Icma.az
close
up
RU
“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? Deputatlardan ETİRAZ

“Bank of Baku” vəfat etmiş qazinin kredit borcunu niyə SİLMİR? Deputatlardan ETİRAZ

Icma.az, Bizim media saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Xəbər verdiyimiz kimi, “Bank of Baku” iki il öncə dəm qazından boğularaq dünyasını dəyişən 44 günlük Vətən Müharibəsi qazisi Səbuhi Məmmədovun ailəsini kredit borcuna görə məhkəməyə verib. Bu ilin sentyabrın 1-də Şirvan Şəhər Məhkəməsində məsələyə baxılıb və digər məhkəmə sentyabrın 22-nə təyin olunub.
Onun banka 3 100 manat borcu olub və ailəsi bundan Səbuhinin vəfatından 1 ay sonra xəbər tutub.
Problem işıqlandırıldıqdan sonra bankın bu addımı qınaq obyektinə çevrilib, sosial şəbəkələrdə tənqid edilib.
 

MÖVZU İLƏ BAĞLI:
Vəfat etmiş qazinin anasına “Bank of Baku”dan BİABIRÇI TƏLƏB - “Borcu ödəyin, oğlunuz rahat yatsın” – FOTO


Bizim.Media da öz növbəsində məsələni gündəmə gətirmişdi və problemin həll edilməsi ilə bağlı “Bank of Baku”ya müraciət etmişdi.
Qazinin anası Sevinc Məmmədova Bizim.Media-ya açıqlamasında bildirib ki, bank şikayətini geri götürməyib və məhkəməyə xitam verilməyib:
“Xəbər yayılandan sonra mənə adi vətəndaşlarımız pul yığıb kömək etmək istəyirdi. Amma bank mənə zəng etmədi və məhkəmə prosesinin tarixi olduğu kimi qaldı”.
Bizim.Media-ya məsələ ilə bağlı danışan Milli Məclisin deputatı Aqil Abbas deyib ki, bank krediti özü bağlaya bilər:
“Bankın öz qanunları, kredit alanla bağladığı müqavilə qaydaları var. İndi bankın müdirinin ürəyindən, vicdanından asılıdır ki, qazinin borcunu bağlasın. Ürək sahibi olsa, məsələni həll edər. Kimsə ödəyə bilərsə, ödəsin də, yetimə can-can deyən çox olur. Bəlkə, bu banka borcu olan bir qazi deyil, çoxdur. Indi bizim bildiyimiz birdir”.
Milli Məclisin deputatı Fazil Mustafa da həm dövlət qurumlarının, həm də bankın borcun qapadılmasına kömək edə biləcəyini bildirib:
“Məncə, bu məsələdə dövlət qurumlarına müraciət edilsə, borcun qapadılmasını təmin edə bilər. Bank özü də borcu qapada bilər. Əlbəttə, Vətən Müharibəsi qazisidir, borc da böyük məbləğ deyil. Bunu həll etmək mümkündür. Dəfələrlə belə hallar olub və dövlət bunu nəzarətə götürərərk həll edib”.
Məsələ ilə bağlı yenidən “Bank of Baku” ilə əlaqə saxlasaq da, bank bu barədə məlumat vermək istəməyib.
Ötən dəfəki açıqlamada da bank kredit məsələsinin müştəri sirri olduğu bildirərək, əlavə detallar haqqında ictimaiyyəti məlumatlandırmadı. Lakin istər kreditin götürülmə tarixi, istər bankın məhkəmə ərizəsi, istərsə də “Bank of Bank”ın  Sevinc Məmmədovaya olan münasibəti artıq ictimaiyyətə sirr deyil. Geriyə qalan yeganə “sirr” bankın məsələdən yayınması və rəsmi mövqe açıqlamaqdan boyun qaçırmasıdır.
Qeyd edək ki, qazinin anası baş ofisdə olduğu zaman ona bank əməkdaşı hörmətsizlik edib.

“Orta yaşlı bankın hüquqşünası laqeyidcəsinə anaya “siz o borcu ödəyin, ya yaxınlarınız ödəsin. Yoxsa o dünyada oğlunuzu narahat edəcəklər, oğlunuz rahat yata bilməyəcək. Ödəyin ki, o dünyada onu inkir-minkir narahat etməsin”, - deyə bildirmişdi.


Məsələ həllini tapana qədər diqqətdə saxlayacağıq.
Naibə Məmmədova, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:97
embedMənbə:https://bizim.media
archiveBu xəbər 10 Sentyabr 2025 15:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see287

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see235

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see214

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see205

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see185

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see184

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see179

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see167

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see160

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see153

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see152

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see150

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see149

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see149

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see149

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see148

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see146

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri