Baş prokuror Ləmbəranskini işdən çıxardı
Icma.az, Demokrat.az saytına istinadən bildirir.
Baş prokuror Kamran Əliyev növbəti kadr dəyişikliyini edib.
Demokrat.az “Qafqazinfo”ya istinadən məlumat verir ki, Sabunçu rayon prokuroru İbrahim Ləmbəranski vəzifəsindən azad edilərək sərəncama götürülüb. Hələlik onun yerinə təyinat yoxdur.
Məlumat üçün deyək ki, İ.Ləmbəranski tanınmış ictimai xadim Əliş Ləmbəranskinin nəvəsi, millət vəkili Əminə Ağazadənin həyat yoldaşıdır. O, əvvəllər bir sıra rezonans doğuran cinayət işlərinin istintaqına rəhbərlik edib.
Ləmbəranski əvvəllər Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsində xüsusilə mühüm işlər üzrə böyük müstəntiq, daha sonra Pirallahı rayon prokuroru vəzifəsində çalışıb. 2020-ci ildən Sabunçu rayonunun prokuroru idi.
Qeyd edək ki, ötən gün Gədəbəy və Lerik rayonunun prokurorları da dəyişdirilib. Prokurorluq orqanlarında bu kimi islahatların davam edəcəyi gözlənilir.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.

Kamran Əliyev Ləmbəranskini işdən çıxardı
18 İyun 2025 09:10
“Intel” baş direktorunu işdən çıxardı
02 Dekabr 2024 19:25
Tramp Baş Qərargah rəisini işdən çıxardı
22 Fevral 2025 08:54
Rusiyanın baş naziri Qusmanı işdən çıxardı
24 İyul 2025 23:02
Vüqar Qurbanov baş direktoru işdən çıxardı (FOTO)
25 İyul 2025 10:23