Icma.az
close
up
RU
Baş prokurorluq Qazax sakininin ölümü ilə bağlı araşdırmanın nəticələrinə dair məlumat yayıb

Baş prokurorluq Qazax sakininin ölümü ilə bağlı araşdırmanın nəticələrinə dair məlumat yayıb

Icma.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Baş Prokurorluq Qazax rayon sakininin ölümü ilə bağlı aparılmış araşdırmanın nəticələrindən narazılığa dair məlumat yayıb.

Prokurorluğun Mətbuat xidmətindən APA-ya verilən məlumata görə, açıqlamada deyilir:

"Qazax rayonu, Daş Salahlı kənd sakini Aytac Əliyevanın ölümü ilə bağlı aparılmış araşdırmanın nəticələrindən narazılığını ifadə edən mərhumun atası Asif Qurbanovun media vasitəsilə yayımlanmış müraciəti ilə bağlı bildiririk ki, Aytac Əliyevanın cari il yanvarın 12-də intihar etməsi faktı üzrə Qazax rayon prokurorluğunda aparılan araşdırma zamanı hadisə yerinə və meyitə baxış keçirilib, zəruri ekspertizalar təyin olunaraq nəticələri əldə olunub, müvafiq sorğular və əməliyyat tapşırıqları verilib, hadisənin birbaşa şahidləri, zərərçəkmişin valideynləri, eləcə də təcili tibbi yardım əməkdaşlarının izahatları alınıb.

Araşdırmalar nəticəsində Aytac Əliyevanın əri ilə aralarında yaranmış şəxsi münasibətlər zəminində mübahisə zamanı gəmirici əleyhinə dərman içərək daha sonra bıçaqla özünə xəsarət yetirməklə özünü öldürdüyü müəyyən edilib.

Qeyd olunan fakt həmin vaxt orada olmuş zərər çəkmişin qohumlarının, o cümlədən şahidlərinin izahatları, müvafiq ekspertiza rəyləri və digər təkzibolunmaz dəlillərlə öz təsdiqini tapıb.

Toplanmış materiallar əsasında 2 avqust 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 39.1.1-ci maddəsinə (cinayət hadisəsinin baş verməməsi) əsasən cinayət işinin başlanması rədd edilib. Həmin qərardan verilmiş şikayət Qazax rayon məhkəməsinin 27 avqust 2025-ci il tarixli qərarı ilə əsassız hesab olunub, qərar qüvvədə saxlanılıb.

Bir daha media qurumlarından xahiş olunur ki, məlumat və müraciətlərin ictimaiyyətə təqdim edilməsindən əvvəl onların rəsmi dövlət qurumları ilə dəqiqləşdirilməsinə diqqət yetirilsin".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:74
embedMənbə:https://apa.az
archiveBu xəbər 04 Sentyabr 2025 19:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrandakı daxili siyasi gərginliyin kökündə nə dayanır?

04 Sentyabr 2025 14:37see236

Makronun İsrailə səfər etmək istəyi Netanyahu tərəfindən rədd edildi

04 Sentyabr 2025 02:10see228

Türkiyədə şübhəli maddənin iyindən zəhərlənən 9 polis xəstəxanaya yerləşdirilib

03 Sentyabr 2025 07:22see212

Husi qüvvələri Təl Əvivdə hədəfləri raketlərlə vurduğunu iddia edir

03 Sentyabr 2025 18:37see176

Keçmiş prezident özünə yeni iş tapdı

04 Sentyabr 2025 15:44see171

Məni azadlığa buraxın, qeyri adi istedadım var İlhamə Elşadqızı

03 Sentyabr 2025 13:18see167

Ekspert: Parlaq çamadan oğrular üçün “cazibədar hədəf”dir

03 Sentyabr 2025 11:23see146

Fransanın Marsel şəhərində bıçaqlı hücum baş verib

03 Sentyabr 2025 00:00see140

Hərbi xidmət yaşının artırılması təhsilə necə təsir edər?

03 Sentyabr 2025 13:21see139

Hələ qol vurmadan Fənərbaxçanın tarixinə düşdü

03 Sentyabr 2025 07:36see139

ABŞ də kişi görüşdə ayağını iyləməyə icazə verməyən qızın üzərindən avtomobillə keçdi

04 Sentyabr 2025 04:31see135

Rusiya Hindistana əlavə S 400 satır Danışıqlar yekunlaşır

03 Sentyabr 2025 00:13see134

Qazaxıstanda aviasiya təhlükəsizliyi üzrə ICAO auditi aparılır

03 Sentyabr 2025 02:43see132

İslandiya millisinin yarımmüdafiəçisi: Azərbaycan bizi cəzalandıra bilər

03 Sentyabr 2025 23:00see129

Yaponiyada 80 yaşlı qadın özünü astronavt kimi təqdim edən fırıldaqçının qurbanı olub

03 Sentyabr 2025 06:33see128

Lissabonda funikulyor relsdən çıxdı − Ölənlər var

03 Sentyabr 2025 23:28see127

Türkiyədə dəhşət: İldırım ata və oğlunun həyatına son qoydu

04 Sentyabr 2025 00:53see127

Tramp Rusiyaya gedə bilər Vacib şərt açıqlandı

03 Sentyabr 2025 13:46see124

Fənər in müdafiəçisi Rusiya yolunda

03 Sentyabr 2025 13:39see120

Tramp: Hər həftə Ukrayna və Rusiya təxminən 7 min insan itirir

02 Sentyabr 2025 23:06see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri