Icma.az
close
up
RU
Bankları yüksək kredit faizləri də xilas etmir: Xalis mənfəətə görə Cənubi Qafqazda axırıncıyıq

Bankları yüksək kredit faizləri də xilas etmir: Xalis mənfəətə görə Cənubi Qafqazda axırıncıyıq

Icma.az, Bizimyol portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Azərbaycanda bankların mənfəət portfeli daha çox kredit faizlərinin yüksək olması ilə formalaşır. Çox da fərqli qazanc istiqamətləri yoxdur. Banklar xüsusilə investisiya əməliyyatları, transfer, kredit kartı, hesabın saxlanması haqları hesabına gəlir götürür. Ən populyar metod isə daha aşağı faizlə depozit qəbul edərək müəssisə üçün xeyli sərfəli şərtlərlə kredit verməkdir.

Bizimyol.info xəbər verir ki, Azərbaycanda bankların ilin ilk üç rübündəki xalis mənfəəti 858 milyon manat olub. Keçən ilin eyni dövrü ilə müqayisədə geriləmə var. 2023-cü ilin yanvar-sentyabr ayları ərzində bankların xalis mənfəəti 1 milyard manata yaxınlaşırdı.

Hələ ilin ortasında bankların xalis mənfəəti açıqlananda Cənubi Qafqazda axırıncı olduğumuz dəqiqləşmişdi. Məlum olmuşdu ki, Gürcüstan və Ermənistandan geri qalırıq. İlin ilk yarısında bizim banklar 612 milyon manat qazanmışdı. Təxminən 360 milyon dollardan söhbət gedirdi. Onda Gürcüstan banklarının xalis mənfəətinin 524 milyon dollar olduğu bildirilmişdi. Ermənistan bankları isə aktivinə 443 milyon dollar yazdırmışdı.

İndi də vəziyyət dəyişməyib. Yenə Gürcüstan və Ermənistan banklarından geri qalırıq. İlin üçüncü rübündə mənfəət həcmi bir az da azalıb. Orta aylıq mənfəət heç 100 milyon manata çatmır. Yəni ilin ilk yarısında durum indikindən daha qənaətbəxş görünürdü.

Səbəb nə ola bilər? Cəmiyyətdə banklara etimad aşağıdır. Əlbəttə, insanların müəyyən qədər güvəndiyi banklar var. Amma ümumilikdə bank sektoruna etimad istənilən səviyyədə deyil. Bu, əmanətlərin həcminə də təsir göstərir. Sosial-iqtisadi vəziyyətin pisləşməsi də təsirsiz ötüşə bilməzdi. Problemli kreditlərin həcmi yenə yüksək olaraq qalır. Mərkəzi Bank durumun yaxşılaşması müjdəsini verir. Amma açıqlanan rəsmi məlumatla bankların ortaya qoyduğu rəqəmlər uyğun gəlmir. Bankların çətin situasiyada olduğu görünür.

Böyük ehtimalla bankların sayı yenə azalacaq. Onsuz da maliyyə müəssisələrinin bir neçəsi effektli işləyə bilmir. Bank sayına görə Cənubi Qafqazın digər ölkələrini geridə qoyuruq. Bu fakt da azalma ehtimalının yüksək olmasına işarə vurur. Çünki orta hesabla bir bankın xalis mənfəət göstəricisinə görə bu dövlətlərdən təxminən iki dəfə geridəyik.

Aytən, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:80
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Noyabr 2024 14:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see302

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see241

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see221

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see219

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see192

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see191

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see174

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see174

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see166

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see157

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see156

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see156

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see155

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see155

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see153

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see149

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see148

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see147

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri