Icma.az
close
up
RU
“Barselona”dan daha bir rekord

“Barselona”dan daha bir rekord

Footbal-plus portalından verilən məlumata əsasən, Icma.az bildirir.

La Liqada sonuncudan əvvəlki tur faktiki heç bir suala cavab vermədi. Sadəcə, bir önəmli məqam var: elitanı tərk etmək təhlükəsi yaşayan komandaların sayı ikiqat azaldı. 37-ci tura qədər onların sayı 11-12-yə bərabər idisə, indi artıq 5-di.

Turun başqa olaylarına gəlincə, “Selta” 6-cı yeri təmin edə bilərdi, ancaq səfərdə “Atletik”lə heç-heçəyə (1:1) razılaşan viqolular “Xetafe”dən uzaqlaşa bilmədi. “Xetafe” isə səfərdə “Elçe”yə uduzmaqla (0:1) bu komandanın elitada qalmaqla bağlı ümidlərini artırdı. “Vilyarreal” artıq məğlubiyyətləri sıralayır. “Sarı sualtı qayıq” “Sevilya”nın ardından “Rayo Valyekano”ya da uduzdu (0:2).
“Atletiko” “Jirona”nı məğlub etməklə (1:0) həm 3-cü yeri tutmaq şansını artırdı, həm də rəqibini 18-ci pilləyə yuvarladı. Kataloniyalılar sonuncu turda özü kimi elitada qalmaq uğrunda oynayan “Elçe” ilə qarşılaşacaq. Həmin oyunda heç-heçə belə “Jirona”ya sərf etmir. Yeri gəlmişkən, “Atletiko” azarkeşləri Qrizmann ilə göz yaşı içində vidalaşdı.
Autsayderlər arasındakı əsas dueldə “Levante” “Malyorka” ilə qarşılaşdı. “Quru” hesablı qələbə (2:0) qazanan “qurbağalar” son tur ərəfəsində turnir vəziyyətini yetərincə yaxşılaşdırdı, 19-cu pilləyə yuvarlanan balearlıların isə elitada qalmaq üçün cüzi şansı var. “Barselona” üzərindəki ötən turdakı qələbədən ruhlanan “Alaves” “Ovyedo”nu da məğlub etməklə (1:0) elitada yerini qorudu. Ardıcıl ikinci qələbəsini “Osasuna” üzərində qazanan (2:1) “Espanyol” da turnir vəzifəsinin öhdəsindən gəldi. Əvəzində Pamplona təmsilçisi elitadan getmək təhlükəsi yaşayan komandalar sırasına qoşuldu.
Turun ən məhsuldar oyunu San-Sebastyanda keçirildi. “Real Sosyedad” artıq 3-cü dəqiqədə hesabda irəli çıxsa və “Valensiya” 70-ci dəqiqədə azlıqda qalsa da, qələbə qazana bilmədi. 4:3 hesablı qələbə qazanan “yarasalar” son tur ərəfəsində “avrokubok zonası”nın astanasındadı.
Sonda İspaniya futbolunun nəhənglərindən danışaq. “Real” Sevilyada eynihesablı komandanın müqavimətini yeganə, özü də mübahisəli qolla qırdı. Levandovskinin doğma azarleşlər önündə göründü son oyunda “Betis”i məğlub edən (3:1) “Barselona” ev oyunlarında maksimum nəticə göstərdi.
37-ci tur
Barselona – Betis 3:1
Rafinya, 28; 62. Kanselo, 74 – İsko, 69-p. (56870)
Barselona: X.Qarsiya, Kunde, E.Qarsiya (Arauxo, 63), Martin, Kanselo, Qavi, Bernal (Olmo, 75), Pedri, Rafinya (Bardqji, 63), Lopes (Balde, 46), Levandovski (Kasado, 85).
Sevilya – Real 0:1
Vinisius, 15. (40845)
Real: Kurtua, F.Qarsiya, Höysen, Rüdiger, Karvaxal, Çuameni (Kamavinqa, 70), Pitarç (Mastantuono, 70), Bellingem (Leyva, 87), Vinisius (Q.Qarsiya, 77), Dias (Aleksander-Arnold, 77).
Atletiko – Jirona 1:0
Lukman, 21. (64396)
Atletiko: Oblak, Pubil, Le Norman, Hantsko, Ruceri, Varqas (Morsilyo, 61), Koke, Baena (Sörlot, 61), Simeone (Almada, 46), Qrizmann, Lukman (Lanqle, 63).
Atletik – Selta 1:1
İ.Uilyams, 52 – Svedberq, 4. (45105)
Levante – Malyorka 2:0
Espi, 32. Arriaqa, 87. (22958)
Osasuna – Espanyol 1:2
Munyos, 49 – Romero, 27. K.Qarsiya, 53. (21186)
Rayo Valyekano – Vilyarreal 2:0
Kamelyo, 28. Alemao, 47. (12836)
Ovyedo – Alaves 0:1
Martines, 17. (21111)
Real Sosyedad – Valensiya 3:4
Munyos, 3. Tarreqa, 60-öz qapısına. Oskarsson, 63 – Gerra, 8; 90+3. Duro, 22. Rodriges, 89. (29466)
Elçe – Xetafe 1:0
Çust, 19. (28371)
36-cı turun oyunu: Real – Ovyedo 2:0 (Q.Qarsiya, 44. Bellingem, 80; 62774).
Həmin turun “Valensiya” – “Rayo Valyekano” oyununu (1:1) oyununu 45851, “Jirona” – “Real Sosyedad” oyununu (1:1) 12519 tamaşaçı izləyib.
1. Barselona 37 31 1 5 94-33 94
2. Real 37 26 5 6 73-33 83
3. Vilyarreal 37 21 6 10 67-45 69
4. Atletiko 37 21 6 10 61-39 69
5. Betis 37 14 15 8 57-47 57
6. Selta 37 13 12 12 52-48 51
7. Xetafe 37 14 6 17 31-38 48
8. Rayo Valyekano 37 11 14 12 39-43 47
9. Valensiya 37 12 10 15 43-54 46
10. Real Sosyedad 37 11 12 14 58-60 45
11. Espanyol 37 12 9 16 42-54 45
12. Atletik 37 13 6 18 41-54 45
13. Sevilya 37 12 7 18 46-59 43
14. Alaves 37 11 10 16 43-54 43
15. Levante 37 11 9 17 46-59 42
16. Osasuna 37 11 9 17 44-49 42
17. Elçe 37 10 12 15 48-56 42
18. Jirona 37 9 13 15 38-54 40
19. Malyorka 37 10 9 18 44-57 39
20. Ovyedo 37 6 11 20 26-57 29
Bombardirlər: Mbappe (Real) - 24, Muriqi (Malyorka) – 22, Budimir (Osasuna) – 17, Yamal, Torres (hər ikisi “Barselona”), Vinisius (Real) – 16.
Sonuncu turun oyunları mayın 23-24-də keçiriləcək: Alaves – Rayo Valyekano, Betis – Levante, Valensiya – Barselona, Jirona – Elçe, Malyorka – Ovyedo, Real – Atletik, Selta – Sevilya, Xetafe – Osasuna, Espanyol – Real Sosyedad, Vilyarreal – Atletiko.
Turun rəqəmi
19 – “Barselona” La Liqanın bütün tarixi ərzində 19 oyunun hamısında qələbə qazanan yeganə komandadı (top fərqi – 57:10). İndiyə qədər İspaniya çempionatında ev oyunlarında maksimum qələbə sayında rekord “Real”a məxsus idi. Madridlilər 1985/86 mövsümündə 17 ev oyununun hamısında qələbə qazanıb.
Turun ulduzu
Xavi Gerra (Valensiya) – “Barselona”dan Rafinya ilə yanaşı, o da dubl etdi. Amma biz turun ulduzu kimi Gerranı seçdik. Səbəb isə odu ki, “Real Sosyedad”la səfər oyununda dubl etmək daha çətindi.
Turun sitatı
Antuan Qrizmann, “Atletiko”nun hücumçusu (2019-da “Barselona”ya keçidi haqda):

“Bilirəm ki, çoxunuz buna görə məni bağışlayıb, amma bir daha üzr istəyirəm. Burda necə çox sevildiyimi dərk etmirdim. Onda çox gənc idim. Səhvə yol verdim, sonradan düşündüm və bura qayıtmağa qərar verdim”.


Oyundan sonra
Dieqo Simeone, “Atletiko”nun baş məşqçisi:

“İndi öz durumumu anlamağa və yeni mövsümə düzgün yanaşmağa çalışıram. İşimə davam edirəm. Komandanın heyətinin keyfiyyətli futbolçularla güclənəcəyinə inanıram. Son nəticədə çox şey futbolçulardan asılıdı, məşqçilərdən yox. İrəlidə bizi “Vilyarreal”la çətin oyun gözləyir. Mövsümü maksimum dərəcədə ləqayətlə bitirmək, son oyunda meydanda bütün gücümüzü qoymaq istəyirik. Buna söz verə bilərəm”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 19 May 2026 16:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1429

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see709

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see558

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see480

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see470

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see459

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see446

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see412

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see389

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see350

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see315

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see302

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see297

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see292

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see287

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see284

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see269

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see266

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see266

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see265
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri