səbuhinin anasını banka çağırıblar və deyiblər ki, oğlunun krediti var idi, onu ödəməlisən. Hətta bank əməkdaşı bir qədər də genələrək qayıdıb ki, “oğlunuzun borcunu ödəyin ki, o dünyada da onu “inkir-minkir” narahat eləməsin”.

Bir sözlə, indi də veriblər məhkəməyə və işə sentyabrın 1-də Şirvan şəhər Məhkəməsində hakim Əli İmanovun sədrliyi ilə baxılacaq.

Qeyd edim ki, 44 günlük Vətən müharibəsində iştirak edən Səbuhi Məmmədov Prezident İlham Əliyevin sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalı ilə, həmçinin bir sıra digər təltiflər və təşəkkürnamələrlə mükafatlandırılıb”.

Globalinfo.az məsələ ilə bağlı Bank of Baku” ilə əlaqə saxlayıb.

Bankın Reklam və İctimaiyyətlə Əlaqələr departamentindən bildirildi ki, məsələ ilə bağlı araşdırılma aparılır:

Müharibə iştirakçısının kredit borcu ilə bağlı yayılan məlumatları gördük. Məhkəmə prosesi ilə bağlı dəqiq məlumatımız yoxdur, araşdırma aparılır”.

Ləman İmran
Globalinfo.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:44
embedMənbə:https://globalinfo.az
archiveBu xəbər 29 Avqust 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see296

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see285

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see213

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see205

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see202

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see190

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see183

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see180

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see158

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see150

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see150

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see145

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see140

ABŞ da “Tomahawk” raketləri üçün yeni mobil buraxılış qurğuları təqdim olundu

14 Oktyabr 2025 10:57see133

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see132

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see131

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see131

AFB Bank 2025 ci ilin III rübünü sabit maliyyə artımı və sürətli böyümə ilə başa vurub

14 Oktyabr 2025 18:41see130

“Putinin Türkiyəni təhdid etməsi barədə iddialar həqiqətə uyğun deyil” AKP sözçüsü

14 Oktyabr 2025 18:30see128

Şəkər və yağdan daha pisdir...

14 Oktyabr 2025 21:37see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri