Icma.az
close
up
RU
Menu

SOCAR maaşları 20% artırdı

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

Yaşar Nurinin qızı dünyasını dəyişib

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

Dünyanın ən nəhəng abidələri

Toral Bayramov millimizin oyununda forma imzaladı Maraqlı kadrlar yalnız da (VİDEO)

Səudiyyə Ərəbistanı qlobal süni intellekt (AI) nəhənginə çevrilmək istəyir

Başqalarını ittiham etməyin tarixi So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Başqalarını ittiham etməyin tarixi So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Şahin Cəfərli, politoloq:

- Alyaska 1 milyon 717 min kv. km ərazisi ilə ABŞ-ın ən böyük ştatıdır.

Bu ərazi 1867-ci ildə Rusiya imperiyasından 7,2 milyon (indiki məzənnə ilə 150 milyon) dollara satın alınıb.

Lakin bu alver Luiziana alışı və ABŞ-ın digər torpaq qazancları və ilhaqlarında olduğu kimi, ölkə daxilində sevinclə qarşılanmayıb. Alyaska anlaşmasının müəllifi olan dövlət katibi Henri Syuard (Seward) kəskin tənqid, hətta təhqirlərlə üzləşib. Bu anlaşma ölkədə "Syuardın axmaqlığı" kimi qiymətləndirilib. Lakin sonradan Alyaskada əvvəlcə qızıl, daha sonra neft-qaz yataqları kəşf olunub.

Alyaskanı alaraq ABŞ-ı xeyli böyütmüş prezident Endryu Conson isə impiçmentə məruz qalan ilk ABŞ prezidenti kimi tarixə düşüb. 1864-cü ildə vitse-prezident seçilən Conson andiçməyə sərxoş vəziyyətdə qatılıb və çıxışında Rusiyadakı mütləqiyyət rejimini tənqid edib. Prezident Linkolnun təkidi ilə o, mərasimi yarımçıq tərk edib.

Linkolna sui-qəsd planlaşdıranlar vitse-prezident Conconu və dövlət katibi Syuardı da aradan götürmək istəyiblər. Lakin Consonu öldürməli olan sui-qəsdçi pivə içməyə getdiyi üçün o, xilas olub və prezident kimi fəaliyyətə başlayıb. Syuard isə yüngül yara alıb.

Linkolnla bərabər, vətəndaş müharibəsinin qalibi olmuş, prezidentliyi dövründə Alyaskanı almış briqada generalı Endryu Conson ABŞ tarixinin ən uğursuz prezidentlərindən biri sayılır. Bunun səbəbi vətəndaş müharibəsindən sonra üsyançı cənub ştatlarının təkrar birləşmiş ştatlara qəbulu şərtləri və azad olmuş qulların vətəndaş hüquqları haqqında qanuna veto qoyması, Konqreslə və qanunu dəstəkləyən hərbi nazir Stentonla sərt konfliktə girməsidir. İmpiçment proseduru da bu səbəbdən başladılıb. Lakin Consonu vəzifədən uzaqlaşdırmaq üçün Senatda cəmi 1 səs çatmayıb.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- Borca görə iki dövlət qurumu məhkəmədə çəkişir, xərci isə vətəndaş ödəyir.

Ağlasığmazdır, amma reallıq budur.

Qəribə bir tender elanı ilə rastlaşmışam.

Oxuyanda həm özümdən asılı olmayaraq gülümsədim, həm də düşündüm: bu necə ola bilər?

Vergi borcu ilə bağlı "Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi" Dövlət Vergi Xidmətinə qarşı məhkəmə iddiası qaldırıb.

İndi isə məhkəmədə özünü müdafiə etmək üçün hüquqi xidmət alışı üzrə tender elan ediblər.

Tenderin adı isə tam bir "burokratik şah əsərdir": "Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsinin əsassız hesabladığı verginin silinməsi ilə əlaqədar məhkəmə müdafiəsinin təşkili"

Ehtimal olunan qiymət: 17.700 manat.

Düzü, indiyədək dövlət qurumları arasında müxtəlif məhkəmə çəkişmələri görmüşük, amma bu mövzuda, bu yanaşma ilə ilk dəfədir.

Görəsən, öncədən bütün xərcləri bəlli olan bu dövlət qurumunun vergi borcu nə qədərdir ki, indi üstəlik, 17 min manat da onun mübahisələndirilməsinə xərclənəcək?

Yəni borca görə bir dövlət qurumu digərinə qarşı vəkil tutacaq, haqqını ödəyəcək, amma bu pul da yenə büdcədən - yəni bizim cibimizdən çıxacaq.

Həm də maraqlıdır, dövlət qurumlarının çəkişməsi üçün nəzərdə tutulan bu yeni tipli xərc büdcə təsnifatında necə adlandırılacaq?

Mənim variantım: "Öz-özünlə dava xərci" və ya "büdcədaxili məhkəmə çəkişməsi xərci".

Hüquqşünaslar, büdcə mütəxəssisləri daha yaxşı bilər - bu, nə dərəcə məntiqlidir, görəsən, büdcə tərtibatında bu tip xərclər ayrıca nəzərdə tutulurmu?

Fəridə Aslanova Rüstəmova, Azərbaycan Dövlət Akademik Musiqili Teatrının mətbuat katibi:

- Dünən bir qadın mənə mesaj yazıb. Əvvəlcə onun nə dediyini anlamadım, ikinci dəfə oxuyanda "Tom və Cerri" multfilmindəki pişiyin gözləri kimi gözlərim bərələ qaldı.

İndi də yadıma düşəndə bilmirəm ağlayım, yoxsa gülüm?

Sizcə, izləyici nə yazmışdı?

Onsuz da 100 il fikirləşsəniz də, tapa bilməzsiniz.

O mesajı elə olduğu kimi (redaktəsiz) də bura yazıram:

"Salam xanım, Sizdə ödəniş qarşılığında məclisə bəyin xalası kimi gəlməyə aktrisa varmı? İnstaqramda səhifənizi gördüm.

Dedim bəlkə kinoteatr səhifəsidir deyə aktrisalar olar. Sadəcə bəyin anası razı deyil, qız oğlanla qoşulub qaçıblar. Elə də çox tanınmış aktrisa olmasın. Yoxsa onu tanıyarlar. Sadəcə qızın valideynləri də oğlan evi gəlmədən sakitləşmir. Bizə oğlanın xalası kimi özünü göstərə bilən bir aktrisa lazımdır.

Mən qızın rəfiqəsiyəm. Əlacsız qalınıb deyə bu yolu fikirləşmişik".

Beləsinə nə cavab verəsən? Nə fırıldaqlar var e bu dünyada!

Saxta bəy-gəlin eşitmişdim, amma "ödəniş qarşılığında bəyin xalası" məsələsini ağlıma heç cür sığışdıra bilmirəm.

Təəssüf edirəm ki, hələ də bəzi şüursuz insanların teatr haqda düşüncəsi sıfırın altındadır. Aktrisalar işdən əlavə, ara-sıra hansısa tədbir, ziyafət və el şənliklərinə gedirlərsə, bu o demək deyil ki, real bəyin saxta xalası obrazında da çıxış edə bilərlər.

Kimlərinsə prizmasından sənətə "dəyər" elə bu səviyədədirsə, daha sözüm yoxdur!

Allah betərindən saxlasın!

Sahib Alıyev, millət vəkili:

- ABŞ-nin Merilend ştatının  prokurorluğu haradasa yarım ay öncə Prezident Trampın oğru və dələduz adlandırdığı senator Adam Şiffə qarşı cinayət işi qaldırıb. Belə getsə, əqidədaşı, digər daşnak muzdlusu Robert Menendez kimi onun da həbsi qaçılmazdır.  "Vaşinqton bataqlığı"ndakıların bu təmsilçiləri əslində həm də Daşnakstyun yaradılan ilk gündən onu qanadı altına alan ölkənin kəşfiyyatına xidmət edirlər.

ABŞ-nin Azərbaycanda səfiri olmuş Metyi Brayza bir dəfə açıq şəkildə bildirmişdi ki, Menendezi və hay koksundakı digər ünsürləri yemləyən daşnak yığnağı, yəni ANCA Rusiya kəşfiyyatına sıx bağlı bir qurumdur. 

Demək, menendezlərin, şifflərin məsuliyyətə cəlb edilmələri təkcə ABŞ-də dələduzluğun, vergidən yayınmanın, korrupsiyanın qarşısının alınması yönündə atılan addım deyil, bizim regionda sülh işinə kiçicik töhfə də sayılmalıdır.

Qılman İman, jurnalist:

- 1986-cı ildə məşhur hind dərvişi Oşo dünya turuna çıxıb, bir aylıq turist vizası ilə Yunanıstana gəlir. Bu zaman yunan pravoslav kilsəsi hökumətdən tələb edir ki, Oşo-nu deportasiya etsinlər, yoxsa qan su yerinə axacaq. Kilsə "Oşo bizim dinimizə sataşır, ələ salır" deyirdi.

Yunan polisi Oşo-nu qanunsuz həbs edir, 5000 dollar cərimələyir və ölkədən çıxarır. Oşo aeroportda jurnalistlərə bu sözləri deyərək Yunanıstanı tərk edir: "Əgər 1 adam 1 aylıq turist vizası ilə sizin 2000 illik əxlaqınızı və dininizi darmadağın edə bilərsə, heç onu qorumağa dəyməz, belə din məhv olmalıdır".

Elvin Basqallı, jurnalist:

- Ötən ilin yanvar ayında "Sehrli xalat" filmindəki Rəşid obrazını canlandıran Azər Qurbanovun vəfat etməsi ilə bağlı xəbər yayımlamışdım. Tik-Tokda paylaşdığım həmin videonu montaj edərək, üzərinə də Azər Axşamın fotosunu qoyaraq, onun ölüm xəbərini yaydılar. Azər Axşam yığdı mənə, məsələyə aydınlıq gətirdik, özü açıqlama verdi, adımdan yayılan saxta xəbərə görə həm Azər Axşamın yaxınları narahatlıq keçirdi, həm də mənim etibarım zədələndi. Üstündən bir gün ötən kimi, yəni 2 gündür Tik-Tokda və instaqramda mənim ölüm xəbərlərimi tirajlamağa başladılar. Sosial medianın imkanları üstünlüklərlə yanaşı, narahatlıqlar gətirir.

Qismət Rüstəmov, şair:

- Başqalarını ittiham etməyin tarixi

1840-cı ildə Şotlandiyanın Sent-Kilda arxipelaqında dəhşətli bir fırtına qopdu. Bura dünyanın ən böyük quş dəstələrinə sahib olmaqla fəxr edən, amma dünyanın ən çətin yerlərindən biriydi. Buradakılar dünyadan təcrid olunmuş şəkildə yaşayırdılar. Böyük fırtınada onların zəif gəmiləri azğın dalğalara tab gətirmədi, xeylisi öldü. Bir-iki gün sonra cəsədləri sahildə göründü, onların arasında bir quş da vardı, məlum oldu ki, onun canı hələ çıxmayıb. Bu, artıq nəsli tükənmiş, uça bilməyən iri quş növlərindən biri olan, pinqvin cinsinə aid Böyük Auk idi. Yerlilər quşu tutdular, kilsəyə apardılar. Qərar verdilər ki, adaya fırtınanı gətirən heç vaxt görmədikləri bu "uğursuz" məxluqdur. Beləcə, Britaniyadakı sonuncu Böyük Auk quşu məhkəməyə çıxarıldı, cadugərlikdə ittiham edildi, günahkar sayıldı, daş-qalaqla öldürüldü. Fırtınalı havada dənizə çıxmaqlarında, gəmilərinin yararsız olmasında problem görmədilər. Qorxudan, qəzəbdən və cahillikdən, həmişə olduğu kimi, kənarda bir günahkar tapdılar, hər şeyi ona yükləyib rahatlaşdılar.

Öz günahımızı, səhvlərimizi, çatışmazlıqlarımızı, zəifliyimizi özümüzə etiraf etməkdənsə, onu başqa insana, əşyaya, məkana köçürməyin, problemi həmişə başqasına atmağın, özgəsində görməyin tarixçəsi çox qədimləri gedir. Ancaq bu mövzu sosial media erasında yenidən aktuallaşır: virtual daş-qalaq, onlayn-donos növləri, özü kimi düşünməyənləri linç etmək canfəşanlığı kimi... geniş vüsət alan patologiyalar çağdaş psixologiyanın və sosiologiyanın yeni mövzularıdır.    

Bunun üçün "günah keçisi" anlayışına baxmalıyıq. Əhdi-Ətiqdə bütün qövmün günahlarının bir keçiyə yükləndiyi, sonra həmin keçinin hamının yerinə uçurumdan atıldığı "Kəffarə" günündən bəhs edilir (Holman Hantın bu mövzuya həsr edilmiş kədərli bir tablosu var.)

Ancaq anlayışın tarixçəsi başqadır. Bu anlayışı məşhur protestan teoloq Vilyam Tindeyl "Bibliya"nı tərcümə edərkən tapıb. Müqəddəs kitabda yeraltı tanrısı Azazelə təqdim edilən bir keçidən söz açılır, Tindeyl tərcümədə ibranicə olan Azazel sözüylə oynayaraq "ez ozel", yəni "ayrılan keçi" ifadəsini tapıb. İngiliscə, günah keçisi - "scapegoat", dörd əsr sonra Corc Oruel "1984" romanında bir hərf artırmaqla bu söz oyununu davam etdirir, qəhrəmanlardan biri deyir ki, məni "qaçış keçisi" (escape goat) kimi istifadə etmək istəyirlər. Yeri gəlmişkən, Tindeyl ingilis ədəbiyyat kanonunda Şekspir qədər hörmətli sayılır, deyilənə görə, Müqəddəs kitabın ingiliscə bəzi hissələri unudulmaz edən onun ecazkar tərcüməsidir.

İnsan tarixən hər şeyi özündən uzaqlaşdırmağa, günahı başqasına atmağəa meyillidir; Çində xəstəlikləri çərpələnglə göyə sovurmaq inancı var, Hindistanda bütün pis şeyləri şüşələrə üfürüb basdırmaq ayini. Orta əsrlərdə Avropada "günahçəkənlər" vardı, onlar yeyib-içmək, bir az da pul müqabilində ölülərin o dünyaya getməmişdən qabaq günahlarını özlərinə çəkirdilər. 

Mark Edmunson "Linç çağı: Sosial mediada super eqo" kitabında sosial media dövründə geniş yayılmış mizantropluq, virtual qurbanvermə ayinləri, özünü daim başqalarının həyatına, düşüncələrinə əsasən mövcud etmək, özünə öz potensialından böyük talelər uydurmaq məsələsini araşdırır. Müəllif yazır ki, sosial media fasiləsiz şəkildə təsdiq gözləyən, "keşf et"ə düşmək istəyən, yəni qəhrəman olmaq istəyən, ancaq "önə çıxart" kimi teqlər nəticəsiz qalanda özündən başqa hamını günahkar çıxaran, ancaq qəribə şəkildə "həmişə haqlı" bir insan tipi yaradıb.

Edmunson kitabın mərkəzinə Ziqmund Freydin "Super eqo" anlayışını qoyub. Xudmani bir arayış. Freyd insan şüurunu şərti olaraq üç mərtəbəyə bölürdü: ən altda bütün seksual, cismani arzularımızın deposu olan İD var; ən üstdə başımızdan danlağı əskik olmayan ata və ya ictimai-siyasi, mədəni-əxlaqi hökmlər verən senzor kimi SUPER-EQO oturub; ortada isə altdakı ilə üstdəki arasında vasitəçilik edən, onları tənzimləyən EQO var. Müəllif deyir ki, Freyd özünün ən məşhur kitab olan "Sivilizasiya və onun narahatlıqları"nda Super-eqonun təhkükələri ilə bağlı xəbərdarlıq etmişdi.

Get-gedə böyük əksəriyyətə elə gəlir ki, hamı onun kimi düşünməlidir; onun kimi düşünməyən varsa, ona hücum çəkmək lazımdır. Get-gedə, deyəsən, "məncə, mənə görə" sözləri sıradan çıxır, əksəriyyət öz fikrini, seçimini mütləqləşdirir, kateqorik hökmlərlə danışır. Bu, yeni növ infantilizmdir, yəni Freydin 95 il qabaq dedikləri özünü doğruldur, təəssüf ki.

Corc Oruelin dediyi kimi: "İnsanın güzgüdəki sifətin özünə aid olduğunu qəbul etməsi xeyli çətin işdir".

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:166
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Avqust 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

SOCAR maaşları 20% artırdı

16 Noyabr 2025 17:28see1110

SOCAR da işləyənlərə ŞAD XƏBƏR: Maaşlar bu qədər artdı

16 Noyabr 2025 17:20see253

BIAF 2025 Yang Liping Contemporary Dance (Çin) qrupunun Bahar ayini xoreoqrafik tamaşasını böyük uğurla təqdim etdi FOTO

17 Noyabr 2025 19:47see198

Azərbaycan Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir Azərbaycan XİN sözçüsü

17 Noyabr 2025 19:21see188

VFS Global şirkəti fərdi məlumatların qanunsuz istifadəsi ilə gündəmə gəldi

17 Noyabr 2025 02:48see147

Bu gün noyabrın 17 si Azərbaycanda Milli Dirçəliş Günüdür.

17 Noyabr 2025 00:00see145

Avropa İttifaqının 2026 cı il üçün büdcəsi barədə razılıq əldə olunub

16 Noyabr 2025 17:59see141

Yaşar Nurinin qızı dünyasını dəyişib

16 Noyabr 2025 19:48see138

İşdə oturub işdən çıxmaq: İşçiləri “candərdi” işləməyə nə vadar edir?

16 Noyabr 2025 16:02see137

Özbəkistan mətbuatı Prezident İlham Əliyevin səfərini geniş formada işıqlandırıb

16 Noyabr 2025 19:40see137

Rəqqasə Fatimənin qızının toyundan görüntülər VİDEO

17 Noyabr 2025 04:13see137

İrşaddan alınan kameranın qaytarılması müştərini bezdirib

17 Noyabr 2025 01:45see136

“İran daxilində böhran daha da gərginləşir“ İsrail mətbuatı

16 Noyabr 2025 20:49see132

İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb VİDEO

16 Noyabr 2025 20:54see131

HƏMAS ı kimin silahsızlaşdıracağını açıqladı KONKRET

16 Noyabr 2025 23:38see130

Sürücülük vəsiqəsi almaq üçün yezda imtahanı nda yenilik Bundan sonra...

16 Noyabr 2025 15:57see130

Nazir: Biz bu iş üçün 100 min manat ayırmışıqmı? Xeyr...

17 Noyabr 2025 18:19see127

Dünyanın ən nəhəng abidələri

17 Noyabr 2025 06:02see126

Toral Bayramov millimizin oyununda forma imzaladı Maraqlı kadrlar yalnız da (VİDEO)

17 Noyabr 2025 00:06see123

Səudiyyə Ərəbistanı qlobal süni intellekt (AI) nəhənginə çevrilmək istəyir

17 Noyabr 2025 01:01see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri