Icma.az
close
up
RU
“Baş beyin əməliyyatlarını icbari tibbi sığorta ilə etmək şansımız var” MÜSAHİBƏ

“Baş beyin əməliyyatlarını icbari tibbi sığorta ilə etmək şansımız var” MÜSAHİBƏ

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

Neyrocərrah, invaziv neyroradioloq, t.ü.f.d, Respublika Neyrocərrahiyyə Xəstəxanası, Uşaq neyrocərrahiyyəsi şöbəsinin rəhbəri Rafael Bayramovun SİA-ya müsahibəsini təqdim edirik:

- Ən çox hansı hallarda baş-beyin əməliyyatlarına ehtiyac duyulur?

Baş beyində aşkar edilmiş patologiyalarda - beyin damarlarının patologiyaları, beyin şişləri, travmalar zamanı əsas müalicə üsulu kimi cərrahi əməliyyata üz tutulur. Cərrahi müdaxiləyə ehtiyac duyulan xəstəliklərə beyin şişləri, kəllə-beyin travmaları, hidrosefaliya, beyin kistləri, epilepsiyanın bəzi formaları, baş beyinin empieması və absesi (irinli iltihabi proseslər), anevrizma, arteriovenoz malformasiyalar, kavernoz malformasiyalar, beyinə qansızmalar (hematomalar) və s. xəstəlikləri misal göstərmək olar. Qeyd edim ki, baş-beyin əməliyyatları tibbi göstərişə əsasən təcili və ya planlı şəkildə icra oluna bilər.

- İcbari tibbi sığorta ilə hansı baş beyin xəstəliklərinin müayinə və müalicəsi mümkündür?

İcbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində anevrizma, xoş xassəli beyin törəmələri, arteriovenoz malformasiya, kavernoz malformasiya, hidrosefaliya, epilepsiya və digər xəstəliklərdən əziyyət çəkən pasiyentlərimizi müayinə və müalicə etmək şansımız var. Müxtəlif müayinə üsulları, həmçinin beyin əməliyyatları icbari tibbi sığorta hesabına icra edilir.

- Beyin şişlərinin müayinə və müalicəsi hansı üsulla aparılır?

Beyin şişlərini aşkarlamaq üçün MRT, kontrastlı MRT, KT, ExoEQ, EEQ və digər müayinələr lazım olur. Daha sonra müayinə nəticələrinə, xəstənin ümumi sağlamlıq vəziyətinə, nevroloji statusuna və yanaşı xəstəliklərə baxılır və cərrahi müdaxilə ilə bağlı qərar qəbul olunur. Əməliyyat, stasionarda yatış zamanı istifadə edilən dərman, tibbi sərf və anesteziya, qidalanma, biopsiya və patohistoloji müayinələr icbari tibbi sığorta təminatına daxildir.

- Beyin anevrizmasının müayinə və müalicəsində hansı metodlardan istifadə olunur?

Əksər hallarda bizə ağır vəziyyətlərdə, yırtılmış anevrzimalarla müraciət edirlər. Qansızmanın yayılmasının müəyyən edilməsi üçün MRT və KT müayinələri yetərlidir. Anevrizmanın anatomiyasını və beynin digər damarlarının vəziyyətinin müəyyən edilməsi üçün 3D rekonstruksiya ilə kontrastlı baş beynin KT/MRT angioqrafiyası və serebral panangioqrafiya istifadə edirik. Beyin anevrizmalarının müalicəsi üçün açıq beyin əməliyyatına üz tuturuq. Qeyd edim ki, beyin anevrizmalarının müayinəsi üçün lazım olan sadaladığım müayinə metodları, açıq beyin əməliyyatı və bu zaman istifadə edilən anesteziya, tibbi sərf, xəstəxanada yatış vətəndaşlar üçün ödənişsiz olaraq icbari tibbi sığorta ilə qarşılanır.

- Beyin anevrizmasının yaranma səbəbləri və risk faktorları barədə məlumat verə bilərsinizmi?

Qeyd edim ki, anevrizma yırtılması müalicə edilmədikdə, beyin toxumasında infarkt, insult, iflic və bəzi hallarda ölümlə nəticələnə bilər. Beyin anevrizmalarının əmələ gəlməsində əsas səbəb damar divarının xəstəliyidir. Ən çox 40 yaşdan yuxarı, şəkərli diabet, nəzarətsiz yüksək qan təzyiqi və digər xəstəlikləri olan, alkoqol, tütün istifadə edən, ailə tarixçəsində daha öncə yırtılmış anevrizması olan şəxslərdə bu xəstəliyə rast gəlirik.

- Beyin anevrizma əməliyyatının riskləri nələrdir?

Beynin damarlarının anevrizmasının müalicəsində əsas məqsəd onun fəaliyyətinin dayandırılması, yaşana biləcək qanama riskinin maksimal dərəcədə azaldılmasıdır. Hazırda Azərbaycanda anevrizma cərrahiyyəsində 2 metod aktualdır. Onlardan biri açıq mikrocərrahi üsuldur, digəri isə endovaskulyar, yəni qapalı embolizasiyadır. Hər ikisinin özünə xas müvafiq riskləri, avantaj və dezavantajları var. Hazırda açıq mikrocərrahi anevrizmanın kliplənməsi icbari tibbi sığorta ilə icra olunur.

- Açıq beyin əməliyyatı keçirən şəxslər əməliyyatdan sonra nələrə diqqət etməli, həyat tərzlərində nələri dəyişməlidir?

Əməliyyatdan sonra pasiyent riskli period bitənə qədər xəstəxana şəraitində nəzarətdə saxlanılır. Əməliyyatın gedişatı kimi pasiyentin əməliyyatdan sonrakı vəziyyəti də xüsusi diqqət tələb edir. Cərrahi müdaxilədən sonra xəstələr mütləq şəkildə vaxtaşırı nevropatoloq nəzarətində olmalıdırlar. Ümumilikdə, həyat tərzini, həyata baxışı dəyişməyi, emosional stabilliyə diqqət yetirməyi, qidalanma vərdişlərinə nəzarət etməyi, beyni qıcıqlandıra biləcək alkoqol və tütün istifadəsindən uzaq durmaq tövsiyə olunur.

- Fəaliyyət illəriniz boyunca ən çətin və riskli əməliyyatınız hansı olub?

Baş beyin əməliyyatları sözsüz ki, çətindir. Fəaliyyət dövrümdə bir çox çətin, riskli, həmçinin yaddaqalan əməliyyatlar olub. Son zamanlarda baş verən bir əməliyyatdan qısaca danışmaq istərdim. Bir pasiyentimiz 5 il idi üzündə dözülməz ağrılar hiss edirmiş, hansı ki, bu ağrını adətən “elektrik şoku”na bənzədirlər. Ağrıların diş və ya göz səbəbindən yarandığını düşünüb, illərlə fərqli ixtisas həkimlərinə müraciət edib. Müayinələr əsasında üçlü sinir nevralgiyası diaqnozu təyin etdik və cərrahi əməliyyat icra etdik. Əməliyyatdan sonra pasiyentin ilk sözləri bu idi- “Həyat var imiş, belə sağlam və rahat yaşamaq necə gözəl imiş”! Pasiyentlərin həyat dolu baxışları, yaşama sevincini görmək həkim olaraq qürurverici hislər yaşadır.

Başqa bir pasiyentimiz ümumi narahatlıq, qusma, görmədə pozğunluq kimi şikayətlərlə, ağır nevroloji defisitlə müraciət etmişdi. Arxa kəllə çuxurunda böyük şiş var idi. Bu şiş beyin mədəciklərində suyun artmasına gətirib çıxarmışdı və nəticədə uşaqda görmə problemi yaranmışdı. Biz onu əməliyyata aldıq. Əməliyyat uğurlu keçdi. Artıq həmin pasiyent özünü rahat idarə edir və tam şəkildə görür. Azyaşlı uşaqlarımızın sağlamlığına qovuşmasına yardımçı olmaq çox xoş hislər bəxş edir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://sia.az
archiveBu xəbər 24 Aprel 2025 11:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri