Icma.az
close
up
RU
Bank of Baku vəfat edən qazinin kreditini anasından istəyir

Bank of Baku vəfat edən qazinin kreditini anasından istəyir

Icma.az, Qaynarinfo portalına istinadən məlumatı açıqlayır.

"Bank of Baku” 2 il əvvəl faciəvi şəkildə dəm qazından boğularaq həyatını itirən Vətən müharibəsinin qəhrəmanlarından biri, həmçinin jurnalist Səbuhi Məmmədovun ailəsini məhkəməyə verib.

Valyuta.az xəbər verir ki, bu barədə onun yaxınları məlumat verib. 

Bildirilib ki, vəfatından bir müddət sonra ailə üzvləri onun "Bank of Baku”dan kredit götürdüyündən xəbərdar olub. Səbuhi Məmmədovun banka təxminən 1000-1200 manat borcu qalıb. 2 ilə yaxın vaxt keçəndən sonra Səbuhinin anasını banka çağırıblar və deyiblər ki, oğlunun krediti var idi, onu ödəməlisən: "Hətta, bank əməkdaşı bir qədər də kobud şəkildə əlavə edib:  "oğlunuzun borcunu ödəyin ki, o dünyada da onu inkir-minkir narahat eləməsin".

Qeyd edək ki, Mülki Məcəlləyə əsasən, fiziki şəxsin vəfatı ilə onun borc öhdəlikləri də avtomatik silinmir. Borclar mirasın tərkibinə daxildir. Yəni vəfat edən şəxsin adına olan əmlak, aktivlər, pul vəsaitləri, daşınmaz və daşınar əmlak varsa – həmin mirasdan kreditorların tələbi ödənilə bilər. Əgər vəfat edən şəxsdən miras qalmayıbsa (yəni onun adına heç bir əmlak, pul və ya aktiv yoxdursa), ailə üzvlərinin və ya qohumların bu borcu ödəmək öhdəliyi yoxdur. Yaxınlarının bildirdiyinə görə, Səbuhi Məmmədovun adına hər hansı əmlak və ya aktiv yoxdur. Ona görə də bankın bu şəkildə davranması əsassızdır. 

Bununla belə, sözegedən məsələ ilə bağlı məsələ məhkəmədə həll ediləcək. İşə sentyabrın 1-də Şirvan şəhər Məhkəməsində hakim Əli İmanovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, Səbuhi Məmmədov "Report” informasiya agentliyinin əməkdaşı olub. O 44 günlük Vətən müharibəsində iştirakına görə, Prezident İlham Əliyevin iyunun 24-də imzaladığı sərəncamla "Xocavəndin azad olunmasına görə” medalı ilə təltif edilib. O, həmçinin Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən "Hərbi vətənpərvərlik tərbiyəsində xidmətlərə görə” medalı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən "Təşəkkürnamə” ilə təltif edilib.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:70
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 29 Avqust 2025 17:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see268

Türkiyə və Azərbaycan Yaxın Şərqdə sülhün davamlı olmasına dəstək verəcək

14 Oktyabr 2025 15:27see237

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see206

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see201

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see185

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see174

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see170

“Tədbirlər qarşılıqlı əlaqələri daha da gücləndirir”

13 Oktyabr 2025 19:08see162

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see153

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see139

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see138

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see138

Bakıda Azərbaycan İran əməkdaşlığına dair aktual məsələlər müzakirə olunub

13 Oktyabr 2025 18:37see133

Turist Azərbaycanda ruslara münasibətdən danışıb…

13 Oktyabr 2025 22:07see133

44 günlük ZƏFƏR YOLU: Generalın döyüş qeydləri VIII HİSSƏ

13 Oktyabr 2025 12:46see130

Saxta psixoloqların ən böyük gücü insanların ağrılarından qazanc əldə etmələridir MÜSAHİBƏ

13 Oktyabr 2025 21:17see129

Fransa xal, Qazaxıstan DÇ yə yollanmaq şansını itirdi gecənin nəticələri

14 Oktyabr 2025 03:20see128

Əs Sisi: Şarm əl Şeyx Sülh Sammiti həlledici tarixi andır

13 Oktyabr 2025 21:13see128

Xarkovda ardıcıl partlayışlar: elektrik enerjisi kəsildi

14 Oktyabr 2025 03:21see126

Dövlət Departamenti: Tramp səkkiz ayda səkkiz müharibəyə son qoyub

15 Oktyabr 2025 00:49see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri